Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-20/2024 01.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı1 (həmçinin, iddiaçı X2, İddiaçı3 və İddiaçı2 nümayəndəsi), onun nümayəndəsi Nümayəndə Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdeh qismində cəlb edilmiş X6 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və torpağın qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdeh qismində cəlb edilmiş X6 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və torpağın qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə JN–699 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həmçinin, mərhum anasına məxsus olmuş Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 2V–198 saylı, xx.xx.2021–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında onun, yəni İddiaçı1 xüsusi müliyyətinə verilmişdir. Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alınmışdır. Lakin 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bir hissəsi uzun müddətdir ki, Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, ətrafı çəpərlənərək öz torpağına qatılmışdır. Həmçinin, 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bir hissəsi Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, onlara məxsus meyvə ağacları sındırılmış və torpağı setkalayaraq öz torpağına qatmışdır. Dəfələrlə cavabdehlərə qanunsuz əməllərinə son qoymağı təklif etsələr də, onlar buna məhəl qoymamış, onlara məxsus torpaq sahələrini zəbtdən azad etməmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı1 (həmçinin, iddiaçı X2, İddiaçı3 və İddiaçı2 nümayəndəsi) məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bir hissəsi uzun müddətdir ki, Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, ətrafı çəpərlənərək öz torpağına qatılmışdır. Həmçinin, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bir hissəsi Cavabdeh2 və X7 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, onlara məxsus meyvə ağacları sındırılmış və torpağı setkalayaraq öz torpaqlarına qatmışlar. Dəfələrlə cavabdehlərdən mülkiyyətlərində olan torpaq sahələrindən çıxmalarını tələb etsələr də, cavabdehlər onlara məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehlərin sahibliyi qanunsuzdur. Ona görə də cavabdehlər onlara məxsus torpaq sahəsindən çıxarılmalı və torpaq sahələri onlara geri qaytarılmalıdır. Həmçinin, qeyd edir ki, cavabdeh tərəf hazırki mülki işə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, hesab edir ki, onların xahişi əsassızdır. Belə ki, mövcud qanunvericiliyə əsasən mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bir hissəsinin Cavabdeh1, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh2 və X4 zəbtindən azad edilməsi və torpağın qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı1 nümayəndəsi Nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş, öz mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Belə olan halda ona qarşı qaldırılmış iddianı, habelə əldə edilmiş ekspert rəyini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 nümayəndəsi X8 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2021–ci il tarixli Çıxarış əsasında Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1575 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 iddiaçının torpaq sahəsini zəbt etməmiş, öz mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə edir. Belə olan halda təmsil etdiyi şəxsə qarşı qaldırılmış iddianı, habelə əldə edilmiş ekspert rəyini əsassız hesab edir. Həmçinin, hesab edir ki, iddiaçılar hazırki iddia tələbini qaldırmaqda haqlı olmamışlar. Belə ki, iddiaçılar daha əvvəl də Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011–ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Lakin iddiaçılar həmin vaxtdan 11 il keçdikdən sonra Cavabdeh2 qarşı yenidən eyni tələblə iddia qaldırmışlar. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddia müddətini tətbiq etməklə, iddiaçıların iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh qismində cəlb edilmiş X6 və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan AA 588686 saylı “X10 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 adına qeydiyyata alınmışdır. İşdə olan AA 622048 saylı “X10 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1575 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 və X4 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0346 ha–dək hissəsi və **********66 reyestr nömrəli Çıxarış əsasən 0.0891 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə olunur. xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0495 ha–dək hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 3–16–16/2– 10/8419 nömrəli rəyindən görünür ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0346 ha–dək hissəsi və **********66 reyestr nömrəli Çıxarış əsasən 0.0891 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə olunur. xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0495 ha–dək hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı1 mülkiyyətindədir. Həmçinin, Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 ümumi birgə mülkiyyətindədir. Lakin Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0346 ha–dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Eləcə də, Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0495 ha– dək hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçılar dəfələrlə həmin torpaq sahələrini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdehlər iddiaçılara məxsus torpaq sahələrini qaytarmaqdan imtina etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların qanunsuz zəbt edilmiş torpaq sahələrindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0346 ha–dək hissəsi Cavabdeh1, 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0495 ha–dək hissəsi isə Cavabdeh2 istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin torpaq sahələri üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmçinin, məhkəmə Cavabdeh2 “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1–ci maddəsinə əsasə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2–ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 384.0.4–cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi qanun norması iddia müddətinin şamil edilmədiyi tələbləri müəyyən etmiş, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddətinin şamil edilməməsini nəzərdə tutmuşdur. Məhkəmə, yuxarıda qeyd olunanları əsas tutaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbinə iddia müddəti şamil edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0346 ha–dək hissəsi Cavabdeh1, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0495 ha–dək hissəsi cavabdehlər Cavabdeh2 və X4 zəbtindən azad edilməli və torpaq sahələri iddiaçılara qaytarılmalıdır. Məhkəmə, həmçinin öz mövqeyini onunla əsaslandırır ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən 0.1575 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 və X4 adına qeydiyyata alındığından, məhkəmə hesab edir ki, iddia tələbi həm Cavabdeh2, həm də cavabdeh qismində cəlb edilmiş X6 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən 0.1576 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0346 ha–dək hissəsi Cavabdeh1, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən 0.0685 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.0495 ha– dək hissəsi cavabdehlər Cavabdeh2 və X4 zəbtindən azad edilsin və torpaq sahələri iddiaçılara qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci müştərək qaydada alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-20/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-20/2024
01.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver