Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2419/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinə qarşı xx.xx.2024-cü il tarixli, 07 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəmkir cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinə qarşı xx.xx.2024-cü il tarixli, 07 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin xx.xx.2024-cü il tarixli, 07 saylı əmrinin ləğv edilərək, onun öz əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin avqust ayından Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 Sahəsində "fəhlə" vəzifəsinə işə qəbul edilmişdır. O 2024-cü ilin aprel ayının axırında bildi ki, onu işdən qanunsuz azad ediblər. Heç bir xəbərdarlıq olmaqdan həmkarlar ittifaqının rəyi olmadan, o heç bir qanun pozuntusuna yol vemrədiyi halda işdən azad olunmuşdur. O əmrin surətini aldıqdan dərhal sonra Mediasiya müraciət etmişdir. Mediasiya arayışını aldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşdən azad olunma əmrində və əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndini qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunanlara əsasən cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin xx.xx.2024-cü il tarixli, 07 saylı əmrinin ləğv edilərək, onun öz əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, əmək müqaviləsi bağlanan bir vaxtdan ona işə gəlməyi barədə hər hansı söz deyilməmiş, bu səbəbdən 2023-cü ilin avqust ayından yəni əmək müqaviləsi bağlanan gündən işə getməmiş, 2024-cü ilin fevral ayına qədər bu barədə ona hər hansı irad bildirilməmişdir. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı özünü şəhid ailəsi kimi təqdim edərək iş istəmiş, onu fəhlə kimi işə götürmüşlər. Lakin o 2023-cü ilin avqust ayından 2024-cü ilin fevral ayına qədər işə gəlməmiş, bu barədə ona dəfələrlə məlumat və xəbərdarlıqlar edilmişdir. İddiaçı iş yerinə fevral ayında bir neçə çağırışdan sonra gəlmiş, onda da iş yerində səs-küy salaraq iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 07 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/MT/033-2024-00246 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi arayışdan görünür ki, İddiaçı və Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə təyin edilmiş sessiyasında iştirak etmişlər. Mubahisə predmeti işə bərpası, maddi, mənəvi ziyan və buraxılmış iş müddətinə görə əmək haqqı tələbə qeyd edilmişdir. Süleymanov Qabil mediyasıya prosesinin davam etdirməyə razılıq verməyən tərəf olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrdən görünür ki, İddiaçı 30 və 31 yanvar 2024-cü il tarixlərində işə gəlmədiyi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı heç səbəb bildirmədən işə qəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 06 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixlərində də işə gəlməmişdir. İddiaçı idarəyə dəvət edilmişdir. İddiaçı şəhid ailəsi olduğunu iddia etmiş və o səbəbdən şəhid ailəsi statusundan istifadə edərək işə gəlməkdən imtina etmişdir. Onun şəhid ailəsi statusuna malik olmadığı və işə gəlməsi haqqında izahat verilmişdir. Lakin İddiaçı işə gəlməkdən imtina etmiş və artıq hərəkətlər etdiyi üçün ona töhmət verilmiş və xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı idarəyə dəvət edilmiş, o işə gəlməkdən imtina etmiş, nalayiq soyüşlər söymüş, idarədə idarə rəisini təhqir etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 07 nömrəli əmrdən görünür ki, İddiaçı 30 yanvar 2024 - 08 fevral 2024-cü il tarixlərində heç bir əsaslı səbəb göstərmədən işə çıxmadığı üçün Həmkarlar təşkilatının 7 fevral 2024-cü il tarixli protokoluna əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən azad edilsinə əmr verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı ona xəbərdarlıqlar edilməsinə baxmayaraq, idarəyə dəvət edilməyinə baxmayaraq işə gəlməməkdə davam etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iclas keçirilmiş və ondan 43 nəfərdən dəvət olunanlardan 40 iştirak etmişdir. Həmin iclasda İddiaçı haqqında müəyyən inzibati tənbeh və aktlar tərtib edilmiş, kollektiv sürətdə marifləndirici söhbətlər aparılmış, buna baxmayaraq o qeyd etmişdir ki, “işə gəlməyəcəm, evdə oturub əmək haqqımı alacam. Mənə heç kim heçnə edə bilməz” deymişdir. Bu da kollektiv arasında narazılıqla qarşılanıb. Odur ki, işə götürən həmin işçi haqqında tədbir görməsini əsas gətirərək onu işdən kənarlaşdırılması, işə götürənə tövsiyə edilmişdir. Həmin qərar 40 əlehinə səs vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsi arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi bağlandıqdan sonra Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinə işə getməmiş, 2024-cü ilin yanvar və fevral aylarında müxtəlif vaxtlarda Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsi tərəfindən işə dəvət edilsə də işə gəlməkdən imtina etmişdir. Bundan sonra Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin xx.xx.2024-cü il tarixli 07 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək və əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin ə) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir İş materialları müəyyən olunur ki, Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin xx.xx.2024-cüil tarixli 07 saylı əmri ilə təşkilatın intizam qaydalarını pozduğuna və Əmək Məcəlləsinin müvafiq maddələrinə əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı kollektivdə nümunəvi işçi olduğunu, qanunsuz olaraq işdən azad olunduğunu, hüquqlarının kobud şəkildə pozulduğunu, işdən azad edilməsinə heç bir əsasın olmamasını, ancaq müdiriyyətin ona qarşı qərəzli mövqeyinin olduğunu və bu baxımdan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin xx.xx.2024-cüil tarixli 07 saylı əmrinin ləğv edilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının işdən çıxarılması əsası kimi təşkilatın intizam qaydalarını pozduğu və Əmək Məcəlləsinin müvafiq maddələrinə əməl etmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Kür Qəsəbə Kommunal X2 sahəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 05 nömrəli, xx.xx.2024-cü il tarixli 06 nömrəli, xx.xx.2024-cü il tarixli 07 nömrəli əmrlərdən müəyyən edilir ki, İddiaçı heç səbəb göstərmədən iş yerinə gəlməmiş və öz vəzifələrini yerinə yetiməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinə qarşı Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinin xx.xx.2024-cü il tarixli 07 saylı əmri ləğv edilərək onun öz əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal X2 sahəsinə qarşı xx.xx.2024-cü il tarixli, 07 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2419/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2419/2024
06.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver