Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2535/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonun Zod kəndində anadan olması, doğum faktının, atasının-X7 və anasının- X2 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 1938-ci ildə, anası X2 isə 1946-cı ildə anadan olmuşdur. Ata və ana 12 oktyabr 1964-cü ildə 51 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə ailə həyatlarından xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində hazırkı iddiaçı anadan olmuşdur. X1 12 aprel 2022-ci ildə Göygöl rayonunun Zurnabad kəndində vəfat etmiş, anası X2 isə 31 avqust 1982-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində vəfat etmişdir. İddiaçı hazırda işsizdir. O, ixtisasına uyğun olaraq çilingər vəzifəsinə qəbul olunmaq üçün Şəmkir rayonunun Seyfəli Təlim mərkəzində yerləşən N saylı hərbi hissənin rəhbərliyinə müraciət etmişdir. İşə qəbul üçün tələb olunan sənədlər arasında doğum haqqında şəhadətnaməni təqdim etməsi istənilmiş, lakin o, bu sənədi təqdim edə bilməmişdir. Səbəb isə doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itirilməsidir. Bu səbəbdən də hüquqlarından istifadə edə bilmir. Onun doğumu Ermənistan Respublikasının Basarkeçər rayonunda qeydə alınmışdır. İşə qəbul olunması məqsədi ilə doğum aktı qeydinin bərpası və doğum haqqında şəhadətnamə əldə etməsi üçün maraqlı şəxsə ərizə ilə müraciət etmişdir. Lakin maraqlı şəxs doğum haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə doğum aktı qeydinin bərpasının Maraqlı şəxs səlahiyyətləri xaricində olduğunu bildirmiş və ərizəyə əlavə etdiyi müvafiq məktubla imtina etmişdir. Eyni zamanda ona doğum aktı qeydinin bərpası üçün məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Buna görə də iddiaçı məlum ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmasını şəxsiyyət vəsiqəsi, hərbi bileti, nikah haqqında şəhadətnaməsinin surətləri və şahidlərin ifadələri ilə təsdiq edə biləcəyini bildirir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1, anası X2 olmaqla, xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi 1969cu ildə anadan olmuşdur. Onun X14, anası isə X2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi atası – X7 ilə sonradan ailə qurmuş, Telman Qocayevin uşaqlarına analıq etmişdir. Belə ki, 1982-ci ildə Qocayeva Solmaz vəfat etdikdən sonra o, Ərizəçi və onun 8 qardaş-bacısına analıq etmişdir. Ərizəçi ğlu xx.xx.1969-cu il tarixdə doğulmuş, onun valideynləri Telman Qocayev və Solmaz Qocayeva olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanlandığı 3-16-5/8-15-Q- 945/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, .qeydiyyat şöbəsinin arxiv kitabında və “Vətəndaşlıq vəziyyət Aktları” avtomatlaşdırlmış qeydiyyat informasiya sistemində onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına olan Vİ-ЖГ 296788 nömrəli xx.xx.1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi ilə X8 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İş materiallarına olan ЗЖ 161204 nömrəli xx.xx.1964-cü il tarixli nikah bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X7 ilə X4 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İş materiallarına olan İ-CЛ 410566 nömrəli xx.xx.1983-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X2 xx.xx.1982-ci il tarixdə ölmüşdür. İş materiallarına olan AZ-İİ 240239 nömrəli xx.xx.2022-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində anadan olması, atasının X7, anası X2 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumakt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsaəsn hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə iləməhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğulması, atasının X7, anasının X2 olması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblərüzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1, anası X2 olmaqla, xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir RayonMəhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2535/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2535/2025
11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver