Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-230/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Elşən Nazim oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – cavabdehin ona məxsus olan, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin qanunsuz zəbt edilmiş hissəsindən çıxarılması, həmin torpaq sahəsinin içərisində tikilmiş bütün tikililərin cavabdehin öz hesabına sökülməsi və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən 0,12 ha torpaq sahəsini alqı-satqı yolu ilə almış və həmin torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətindədir. İddiaçıya həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarış verilmişdir. Mahiyyəti üzrə iddiaçı bildirir ki, mülkiyyətində olan torpaq sahəsinin 4 (dörd) sot hissəsi kənd sakini Cavabdeh tərəfindən zəbt edilərək orada hətta yaşayış evi tikilmişdir. Bu prosesdə Şəmkir rayon Dəllər Cırdaxan bələdiyyəsinin sədri X1 da rolunun olması ehimalı böyükdür. İddiaçı dəfələrlə Cavabdeh ilə əlaqə saxlamasına baxmayaraq nəticəsi olmamışdır. Sonuncu və Xəqani Hüseynov hər dəfəsində müxtəlif vədlərlə iddiaçını aldadaraq mülkiyyətində olan torpaq sahəsini ona geri qaytarmırlar. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmaqdadır. Səylərinin və göstərdiyi humanizmin nəticə vermədiyinin görərək ədalətin bərqərar olunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/1031 saylı ekspert rəyindən görünür ki, seriya MA ******* saylı, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər –Cırdaxan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.0371 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Seriya MA ******* saylı, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər –Cırdaxan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 164.28 kv.m-dək tikili (ev) inşa edilmişdir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı bundan əvvəl də cavabdehə qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin o, məhkəmə iclasında iştirak etmədiyindən mülki iş məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qeyd edilən torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Hazırkı iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsi təşkil edir. Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırkı işdə mövcuddur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə də seriya MA ******* saylı, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər –Cırdaxan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.0371 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilməsi və həmin torpaq sahəsində cavabdeh tərəfindən 164.28 kv.m-dək tikili (ev) inşa edilməsi öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının bundan əvvəlki iddia ərizəsi üzrə ekspertiza təyin edilmiş və həmin iş üzrə xx.xx.2023-cü il tarixli 10/1031 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Qeyd edilən tarixdən mülki işə mahiyyəti üzrə baxılanadək mövcud mübahisəli vəziyyət dəyişmədiyindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsi xüsusi bilik tələb etdiyindən, iş üzrə verilmiş ekspert rəyinin hüquqi əhəmiyyəti vardır. Məhkəmə iddia tələblərinin “torpaq sahəsinin içərisində tikilmiş bütün tikililərin cavabdehin öz hesabına sökülməsi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsində onun icazəsi olmadan öz hesabına hər hansı tikilinin inşa edilməsi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, onun əmlakdan istifadə edilməsinə maneə yaradır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir” Odur ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus Şəmkir rayonun, Dəllər- Cırdaxan kəndində yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılmalı, onun tərəfindən iddiaçıya məxsus torpaqda inşa edilmiş ev və digər tikililər cavabdehin öz hesabında sökülməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus seriya MA ******* saylı, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Dəllər –Cırdaxan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.0371 ha hissəsindən çıxarılsın. İddiaçı məxsus Şəmkir rayonun, Dəllər-Cırdaxan kəndində yerləşən 0.12 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 164.28 kv.m-dək tikili (ev) cavabdehin hesabına sökülsün. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-230/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-230/2024
07.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver