Məhkəmə qərarları › İş №2(076)-239/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-239/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-239/2024 01.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, atası X29, anası X13 olmaqla 1939-cu ildə Ermənistan Respublikasının Krasnosel rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1939-cu ildə Ermənistan Respublikasının Krasnosel rayonunda anadan olmuşdur. Atası, mərhum X29, anası, mərhum X14 olmuşdur. Onun əsl adı “Cəlal”dır kiril əlifbası və rus dilində yazıldığı üçün bütün sənədlərdə adı “Calal” kimi göstərilmişdir. O, adında düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Doğum akt qeydi aşkar edilmədiyi üçün rəsmi məktubla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib doğum faktının məhkəmə qaydasında müəyyən olunmasını istəyir. Tərəflərin izahatları: Ərizəçi nümayəndəsi X17 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş *4.1*.2*23-cü il tarixli 126**44693 nömərli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 1** manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş HЗ *9224*3 nömrəli hərbi biletin surətindən görünür ki, X25 1939-cu ildə anadan olmuşdur, Ermənistan SSRİ, Krasnosel rayonun hərbi komissarlığında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs 21.*7.2*23-cü il tarixli məktubundan görünür ki, rayon qeydiyyat şöbəsinin arxiv kitablarında və “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Çənlibel kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24.*7.2*23-cü il tarixli 199 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəmkir rayonun Çənlibel kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X17 13.*4.1982ci ildə anadan olmuşdur, atası X18r, anası X2r. İş materiallarında olan X7 və X1 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onlar təsdiq edirlər ki, X25 Ermənistan Respublikasında doğulub, 1988-ci il müharibə vaxtı Ermənistandan Azərbaycana gələrək, Şəmkir rayonunda məskunlaşıb. Onlar ərizəçilərlə bir yerdə yaşamış, ona həmişə “Cəlal” kimi müraciət ediblər, adı “Cəlal” kimi səsləndirilib. Sənəddə səhvən Ermənistan Respublikasında “Calal” kimi yazılıb, ancaq faktiki olaraq adı Cəlaldır. Yazılanları öz imzaları ilə təsdiq edirlər. İş materiallarında olan AZE 13964352 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 *5.*1.1976-cı ildə Ermənistan, Krasnosel rayonunda anadan olmuşdur. İş materiallarında olan AA29*6866 seriyalı şəxiyyət vəsiqəsinin surətindən görünür ki, X15 15.*3.1979-cu ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZE 13846232 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 3*.*3.1974-cü ildə Ermənistan, Krasnosel rayonunda anadan olmuşdur. İş materiallarında olan AA*215766 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X2* 13.*1.1969-cu ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında oaln AA2672828 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X1* 2*.12.1977-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan JN-563 Kod 5*416*18 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X21 və onun aiə üzvləri X3 X11, X4, X8, X12 və X5 Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 31.*8.1998-ci il tarixli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 4.7* ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğumfaktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 3*7.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .*4.2*19-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X16 doğum faktının müəyyən edilməsinin vərəsəlik eləcə də, hər hansı bir sənədləşmə aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X16 adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X16 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X16 doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X16 XX.XX.1939cu il tarixdə Ermənistan, Krasnosel rayonunda anadan olması, atasının X29, anasının isə X13 olması ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X16 XX.XX.1939-cu il tarixdə Ermənistan, Krasnosel rayonunda anadan olması, atasının X29, anasının isə X13 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar