Məhkəmə qərarları › İş №2(076)-2108/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2108/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2108/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi, eyni zamanda ərizəçi Maraqlı şəxs2 nümayəndəsi Ərizəçi iştirakları ilə Ərizəçilər Ərizəçi və Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçilər Ərizəçi və Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, 2014-cü ildə faktiki ailə qurmaqla, 03 iyun 2016-cı ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 28 iyun 2015-ci ildə Zəhra, 28 mart 2017-ci ildə Hüseyn, 18 iyun 2019-cu ildə Həsən və 28 oktyabr 2020-ci ildə Leyla adlı uşaqları anadan olmuşdur. Həmin uşaqlardan 28 iyun 2015-ci ildə anadan olmuş Zəhra, 28 mart 2017-ci ildə anadan olmuş Hüseyn və 18 iyun 2019-cu ildə anadan olmuş Həsən adlı uşaqlara doğum haqqında şəhadətnamə almışlar. Lakin 28 oktyabr 2020-ci ildə anadan olmuş Leyla adlı uşağa doğum haqqında şəhadətnamə almamışlar. Belə ki, Leyla pandemiya dövründə ev şəraitində doğulmuşdur. 28 oktyabr 2020-ci ildə anadan olmuş Leyla adlı uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etsələr də, doğum haqqında tibbi şəhadətnamə təqdim edə bilmədikləri üçün uşağın doğumunun qeydə alınması mümkün olmamışdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, X2 atası Ərizəçi və anası Maraqlı şəxs2 olmaqla xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçi Maraqlı şəxs2 nümayəndəsi Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi, eyni zamanda ərizəçi Maraqlı şəxs2 nümayəndəsi Ərizəçi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs1 04 may 2023-cü il tarixli, 1072 nömrəli arayışından görünür ki, Ərizəçi ilə X3 arasında 03 iyun 2016-cı il tarixdə nikah bağlanmış, nikahın bağlnaması akt qeydində 227 nömrə ilə qeydiyyata alınmış, nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 04 may 2023-cü il tarixli, 1072 nömrəli arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 28 iyul 2015-ci il tarixdə X4, 28 mart 2017-ci il tarixdə X5 və 18 iyun 2019-cu ildə X7 adlı uşaqları anadan olmuşdur. Bu barədə uşaqların doğum haqqında şəhadətnamənin ata qrafasında ata adları Ərizəçi, ana qrafasında Maraqlı şəxs2 qeyd olunmuşdur. İşdə olan Şəmkir rayon Qeydioyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-934 nömrəli məktubundan görünür ki, X2 doğumunun dövlət qeydiyyatına alınması imkanları xaricində olduğu bildirilərək, bu barədə adiyyəti üçün məhkəməyə müraciət olunması Ərizəçi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin forma 26/y, 1 nömrəli uşağın tibbi kartasından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası isə Maraqlı şəxs2 kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs2 faktiki evlənməklə 03 iyun 2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 28 iyun 2015-ci ildə Zəhra, 28 mart 2017-ci ildə Hüseyn, 18 iyun 2019-cu ildə Həsən və 28 oktyabr 2020-ci ildə Leyla adlı uşaqları anadan olmuşdur. xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaq ev şəraitində doğulmuşdur. Həmin vaxt “COVİD 19” virusu ölkə ərazisində vətəndaşların evdən çıxmasında Dövlət tərəfindən məhdudiyyətlər qoyulduğundan, həmin vaxtda xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 doğulduğundan qızlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 atası Ərizəçi, anası Maraqlı şəxs2 olmaqla xx.xx.2020-ci il tarixdə Şəmkir rayonunun Zəyəm qəsəbəsində doğulması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar