Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-232/2023 30.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, İddiaçılar İddiaçı və X5i nümayəndəsi X2 cavabdehlər X8 və X11 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və X5i nümayəndəsi X6 cavabdehlər X8 və X11 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 və X9 onun azyaşlı uşaqları İddiaçı və X14 mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanda yerləşən 0.30 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına, eyni zamanda cavabdehlərdən müştərək qaydada 100 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-cı maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclasında iddiaçılar İddiaçı və X5i nümayəndəsi X6 iddianın təmin edilməsini, bunun üçün məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etdiyindən iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Bundan sonra məhkəmə tikinti-texniki ekspertizasının 23 dekabr 2022-ci il tarixli 10/7161 nömrəli rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəy ilə mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X5i nümayəndəsi X1 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçılar İddiaçı və X5i nümayəndəsi X6 tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5.-cı maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.06, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı və X5i nümayəndəsi X2 cavabdehlər X8 və X11 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə X6 tərəfindən "xxxx" ASC-nin ödəniş sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, əməliyyat nömrəsi İD 47641673, qəbzin nömrəsi 29145, terminal nömrəsi K0147011, sənədin FİN kodu 3Y59MBJ ilə məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəmkir Rayon Maliyyə şöbəsi tərəfindən X3 geri qaytarılsın. X1 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-232/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-232/2023
30.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver