Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-220/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Hüquqların dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvlərilə birlikdə Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayır. Şəmkir rayonu Yuxarı Seyfəli kəndində onun özünə məxsus həyətyanı torpaq sahəsi və üzərində fərdi yaşayış evi vardır. Ailə üzvlərilə birlikdə həmin evdə yaşayır. Bundan başqa Şəmkir rayonu Yuxarı Seyfəli kəndində ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Hüquqların dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətinə verilmiş və torpaq sahəsinə dair A 651721 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. O, hazırda mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdehlər onun torpaq sahǝsini bütünlüklə zəbt edib istifadə edirlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 onun bacısı qızları, Cavabdeh2 isə Cavabdeh1 əridir. Cavabdehlər heç bir əsas olmadan onun mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olduğunu bildirirlər və dəfələrlə müraciət etməyinə baxmayaraq torpaq sahəsindən çıxmırlar. Onun torpaq sahəsində çoxlu sayda meyvə ağacları vardır ki, cavabdehlər ona məhsulunu yığmağa belə imkan vermirlər. Halbuki, həmin torpaq sahəsinə dair cavabdehlərin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Hüquqların dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılmağa başlanana kimi ilk iddia üzrə Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onlar ailəsinin Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində 50 ilə yaxındır ki, dədə-baba torpağı var. Valideynləri rəhmətə getdikdən sonra o və bacısı Cavabdeh3 həmin torpağı rəsmiləşdirmək qərarına gəldilər və bununla bağlı Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəyə müraciət etdilər. Orada onlara bildirdilər ki, onlar Bakı qeydiyyatında olduğu üçün həmin torpağı öz adına sənədləşdirə bilməzlər və onlara məsləhət gördülər ki, bu torpağı həmin kənddə qeydiyyatda olan, etibar etdiyi yaxın qohumunun birinin adına sənədləşdirsinlər. Daha sonra isə o şəxs həmin torpağı onlara bağışlayar. Onlar dayısı İddiaçı inanmış və bu torpağı sənədləşdirmək üçün şəxsən İddiaçı 7500 manat pul vermişlər. Həmin bu söhbətlər aralarındakı razılaşma, pulun ona verilməsi cavabdeh İddiaçı yaşadığı evdə baş verdi və bunu təsdiq edən şahidlər var. Bundan sonra onlar daha 3300 manat xərc çəkərək həmin torpağa əlavə su çəkdirdilər. Bu hadisələrdən bir-iki ay sonra dayısının torpağı onlara bağışlaması üçün notariusa getdikdə onlara orada bildirdilər ki, həmin torpaq bələdiyyə yüklüdür və həmin torpaqla bağlı 5 il heç bir əməliyyat etmək olmaz. Onlar gözləməli oldular, amma əvvəlki kimi həmin torpaqda təsərrüfatla məşğul olurdular, adam tutub maaş verərək torpağı suvarırdılar. Köhnə qurumuş ağacların yerinə xeyli sayda yeni ağaclar əkirdilər. 2023-cü ilin oktyabr ayında onlar Şəmkirə gedərək xurma məhsulunu yığıb 1500 manata alıcıya satdıq, heç bir problem yaşanmadı. Məhsulun alqı-satqısı Əhmədov Fidayilin gözü qarşısında baş verdi. Və yəqin ki, onun tamahını gücləndirdi. 2024-cü ilin avqust ayında onlar kənddə olarkən həmin torpağa getdilər və heç bir səbəb olmadan dayısı ilə aralarında mübahisə düşdü. O, onlara həmin torpağı qaytarmayacağını, onu Rusiya vətəndaşı olan və orada yaşayan qızı Aygünə verəcəyini bildirdi. Onlar kənddən sonra isə baxmayaraq ki, onlar orada olarkən heç bir sərt hərəkət etməmişdi. Onların suvarma üçün tutduğu xanımı, digər doğma bacısının qızını zorla torpaqdan çıxarmış və indiyə qədər də oraya buraxmayıb. Həmçinin onların həmin torpağa suvarma üçün çəkdirdiyi su borularını da sındırmış, onlara maddi ziyan vurmuşdur. Bu barədə xx.xx.2024-cü ildə "102" xidmətinə məlumat verilmiş Şəmkir RPŞ-nə yazılı müraciət olunmuşdur. Qeyd edilənlərə əsasən ilkin iddiaçının “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair illkin iddiasının təmin edilməməsi, cavabdehin onun hesabına əsassız varlandığı 7500 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilməsi 95 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini, iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izaha verərək ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilərək ona dəymiş ziyan 7500 manat pulun və 95 manat ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasnda şahid qismində Şahid ifadəsində bildirdi ki, İddiaçı onun atası, cavabdehlər Səkinə Əhmdova və Elnarə Əskərova bibisi qızıdır. Mübahisəsi gedən torpaq sahəsi həmişə onların istifadəsində olmuşdur. Cavabdehlər onlara məxsus torpaq sahələrini sənədləşdirmək istədikdə həmin torpaq sahəsini müvəqqəti olaraq atası Fədayıl Əhməsdovun adına sənədləşdirilmişdir. Sənədləşmə işlərinin aparılması üçün 7500 manat pulu bibisi qızı Elnarə Əskərovanının əri Cavabdeh2 atasına vermişdir. Həmin pulları onun iştirakı ilə verilişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 Şahid Fədail oğlunun ifadəsini təsdiqlədi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın təsdiqli surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********26) 0.12 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan DƏDKR-nin X12 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayon, Yuxarı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/9192 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayon, Yuxarı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən 0.473 ha və 2.0172 ha torpaq sahəsi X5 və X1, X4, X3 mülkiyyətindədədir. Həmin torpaq sahəsini cavabdeh X14 istifadə edərək mülkiyyətçilərin istifadəsinə maneçilik törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehlərin istifadəsindədir. Cavabdehlərin həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış əsasında X6 mülkiyyətində olan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan qanunvercilik normalarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı 7500 manat pulu tələb etsə də, məhkəmə həmin tələbi əsassız hesab edir. Belə ki, iddiaçı mülki işin məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 7500 maant pulun verməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş cavabdehə 7500 manat pulun verməsini bildirsə də, həmin halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 800 manat dəyərində maddi ziyanı sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İlk iddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış əsasında X6 mülkiyyətində olan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh2 cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-220/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-220/2025
26.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver