Məhkəmə qərarları › İş №2(076)-2337/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2337/2024

03.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2337/2024 03.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 qarşı «cavabdehlərinin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanununuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı «cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanununuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş mülkiyyət hüququ əsasında X2, X3, X4, X7 və ona məxsus olan JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilmiş mülkiyyət hüququ əsasında X2, X3, X4, X7 və ona məxsus olan JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehlərin hesabına sökülməsi və torpaq sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsuii xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş mülkiyyət hüququ əsasında X2, X3, X4, X7 və ona məxsus olan JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və torpaq sahələrinin ona təhvil verilməsi” və “cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilmiş mülkiyyət hüququ əsasında X2, X3, X4, X7 və ona məxsus olan JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehlərin hesabına sökülməsi və torpaq sahələrinin ona təhvil verilməsi” tələbləri birbiri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz, bu tələblərin hər birinə ayrıca icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 qarşı «cavabdehlərinin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanununuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 qarşı «cavabdehlərinin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanununuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar