Məhkəmə qərarları › İş №2(076)-2210/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2210/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2210/2023 26.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və X3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin paylı mülkiyyətində olan, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində hazırkı Abbaslı kəndində JN 1932 A saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” qeyd olunan 0.12 ha həyətyanı torpaq sahəsinin üzərində olan, cavabdehlərin faktiki istifadəsində olan fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiası üzrə cavabdehlər - X1 əri, Cavabdeh2 sabiq qayınanası, Cavabdeh3 isə sabiq qayınatasıdır. O, cavabdeh X5 ilə 2009-cu ildə faktiki ailə qurmuşdur. Nikahları 02 yanvar 2011-ci ildə rəsmi qeydə alınıb. Həmin nikahdan iki uşaqları doğulub: X7 - xx.xx.2010 və Cavabdeh3 Ələddin oğlu - xx.xx.2014. Toyları olan gün o cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür, cehiz əşyaları bu evə yığılıb. Uşaqları bu evdə doğulub. Hazırda ona və uşaqlarına məxsus olan bütün əmlakları həmin evdədir. 2020-ci ilin mart ayına kimi bu evdə mübahisəsiz yaşamışdır. Aralarında olan narazılığa görə həmin vaxt evdən qovulmuşdur. Həmin vaxtdan ata evində yaşayır. Başqa yerdə yaşamağa evi yoxdur. Ata evində yaşamaq, uşaq saxlamaq ona çox çətindir. O, bir neçə dəfə həmin evdə yaşamaq üçün getsə də, cavabdehlər onları həmin evə buraxmayıblar. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Köçmək istədikləri və hazırda cavabdehlərin istifadəsində olan fərdi yaşayış evi bir neçə yaşayış otağından, yaşayış və qeyri yaşayış sahəsindən, köməkçi sahədən ibarətdir. O, hesab edir ki, cavabdehlər onları ailə üzvü kimi ailəyə qəbul edib və onların həmin evdə mübahisəsiz yaşamalarına şərait yaratmışlar. Onlar isə həmin evdə uzun müddət yaşadıqları və cavabdehlərlə birgə təsərrüfat idarə etdiklərinə görə həmin evdən istifadə hüququ əldə etmişlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlər X5, Cavabdeh2 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə cavabdeh X2 birgə nikahından xx.xx.2010-cu il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə Cavabdeh3 Ələddin oğlu anadan olmuşlar. İş materiallarında olan arayışdan görünür ki, X5 ilə İddiaçı nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş xx.xx.2022-ci il tarixdə 85 nömrəli akt qeydi ilə Şəmkir rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra kişiyə Qasımov qadına Qasımova soyadı verilmidir. İş materiallarında olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 149 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayır. Onun ailə üzvləri: arvadı-Cavabdeh2, oğlanları-X5 və X4r. Cavabdeh3 kənd ərazisində həyətyanı torpağı və fərdi yaşayış evi vardır. Ev 1988-ci ilə tikilib, 6 otaq, 1 mətbəxt və hamamdan ibarətdir. Onun ailə üzvləri həmin evdə qeydiyyatdır. İş materiallarında olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 289 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və onun azyaşlı övladlarının 2009-cu ildən 2020-ci ilə kimi kənd ərazisində yaşadıqları fərdi yaşayış evi təsərrüfatbaşına kitabında Cavabdeh3 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu, aşağı Seyfəli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınaraq JN-1932A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 ilə xx.xx.2009-cu il tarixdə el adəti ilə evlənmiş, xx.xx.2011-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş və iddiaçı Cavabdeh3 məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin kimi köçərək orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və nikahları məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Hazırda cavabdehlər tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına isnad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə cavabdehlərdən X5 ilə rəsmi nikaha daxil olmuş, habelə Ələddin Qasımovla xx.xx.2009-cu il tarixdə faktiki ailə qurduğundan həmin tarixdə mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin vaxt onun gəlin köçdüyü yaşayış sahəsi iddiaçının qaynatası – digər Cavabdeh3 adına qeydə alınmışdır. Hazırda da Cavabdeh3 evin mülkiyyətçisidir. Odur ki tərəflər arasında mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın birindən sonra yarandığından iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh3 məxsus yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və X3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar