Məhkəmə qərarları › İş №2(076)-2083/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2083/2024

11.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2083/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alə üzvləri ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. X1 xx.xx.2006–cı il tarixdə, anası X10 xx.xx.2022–ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərindən Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə dair A182637 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərində atası tərəfindən 2 otaq və 1 dəhlizdən ibarət kürsülü fərdi yaşayış evi və bir yardımçı tikili 1970–ci ildə inşa edilmişdir. O, mərhum valideynlərindən miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin A182637 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında mərhum valideynlərinin və X8 adına qeyd edilmiş 2000 kv.m həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə onların mülkiyyət hüququ qeydə alınmadığından həmin əmlaklar miras kütləsinə daxil edilə bilmir. Ona görə də 2023–cü ilin noyabr ayında torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək üçün sənədləri DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim etmişdir. Lakin torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı cavabdehlə aralarında mübahisə olduğundan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsini icra emtəkdən imtina etmişdir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsə mərhum valideynlərindən Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi miras qalmışdır. Hazırda həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini sənədləşdirmək zərurəti yaranmış, bu səbəbdən təmsil etdiyi şəxs ərizə ilə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı iddiaçı və cavabdeh arasında mübahisə olduğundan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsini icra emtəkdən imtina etmişdir. Nəticədə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri apara bilməmişlər. Ona görə də təmsil etdiyi şəxs məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ pozulmuşdur. Odur ki, məhkəmədən, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, o, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına hər hansı maneçilik törətməmişdir. Həmin ərazidə ölçmə işlərinin aparılmasına etiraz etmir. Bununla belə iddia üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan A182637 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü”ndən görünür ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 nömrəli qərarı ilə X3 mülkiyyətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 2000 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli arayışından görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon AİK–nın xx.xx.1998– ci il tarixli 49 nömrəli qərarı ilə X3, X6 və X8 adlarına A 183068 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” tərtib edilmişdir. İşdə olan Şəmkir Rayon Notariat ofisinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, xx.xx.2022–ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakla bağlı xx.xx.2023-cü il tarixdə 861 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İşdə olan Şəmkir Rayon Notariat ofisinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, xx.xx.2006–cı il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakla bağlı xx.xx.2023-cü il tarixdə 862 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İşdə olan Şəmkir RİHB-nın Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 yaşadığı təsərrüfatda 2 otaq və 1 dəhlizdən ibarət kürsülü fərdi yaşayış evi və bir yardımçı tikilini 1970–ci ildə öz şəxsi vəsaiti hesabına tikdirmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı X1, anası X10 olmaqla, xx.xx.1966-cı il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 xx.xx.2006cı il tarixdə, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023–cü il tarixli rəsmi məktubdan görünür ki, iddiaçı ilə qardaşı arasında fərdi yaşayış evinə dair mübahisə olduğundan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində ölçü işlərinin aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 nömrəli qərarı ilə iddiaçının X1nun mülkiyyətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 2000 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına A182637 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” tərtib edilmişdir. İddiaçının X1 xx.xx.2006-cı il tarixdə, anası X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının mərhum valideynlərindən qalmış miras əmlakla bağlı 861 saylı və 862 saylı vərəsəlik işləri açılmış və onların vərəsəsi İddiaçı müəyyənləşmişdir. Hazırda iddiaçı miras qalmış mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin fərdi yaşayış evinə dair tərəflər arasında mübahisə olması əsası ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 nömrəli qərarı ilə iddiaçının mərhum X1nun mülkiyyətinə verilmiş, bu barədə adına A182637 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” tərtib edilmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış, Namaz Süleymanovun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X9 X5 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. A№ 182637 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə (ölçmə işlərinin aparılmasına) Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar