Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-205/2024 25.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, üçüncü şəxs Şəmkir rayon Düyərli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və torpaq sahəsində olan daşın və tullantıların cavabdehlərin vəsaiti hesabına götürülməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və torpaq sahəsində olan daşın və tullantıların cavabdehlərin vəsaiti hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyta nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun icarəsində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılaraq torpaq sahəsinin boşaldılmasını, torpaq sahəsinə cavabdehlər tərəfindən tökülmüş daşın və digər tullantıların cavabdehlərin vəsaiti hesabına götürülməsinə, torpaq sahəsinin ona qaytarılmasına və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, həmin torpaqlar kənd təsərrüfatı təyinatlıdır və 2 il əvvəl onun tərəfindən Şəmkir rayon Düyərli Bələdiyyəsindən 15 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaqlar cavabdehlər tərəfindən zəbt edilərək həmin torpağa tikinti materialları tökmüşlər və daş-çınqıl tökərək orada yol salaraq həmin ərazidə tikinti materialları satırlar. Onun özünün adına vöen vardır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini qəbul etmədiklərini bildirdi ki, cavabeh Cavabdeh3 qeyd olunan torpaq sahəsində heç bir fəaliyyətlə məşğul olmur. Onlar Cavabdeh3 adının cavabdehlərin siyahısından çıxarılmasını tələb edirlər. Cavabdeh3 adına vöen var və o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Lakin ona aid olan sahibkarlıq obyekti mübahisəli ərazsidə yerləşmir və həmin ərazi ilə heç bir bağlılığı yoxdur. Həmçinin onlar mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Cavabdeh4 izahatında göstərdi ki, onlar 2014-cü ildən mübahisəli ərazidə tikinti-materiallarının satışı ilə məşğul olurlar. O 0.60 ha torpaq sahəsindən istifadə edir. Adına VÖEN var qanuni fəaliyyət göstərir. O, hər il Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə 120 manat torpağa görə pul ödəyir. "xxxx" MMC rəhbərləridir, sahibkarlar hər ay onlara elektrik enerjisinin çəkilişi, təmizliklə bağlı 150 manat pul ödəyirlər. "xxxx" MMC tərəfindən onların obyektləri mühafizə edilmir. Hər bir obyektin özünə aid mühafizəsi var və hər bir obyekt öz işıq pullarını ödəyirlər. Onların mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən icarəyə götürüldüyü barədə təzə məlumatları olmuşdur. O, mübahisəli ərzidə tikinti materiallarının satışı ilə məğul olur. Əlavə olaraq mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, O, "xxxx" MMC-nin qurucusudur. Mübahisəli ərazi 2014-cü ildə Düyərli Bələdiyyəsinə müraciət edilib torpaq ayrılması üçün. 2015-ci ildən həmin ərazi uzun müddətlik "xxxx" MMC-yə verilmiş və həmin ərazidən 2022-ci ilədək heç bir problem olmadan istifadə edilmişdir. 2022-ci ildə isə digər şəxsə satılmışdır. Hazırda həmin həmin torpaqda ümumi 0.20 ha bazar salınmış və bazar kimi istifadə edilmişdir. Onlar orda hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Hər bir cavabdehin orada böyük obyektləri var və hər bir vergi ödəyəcisidir. Həmin torpaq sahəsində onların obyektləri olmasına baxmayaraq, Şəmkir Rayonu Düyərli Bələdiyyəsi onlara heç bir məlumat vermədən və onlara təklif etmədən qeyd olunan torpaq sahəsini başqa şəxsə icarəyə vermişdir. 2015-ci ildən həmin ərazidə olan obyektlərin hər biri ayrı-ayrılıqda Şəmkir Rayonu Sabirkənd Bələdiyyəsinə torpaqdan istifadə üçün pul ödəyirlər. Onun hazırda adına VÖEN var və o sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əlavə olaraq bildirir ki, mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh5 izahatında göstərdi ki, o uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur belə ki, onun Zəyəm yolunun kənarında obyekti olmuş və o, orada tikinti materiallarının satışı ilə məğul olmuşdur. 2015-ci ildə Şəmkir Rayon İcra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov tərəfindən sahibkarlara basqı olmuş və nəticədə onları mübahisəli ərazidə yerləşən bazara yığmışlar. O düşünür ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazi iddiaçının qeyd etdiyi torpaq ərazisinə düşmür. Belə ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazi Sabirkənd ərazisinə yaxındır, həmçinin onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazinin ətrafında olan digər sahibkarlıq fəaliyyəti ilə məşğul olunan obyektlərin sahiblərinin heç birinin adı cavabdehlərin siyahısında yoxdur. Ona görə də o hesab edir ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazi İddiaçı tərəfindən icarəyə götürüldüyü ərazi deyil və o onun ərazisini tutmamışdır. Onlar hər ay icarə haqqı kimi "xxxx" MMC-yə pul ödəyirlər. Əgər həqiqətəndə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazi İddiaçı məxsus torpaq sahəsinə düşərsə o icarə pulunu artıq ona ödəyəcəkdir. Onun hazırda adına VÖEN var və o mübahisəli ərazidə tikinti materiallarının satışı ilə məşğuldur. Əlavə olaraq, mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs Şəmkir rayon Düyərli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, O, 5 ildir ki Şəmkir rayon Düyərli Bələdiyyəsinin sədri vəzifəsində çalışır. Mübahisəli torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi vahid şəkildə 11 ha olmaqla uzun illər şəxsi istifadədə olmuşdur. Həmin torpaq sahəsindən uzun müddət Şəmkir rayon Düyərli Bələdiyyəsinə heç bir vergi ödənilmədiyi üçün onlar orada əvvəl obyektlərin olmasını bilməmişlər, yalnız İddiaçıla icra müqaviləsi bağlanarkən və həmin əraziyə çıxarış alınarkən obyektlərin olmasını bilmişdir. Qeyd olunan torpaq sahəsi kənd təsərüffatlı təyinatlı torpaq sahəsi olmaqla 11 ha olmuş və 4.5 ha hissəsi İddiaçı icarəyə verilmişdir. Əlavə olaraq bildirdi ki, həmin əraziyə onun tərəfindən icarəyə verilməmişdən əvvəl baxmaq üçün getmiş, həmin vaxt orada 2 obyekt görmüşdür. Torpağı bölmək məqsədi ilə kadastr çıxarmaq üçün əmlak komitəsi getmiş, o da həmin vaxt orada olmuş, əmlak komitəsi həmin ərazidə obyektlərin olmasını görmüşdür. Həmin vaxt orada keçirilən bölgü bələdiyyənin üzvüləri tərəfindən sənədləşdirilmiş və protokol tərtib edilmişdir. O, kənd təsərüffatı təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədiyi ilə bağlı heç bir tədbir görməmiş və aidiyyatı üzrə heç bir müraciət etməmişdir. Mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə tərəflər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və İddiaçı ********** saylı VÖEN; Cavabdeh4 ********** saylı VÖEN; Cavabdeh3 ********** saylı VÖEN; Cavabdeh1 ********** saylı VÖEN; Cavabdeh5 ********** saylı VÖEN vardır. Tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi hesab edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər fərdi sahibkardır. Mübahisə sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisədir. Buna görə də həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və torpaq sahəsində olan daşın və tullantıların cavabdehlərin vəsaiti hesabına götürülməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-205/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-205/2024
25.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver