Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2341/2024 31.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 və Cavabdeh1 Cavabdeh2 qarşı “cavabdehin dövlət aktı ilə onlara və məhrum atasına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması və ordan cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət akt ilə onlara və məhrum atasına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması və ordan cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi torpaq sahəsinin onlara təhvil verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının (VliyevaNazlı Məhərrəm) soyadı və adı düzgün qeyd edilməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsində iddia tələbini aydın qeyd etməmişdir. Belə ki, öz tələbində (xahiş edirəm hissəsində) cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılmasını qeyd etsə də, məhz hansı ünvanda yerləşən torpaq sahəsindən çıxarılmasını qeyd etməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 və Cavabdeh1 Cavabdeh2 qarşı “cavabdehin dövlət aktı ilə onlara və məhrum atasına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması və ordan cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, VliyevaNazlı Məhərrəm qızının, İddiaçı4 və Cavabdeh1 Cavabdeh2 qarşı “cavabdehin dövlət aktı ilə onlara və məhrum atasına məxsus 1 hektar torpaq sahəsindən çıxarılması və ordan cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz vəsaiti hesabına sökülüb götürülməsi torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2341/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2341/2024
31.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver