Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2172/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Şəmkir rayonu Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Şəmkir rayonu Çənlibel Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinə aid rəsmi bildirişlərdən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya ətraflı məlumat verilmiş və həmin məlumatın göndərilməsi təsdiq olunmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almış, həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçıya növbəti bildiriş göndərilmişdir. İddia ərizəsinə iddiaçının iştirakı olmadan baxılmasının mümkünlüyü müzakirə edilərkən məhkəmə belə nəticəyə gəlimişdir ki, iş materialları ilə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması əsaslı sayıla bilməz və belə olan vəziyyətdə iş üzrə obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclası zamanı iddiaçının iddiasına mahiyyəti üzrə baxılması üçün təkid etmədiklərini və bununla bağlı ərizəyə baxılıb yekun qərar qəbul edilməsini tələb etmədiklərini bildirdilər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi hər hansı səbəb göstərmədən məhkəməyə gəlməmiş və ya gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Beləliklə, iş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Şəmkir rayonu Çənlibel Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ümumi istifadədə olan yolun açılması və dəmir setkanın cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2172/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2172/2023
01.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver