Məhkəmə qərarları › İş №2(076)-257/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-257/2024

07.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-257/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı və onun vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehin ünvan 1ində yerləşən, yaşayış sahəsi 100.6kv.m, ümumi sahəsi 183.8kv.m olan, xx.xx.2014-cü il tarixdı ********* nömrə ilə qeydə alınmış, HQQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətinə verilmiş fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh oğlu X2 qeyri-rəsmi ailə münasibətində olduğu arvadıdır. Cavabdeh keçmiş əri ilə rəsmi nikahda olmasına baxmayaraq 2018-ci ilin avqust ayında oğluna qoşulub evinə gələrək oğlu ilə ər-arvad kimi yaşayacağını bildirmişdir. İddiaçı və əri X4 cavabdehi gəlin kimi evinə qəbul etməkdən imtina etmişdir ki, əvvəlki əri ilə rəsmi boşanmadığı halda hansı əsasla oğluna arvad olacaqdır. Buna baxmayaraq cavabdeh və oğlu təkidlə müvəqqəti də olsa cavabdehin evdə bir müddət yaşamasına icazə verməyini, bir müddətdən sonra özlərinə ev alaraq evlərinə köçüb yaşayacaqlarını bildirdilər. Ona görə cavabdehə bir müddət müvəqqəti sakin olaraq qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi **********, yaşayış sahəsi 100,6 kv.m, ümumi sahəsi 183,8 kv.m olan HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətinə verilmiş fərdi yaşayış evində yaşamasına iddiaçı imkan vermişdir. Ancaq cavabdeh el misalında deyildiyi kimi «özümə yer edim, sənə nələr edim» prinsipi ilə bir müddətdən sonra iddiaçı və əri ilə birgə ailə şəraritində yaşamağa imkan verməyərək müxtəlif bəhanələrlə evdə narazılıqlar yaratmış dava salaraq iddiaçıya qoca yaşlı insana öz evində normal həyat tərzi ilə yaşamağa imkan vermədi, dəfələrlə iddiaçını döydü, təhqir etdi, barələrində X13 şikayətlər etdi. Artıq cavabdehin iddiaçını mülkiyyətində olan evdə yaşamasının mümkün olmaması qənaətinə gələrək onun evimdən çıxarılması tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur. İddiaçı onu da əlavə edir ki, cavabdeh müvəqqəti sakin kimi bir müddət evində yaşamış, ancaq iddiaçının ailə üzvü olmamasına görə evdən istifadə hüququna malik deyildir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş lakin onun gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixi qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 226 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2ində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan doğum haqqıbda şəhadətnamədən görünür ki, X7 xx.xx.1983cü ildə anadan olmuş, atası X5, anası İddiaçıdır. İş materiallarında olan Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 334 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2ində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun oğlu X7 qeyri rəsmi yaşadığı həyat yoldaşı Cavabdeh ilə birlikdə İddiaçı evində birgə yaşayırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ cavabdeh tərəfindən pozulduğundan o, cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Мəhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mənzilində yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ yaranmadığından iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ünvan 2i ünvanında yerləşən İddiaçıa məxsus fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar