Məhkəmə qərarları › İş №2(076)-201/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-201/2024

27.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-201/2024 27.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı və xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması və həmin torpaq sahələrinin ona təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayonu, Düyərli kəndində bitişik olmaqla, hər biri 0.48 ha olmaqla. 2 ədəd kənd təsərrüfat təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli Çıxarış və xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarış almışdır. Torpaq sahəsini aldıqdan sonra orada müəyyən işlər görmək istəmiş, lakin cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını və torpaqdan çıxmasını tələb etmişdir. O, mülkiyyət hüququnu təsdiq edən sənədi cavabdehə göstərsə də, cavabdeh torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Bir müddət cavabdehin könüllü olaraq torpaq sahəsindən çıxmasını gözləmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı və xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması və həmin torpaq sahələrinin ona təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, habelə, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi təmsil etdiyi şəxsin mülkiyyətindədir. Lakin cavabdeh həmin torpaq sahələrini özbaşına zəbt edərək, oradan təyinatına uyğun istifadə edir. Dəfələrlə təmsil etdiyi şəxs cavabdehdən torpaq sahələrindən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Belə ki, təmsil etdiyi şəxs qanuni əsaslarla mülkiyyətində olan torpaq sahələrindən istifadə edə bilmir, öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Ona görə də cavabdeh iddiaçıya məxsus torpaq sahələrindən çıxmalı və torpaq sahələri iddiaçıya təhvil verilməlidir. Odur ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı və xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması və həmin torpaq sahələrinin ona təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi 1985–ci il tarixdən onun istifadəsindədir və orada xeyli sayda ağac əkmişdir. Belə ki, həmin torpaq sahəsini Vəkil adlı qonşusu öz adına almış, lakin pulunu onlar vermişdir. Həmin tarixdən hazırki vaxta qədər mübahisəsiz şəkildə torpaqdan istifadə etmişdir. O, torpaq sahəsini alan zaman ora zibillik olmuş, öz hesabına oranı təmizləmiş, abadlaşdırmış və 200 ədəd ağaclıq bağ salmışdır. Onda olan məlumata əsasən Vəkil adlı qonşusu həmin torpaq sahəsini qumarda uduzmuş və satmışdır. Lakin mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun sahibliyində və istifadəsindədir. Əksinə iddiaçı ümumi istifadədə olan torpaq sahəsini zəbt etmiş və onlara maneçilik yaratmışdır. Belə olan halda ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan AA 588803 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan AA 588793 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3462 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmçinin, xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3552 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/5294 nömrəli rəyindən görünür ki, xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3462 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmçinin, xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3552 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli arayışından görünür ki, xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3462 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsi, xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3552 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Hər iki Çıxarışda göstərilən torpaq sahələri yeni elektron uçot xəritəsində azalma ilə qeyd olunmuşdur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, habelə, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lakin xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli Çıxarışda göstərilən və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3462 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsi, xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli Çıxarışda göstərilən və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3552 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahələrindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli Çıxarışda göstərilən və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3462 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsi, xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli Çıxarışda göstərilən və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.3552 ha (0.4824 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Halbuki, cavabdehin həmin torpaq sahələri üzərində hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha (faktiki 0.3462 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsindən, xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha (faktiki 0.3552 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsindən çıxarılmalı, həmin torpaq sahələri iddiaçıya təhvil verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021–ci il tarixli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha (faktiki 0.3462 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.717 ha–dək hissəsindən və xx.xx.2021–ci il tarixli, **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.4824 ha (faktiki 0.3552 ha) kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.1026 ha–dək hissəsindən çıxarılsın və həmin torpaq sahələri iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar