Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2067/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə arasında 04 oktyabr 2011–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, 26 may 2011–ci il tarixdə doğulmuş Aysun, 01 yanvar 2013–cü il tarixdə doğulmuş Hüseyn və 01 yanvar 2013–cü il tarixdə doğulmuş Məhərrəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia həcminin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cavabdehlə arasında 04 oktyabr 2011–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, 26 may 2011–ci il tarixdə doğulmuş Aysun, 01 yanvar 2013–cü il tarixdə doğulmuş Hüseyn və 01 yanvar 2013–cü il tarixdə doğulmuş Məhərrəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə, 04 oktyabr 2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 26 may 2011–ci il tarixdə Aysun, 01 yanvar 2013–cü il tarixdə doğulmuş Hüseyn və 01 yanvar 2013–cü il tarixdə Məhərrəm adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlarda ailə münasibətləri normal olmuş, lakin sonradan ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Ayrılarkən uşaqları onun yanında qalmışdır. Hazırda cavabdehlə boşanmaq fikri qətidir. Belə ki, aralarında olan ər–arvada məxsus bütün münasibətlər kəsilmişdir. Bundan sonra barışmaları və ailəni bərpa etmələri mümkün deyildir. Həmçinin, qeyd edir ki, mövcud vəziyyətdə azyaşlı uşaqlarının tələbatlarını tək başına qarşılıya bilmir. Uşaqların normal böyüməsi üçün cavabdehdən aliment tutulmasına ehtiyac vardır. Cavabdeh fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Odur ki, iddianın təmin olunaraq, cavabdehlə arasında 04 oktyabr 2011–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, 26 may 2011–ci il tarixdə doğulmuş Aysun, 01 yanvar 2013–cü il tarixdə doğulmuş Hüseyn və 01 yanvar 2013–cü il tarixdə doğulmuş Məhərrəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək və məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə faktiki olaraq evlənməklə, 04 oktyabr 2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 26 may 2011–ci il tarixdə Aysun, 01 yanvar 2013–cü il tarixdə Hüseyn və 01 yanvar 2013–cü il tarixdə Məhərrəm adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri evləndikləri ilk vaxtlarda normal olmuş, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş və yola getməmişlər. Nəticədə faktiki olaraq ayrılmışlar, hazırda da ayrı yaşayırlar. Bundan sonra barışıb ailəni bərpa etmələri qeyri–mümkündür. Bu səbəbdən boşanmağa razıdır. Əlavə olaraq qeyd edir ki, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılmasına etiraz etmir və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qanunla müəyyən edilmiş qaydada aliment ödəyə bilər. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 04 oktyabr 2011–ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 618 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 26 may 2011–ci il tarixdə Aysun, 01 yanvar 2013–cü il tarixdə Hüseyn və 01 yanvar 2013–cü il tarixdə Məhərrəm adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, 04 oktyabr 2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 26 may 2011–ci il tarixdə Aysun, 01 yanvar 2013–cü il tarixdə Hüseyn və 01 yanvar 2013–cü il tarixdə Məhərrəm adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və onlar arasındakı ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Tərəflər ər–arvad kimi yaşamamaqla, birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. Tərəflər arasında olan nikah artıq formal xarakter daşıyır. İddiaçının boşanmaq fikri qətidir və o, nikahın pozulmasına təkid edir. Cavabdeh də iddiaçı ilə boşanmağa razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikaha xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Tərəflərin izahatı ilə müəyyən olunur ki, birgə nikahdan doğulmuş uşaqlar ayrıldıqdan sonra iddiaçının himayəsində qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2–ci maddəsində göstərilmişdir ki, məhkəmə boşanmadan sonra uşaqlar üçün hansı valideyndən və hansı miqdarda aliment tutulduğunu müəyyən etməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 04 oktyabr 2011–ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 618 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından 26 may 2011–ci il tarixdə doğulmuş Aysun, 01 yanvar 2013–cü il tarixdə doğulmuş Hüseyn və 01 yanvar 2013–cü il tarixdə doğulmuş Məhərrəm adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilsin və 30 may 2023–cü il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 (on) manat məbləğində dövlət rüsumu tutulsun. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2067/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2067/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver