Məhkəmə qərarları › İş №2(076)-2166/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2166/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2166/2023 19.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi X6 Maraqlı şəxs: X3 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış, JN–1193A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, X10 onun anası olmuşdur. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə anası X5 Şəmkir şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına JN–1193A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Anası xx.xx.2010–cu il tarixdə vəfat etmişdir. Anasının sağlığından onunla birlikdə yaşamış, birgə təsərrüfat aparmış, anasının vəfatından sonra da ondan qalan miras əmlakı faktiki qəbul etməklə, idarə etmişdir. Hazırda miras əmlaka dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəmiş, bununla bağlı Şəmkir Rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün həmin orqan bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum anası X2 miras qalmış, JN–1193A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi X14 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə ərizəçinin anası X5 Şəmkir şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına JN–1193A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. X10 xx.xx.2010–cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra təmsil etdiyi şəxs ondan miras qalmış torpaq sahəsini faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün notariat orqanı ona miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs X11 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, Ərizəçi onun bacısıdır. Həqiqətən anası X1 bacısı Şöylə ilə birlikdə yaşamış, anasına bacısı baxmış və birgə təsərrüfat aparmışlar. Anası xx.xx.2010–cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra bacısı Şöylə ondan miras qalmış torpaq sahəsini faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Hazırda anasından qalmış miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazı yoxdur və ərizənin təmin edilməsinə razıdır. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxslər X16 və X12 da iştirak etdikləri məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək, ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Maraqlı şəxslər Şəmkir Rayon 1 saylı Notariat Ofisinə, X13, X7, X8 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi anası X10, atası X15 olmaqla, xx.xx.1945–ci il tarixdə Gədəbəy rayonu, Sovetkənd kəndində doğulmuşdur. İşdə olan JN–1193A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon Aqrar İslahat 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə X5 Şəmkir şəhəri ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2010–cu il tarixdə vəfat etmişlər. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair xx.xx.2023–cü il tarixli qərardan görünür ki, Ərizəçi mərhum X2 qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəmkir Rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin nümayəndəsinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2010– cu il tarixdə vəfat etmiş mərhum X10 ərizəçinin anası olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X2 Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X2 qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X2 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X2 qalmış mirası, onun ölümündən sonra qızı Ərizəçi miras torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə faktiki olaraq qəbul etdiyindən mübahisəli miras əmlakdan pay almaq hüququ ona keçmişdir. Həmçinin, mərhum X4 vərəsələri olan X11, X16 və X12 mirasdan pay istəmədiklərini bildirmişlər. Digər maraqlı şəxslər X7 və X9 məhkəmə iclasına çağrılmasına baxmayaraq, gəlməmiş və susmuşdur. Məhkəmə həmin halı maraqlı şəxslərin heç bir etirazının olmaması kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, mərhum anası X2 miras qalmış, JN–1193A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar