Məhkəmə qərarları › İş №2(076)-259/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-259/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-259/2024 04.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı X18, onun və İddiaçı2 nümayəndələri (vəkilərli) X38, Cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Qanuni nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçılar X18, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və evə köçürülmə” tələbinə dair ilkin; İddiaçılar Cavabdeh1, Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2, Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətamələrin ləğv edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İlkin iddia tələbi: İddiaçılar X39, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus Şəmkir rayon, Keçili kəndi, Rövşən İsmayılov küçəsi 2 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, evin onlara təhvil verilməsi və onların həmin ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu Təzəkənd kəndində yaşayır. Onların mülkiyyətində Şəmkir rayon Keçili kəndi ərazisində 0.23 sot torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 136.70 kv.m olan fərdi yaşayış evi var. Evə onların mülkiyyət hüququnu təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər İddiaçı1 qaynı Cavabdeh1 ailə üzvləridir. Qeyd edir ki, mübahisə olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər paylı mülkiyyətdə olmuşdur. Belə ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə mərhum X13 (qayınatası), mərhum X14 (qaymanası), mərhum X15 (əri), qızı İddiaçı2 və iddiaçının yəni İddiaçı1 mülkiyyətinə 0.28 ha həyətyanı torpaq sahəsi verilmiş və bizə JN-265A saylı Kod 5041 1018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’'' verilmişdir. Bundan başqa Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 95 nömrəli qərarı ilə Şəmkir rayonu Keçili kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 2.55 hektar torpaq sahəsi ayrılaraq mərhum X13 (qayınatası), mərhum X14 (qaynanası), mərhum X15 (əri), qızı İddiaçı2 və iddiaçının, yəni İddiaçı1 paylı mülkiyyətinə verilmiş və onlara JN-265 saylı Kod 50411018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. X4 xx.xx.2012-ci ildə, qaynX8 xx.xx.2010-cu ildə, əri X32 isə xx.xx.2002-ci ildə vəfat etmişlər. Cavabdehlər X4 vəfat etdikdən sonra həmin evə köçmüşlər. 2013-cü ilin əvvəllərində pay torpaq sahəsini sənədləşdirmək üçün qızı İddiaçı2 ilə iddiaçı Şəmkir rayonu 1 saylı dövlət notariat kontoruna müraciət etmişdir. Qızı İddiaçı2 babası X13 və nənəsi X14 vərəsəsi, həmçinin iddiaçı və qızı Nuridə X3 vərəsəsi tanınmışdır. Bu barədə ona və qızı İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Pay torpaq sahəsinin 0.35 ha hissəsini X40 xx.xx.2013-cü ildə notarial kontorunda bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 4000 manat pula satmışlar. Məlumat üçün qeyd edir ki, Cavabdeh1 iddiaçılara məxsus olan Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 2.19 ha torpaq sahəsinə dair öz adına 2020-ci ilin may ayında çıxarış almışdır. Araşdırma apardıqda məlumat əldə etdi ki, guya iddiaçı və qızı İddiaçı2 xx.xx.2013-cü ildə X40 Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 0.35 ha torpaq sahəsini satarkən, həmin müqavilədə 2.19 ha torpaq sahəsinidə satmışlar. X60 2013-cü ildən 2020-ci il tarixədək həmin müqaviləni ortaya çıxartmayaraq gizlədərək 2020-ci ildə Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 2.19 ha torpaq sahəsinə dair çıxarış almışdır. Sonradan xx.xx.2013-cü ildə bağlanmış müqaviləni əldə etdikdə gördü ki, guya iddiaçı və qızı İddiaçı2 Şəmkir rayonu Xuluf (Keçili) kəndində yerləşən 0.35 ha torpaq sahəsini Məmməd Məmmədova satarkən həmin kənddə yerləşən 2.19 ha torpaq sahəsinidə Cavabdeh1 bağışlamışdır. Lakin nə iddiaçı nə də ki qızı İddiaçı2 həmin bağışlanmadan heç bir məlumatı olmamışdır. Cavabdehlərə mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, lakin cavabdehlər onların tələblərinə əməl etmirlər. Dəfələrlə cavabdehə evdən çıxmaları barədə müraciət etsə də lakin müraciətinə əhəmiyyət verməmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddia tələbi: İddiaçılar Cavabdeh1, Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2, Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən qarşılıqlı iddianın icraata qəbul edilərək ilk iddia ilə eyni vaxtda baxılmasını, iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara qarşı fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X1 və X11 qalmış mirasın Cavabdeh1 tərəfindən faktiki olaraq, Cavabdeh3 tərəfindən isə vəsiyyət üzrə qəbul edilməsi faktının müəyyən edilməsi, 2V-1242, 2V-1243, 2V-1244 və 2V-1245 reyestr nömrəli 12 iyun 2023-cti il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş ********** reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əməlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 iddiaçının mərhum qardaşı X15 arvadı, İddiaçı2 isə onun qızıdır. Hazırda onların çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi və evin yerləşdiyi 0.28 ha həyətyanı torpaq sahəsi Şəmkir rayon AİK-nın 28 aprel 1998—ci il tarixli 91 saylı qərarı ilə X13. X14, X15, X33 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Ev isə onların ata yurdu olmuşdur. Cavabdeh İddiaçı1 X32 ilə 1991-ci ildə faktiki evlənməklə mərhum atam X19 məxsus olan, həmçinin onların ata yurdu olan və hazırda da onların yaşadığı evə gəlin köçmüşdür. Onlar xx.xx.1993-cü ildə rəsmi nikah qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.1993cü ildə İddiaçı2 doğulmuşdur. Göründüyü kimi onların ata yurdu olan hazırki iddianın predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının ailəsinə məxsus olmuş, 1998-ci ildə aqrar islahat zamanı cavabdehlər həmin ünvanda yaşadıqları üçün onların da adları siyahıya salınmışdır. İddiaçı 1997-ci ildə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0.08 ha torpaq sahəsində özünə 56 kv.m əsas sahəsi olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tikdirmişdir. 12 may 2002-ci ildə qardaşı X32 vəfat etmişdir. Qardaşının vəfatından sonra İddiaçı1 onun valideynləri ilə dolanmayaraq çıxıb getmişdir. Daha sonra İddiaçı1 onun mərhum atası X19 qarşı evə köçürülmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 2-257/2005 saylı 14 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, azyaşlı uşağı ilə birlikdə mərhum atası X19 məxsus olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət etmişdir. xx.xx.2006-cı il tarixli icra aktına əsasən onlar Sevda ilə razılığa gəlmiş və iddiaçı özünə məxsus olan 1997-ci ildə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0.08 ha torpaq sahəsində özü üçün tikdirdiyi 56 kv.m əsas sahəsi olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini Sevdaya vermis və valideynlərinin yanına köçmüşdür. Həmin razılıq zamanı icra aktında gələcəkdə bir- birlərinə qarşı hər hansı iddianın olmayacağım hər biri qeyt etmişdir. Bir müddət sonra Sevda başqa yerdə yaşamaq istədiyini, ona həmin evdə yaşamaq istəmədiyini, evi sataraq pulunu ona verməyini təklif etdi. Onlar qarşılıqlı razılıq əsasında həmin evi xx.xx.2006-cı il tarixdə sataraq pulunu Sevdanın özünə vermişlər. 12 mart 2010-cu ildə atası özünə məxsus olan Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evini (söhbət hazırki iddia üzrə mübahisə predmeti olan evdən gedir.), bütün əmlakını, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. X8 01 may 2010-cu ildə, atam X30 27 dekabr 2011-ci ildə vəfat etmişlər və onların bütün dəfn və yas mərasimi xərclərini iddiaçı, yəni Cavabdeh1 Zirrədin oğlu qarşılamışdır. Cavabdeh3 25 avqust 2012-ci il tarixdə Şəmkir rayonu 1 saylı dövlət notariat kontoruna müraciət edərək 12 mart 2010-cu il tarixli vəsiyyətnamə üzrə ona çatacaq əmlakı qəbul etməsini bəyan etmişdir. Şəmkir rayonu 1 saylı dövlət notariat kontorunun 25 avqust 2012-ci il tarixli 591 nömrəli cavab məktubuna əsasən Cavabdeh3 27 dekabr 2011-ci il tarixdə vəfat etmiş X13 vəsiyyətnamə üzrə vərəsəsi sayıla biləcəyi qeyd edilmişdir. 25 yanvar 2013-cü il tarixdə qarşılıqlı razılıq əsasında, əvvəlki, yəni xx.xx.2006-cı il tarixli icra aktına əsasən aralarında olan razılaşmanın şərtlərinə sadiq qalaraq Şəmkir rayonu, Xuluf kəndində yerləşən və 7/10 hissədə İddiaçı2, 3/10 hissədə isə İddiaçı1 paylı mülkiyyətində olan 2.1999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona (Cavabdeh1) bağışlamışlar. Həmin vaxtdan da bu torpaq sahəsi iddiaçının istifadəsindədir və hazırda da istifadə edir. İddiaçı1 və İddiaçı2 ona (Cavabdeh1), Şəmkir rayonu 1 saylı notariat kontoruna və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin 28 fevral 2022-ci ili tarixli 2(076)-377/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin iddia ərizəsini məhkəməyə verərkən Sevda aralarında olan işin həqiqi hallarını təhrif etmiş və həqiqətə uyğun olmayan uydurma iddia ərizəsi tərtib etmişdir. Şəmkir Rayon Məhkəməsinin 28 fevral 2022-ci ili tarixli 2(076)-377/2022 saylı qətnaməsi ilə də onun iddiasının tam əksi müəyyən edilmiş və məhkəmə ədalətli qərar qəbul etmişdir. Hazırki iddiasında da Sevda iş üzrə həqiqi halları tamamilə gizlətmiş, həqiqətdən uzaq iddia ərizəsi verməklə yenidən məhkəməni aldatmağa cəhd göstərmişdir. Hesab edir ki, hazırki iddia üzrə sübut kimi təqdim edilmiş ********** reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış tamamilə qanunsuz əsaslarla əldə edilmişdir və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, həmin Çıxarışın verilməsinə əsas olmuş 2V-1242, 2V-1243, 2V-1244 və 2V- 1245 reyestr nömrəli 12 iyun 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin özü də qanunsuz əsaslarla əldə edilmişdir. Çünki Cavabdeh3 25 avqust 2012-ci il tarixdə Şəmkir rayonu 1 saylı dövlət notariat kontoruna müraciət edərək 12 mart 2010-cu il tarixli vəsiyyətnamə üzrə ona çatacaq əmlakı qəbul etməsini bəyan etmiş. Şəmkir rayonu 1 saylı dövlət notariat kontorunun 25 avqust 2012-ci il tarixli 591 nömrəli cavab məktubuna əsasən isə Cavabdeh3 27 dekabr 2011-ci il tarixdə vəfat etmiş X13 vəsiyyətnamə üzrə vərəsəsi sayıla biləcəyi qeyd edilmişdir. Necə ola bilər ki. Cavabdeh3 vəsiyyət üzrə vərəsəliyin müəyyən edilməsi ilə bağlı notariat kontorunda ərizəsi olmuş olsun, həmin ərizəyə əsasən isə eyni notariat kontorunun Cavabdeh3 vərəsə sayılması barədə məktubu ünvanlanmış olsun və eyni notariat kontoru başqa şəxslərin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən ən azından Cavabdeh3 vərəsə olaraq notariat kontoruna dəvət etməsin ?! Bundan başqa qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün Şəmkir rayonu, Xuluf kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 507 nömrəli arayışda evə onların yaşamağı barədə heç bir qeyd aparılmamışdır. Göründüyü kimi Sevda məqsədli şəkildə aradan uzun müddət keçməsini gözləmiş və onları daha əlverişsiz vəziyyətə salmaq üçün müvafiq məqam gözləmişdir. İddianın əvvəlində də qeyd etdiyi kimi onların aralarında olan razılaşmaya əsasən Sevda əvvəlcə hazırki iddia üzrə mübahisə predmeti olan evə olan hüququndan ona məxsus olan evi qəbul etməklə imtina etmiş, daha sonra isə onun öz istəyi ilə həmin evi də sataraq pulunu götürərək başqa ünvana köçməsinə baxmayaraq o, işin bu hallarını ciddi cəhdlə gizlətməyə və məhkəməni aldatmağa yönəlmiş adddımlar atmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı X39, onun və İddiaçı2 nümayəndələri (vəkilərli) X52 iddianı müdafiə etdilər, qarşılıqlı iddianı isə qəbul etmədilər və izahat verərək məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Qanuni nümayəndə və Cavabdeh3 qarşılıqlı iddianı müdafiə etdilər, ilkin iddianı qəbul etmədilər və izahat verərək məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etdilər. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və qarşılıqlı iddia üzrə cavabdehlər Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar və nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə gəlməyən cavabdehlərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan JN-265A kod 50411018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X16, X20, X17, X41, İddiaçı2 Şəmkir rayon Aqrar İSlahat Komissiyasının xx.xx.1998-İ il tarixli 91 saylı qərarı ilə 0.28 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xuluflu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 290 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonun Xuluflu kəndində qeydiyyatda olmaqla yaşayır və onun ailə tərkibi arvadı Cavabdeh2, oğlu Cavabdeh3, gəlini X34, nəvəsi X26 ibarətdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2-257-2005-ci il tarixli xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, X47 bir nəfər azyaşlı uşağı ilə birlikdə qayınatası X13 adına qeyd olunmuş Şəmkir rayonu Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir rayonu 1 saylı notariat ofisinin Cavabdeh3 ünvanladığı xx.xx.2012-ci il təvəllüdlü 591 nömrəli məktubundan görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası 1159.1.1-ci maddəsinə uyğun olaraq mərhum xx.xx.2011-ci il tarixdə vəfa etmiş X13 vəsiyyətnamə üzrə vərəsəsi sayıla biləcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X7 rayonun, Keçili kəndində yerləşən evini, bütün əmlakını, həyətyanı sahəsini və pay torpağını Şəmkir rayonu, Keçili kəndində yaşayan nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Bundan əlavə o, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. İş materialalrında olan 26.102006-cı il tarixli 250147 saylı müqavilədən görünür ki, Cavabdeh1 Şəmkir rayonu, Keçili kəndində 0.08 ha torpaq sahəsində yerləşən 1997-ci ildə tikilmiş əsas sahəsi 56 kv.m olan bir mərtəbə iki otaqlı evi 8300 manata X2. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2010cu ildə Şəmkir rayonunda ölmüşdür. İş materialalrında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2011ci ildə Şəmkir rayonunda ölmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, satıcılar İddiaçı1 və İddiaçı2 xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasənda Şəmkir rayonun, Xuluf kəndində yerləşən 2.1999 ha torpaq sahəsini Cavabdeh1 bağışlamış, RX seriyalı ******* nömrəli çıxarış əsasında Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.3530 ha torpaq sahəsini X5. İş materiallarında olan Hüquqların dövlət qqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Xuluflu kəndində yerləşən 2.1999 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2019cu il tarixində Şəmkir rayonunda ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2020ci ildə Şəmkir rayonunda ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X42 xx.xx.1964-cü ildə anadan olmuşdur, atası X30, anası isə X23r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1962-ci ildə anadan olmuşdur, atası X30, anası isə X23r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1970-ci ildə anadan olmuş, atası X30, X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1968-ci ildə andan olmuşdur, atası X30, anası isə X23r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.1995-ci ildə anadan olmuşdur, atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X18 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi barədə iddia tələbləri təmin edilməmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X13 xüsusi mülkiyyətindədir, fərdi yaşayış evinin yerləşədiyi 0.2303 ha torpaq sahəsi isə X13, X14, X15, İddiaçı1 Əkbər qızının, İddiaçı2 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 2v-1242 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X13 vərəsəsi İddiaçı2 miras əmlak olan ünvan 3 ünvanında yerləşən 0.2303 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ona düşən hissəsinə tam payı tanınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 2v-1243 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X14 vərəsəsi İddiaçı2 miras əmlak olan ünvan 2 ünvanında yerləşən 0.2303 ha olan torpaq sahəsi ona düşən hissəsinə tam payı tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2v-1244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X15 vərəsəsi İddiaçı1 miras əmlak olan ünvan 3 ünvanında yerləşən 0.2303 ha olan torpaq sahəsindən ona düşən hissəsindən ½ hissədə payı tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2v-1245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X15 vərəsəsi İddiaçı2 miras əmlak olan ünvan 3 ünvanında yerləşən 0.2303 ha olan torpaq sahəsindən ona düşən hissəsindən ½ hissədə payı tanınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rüyüstrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərd yaşayış evi İddiaçı1 (tam) xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə 7/10 hissədə İddiaçı2, 3/10 hissədə isə İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mərhum X30 tərəfindən Şəmkir rayonun 1 saylı notariat ofisində X28 verilmiş vəsiyyətnamə üzrə sonuncu tərəfindən miras qalmış əmlakın qəbulu barədə hər hansı notariat hərəkəti qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətdə qəbul edildiyindən qeyd olunan iddia tələbləri üzrə mübahisələrə tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəmə hazırkı mülki işin həllində hesab edir ki, ilkin olaraq xx.xx.2012-ci ildə vəfat etmiş X30 tərəfindən verilmiş vəsiyyətnaməyə hüquqi cəhətdən qiymət verilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixli vəsiyyətnamə ilə X7 rayonun, Keçili kəndində yerləşən evini, bütün əmlakını, həyətyanı sahəsini və pay torpağını Şəmkir rayonu, Keçili kəndində yaşayan nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Bundan əlavə o, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. Həmçinin Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixli 591 nömrəli məktubundan da görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası 1159.1.1-ci maddəsinə uyğun olaraq mərhum xx.xx.2011-ci il tarixdə vəfat etmiş X13 vəsiyyətnamə üzrə vərəsəsi sayıla biləcəyi qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, Şəmkir rayonu 1 saylı notariat ofisi vəsiyətnamənin mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmə bununla bağlı bildirir ki, Cavabdeh3 tərəfindən vəsiyyətnamə ilə bağlı heç bir hərəkət etməməsi onu miras əmlakdan təmailə azad etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar mərhum X11 miras qalmış Şəmkir rayonu, Keçili kəndində yerləşən 2 saylı fərdi yaşayış evində faktiki olaraq yaşayırlar. Hazırda ilkin iddia üzrə iddiaçılar X39 və İddiaçı2 məhkəməyə iddia ilə müraciət edərək, məhkəmədən onların Şəmkir rayonu, Keçili kəndində yerləşən 2 saylı fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir. Lakin mülki işin materiallarından, elə ilkin iddia ərizəsinin mahiyyətindən də görünür ki, cavabdehlər həmin mübahisəsi olun fərdi yaşayış evini faktiki olaraq istifadə edirlər. İlkin iddia üzrə iddiaçıların qanun üzrə vərəsəlik hüququ əsasında əldə etdiyi, lakin faktiki olaraq qəbul etmədikləri, miras əmlak olan mübahisəli ev bütövlükdə vəsiyyət üzrə vərəsəlik qaydasında Cavabdeh3 vəsiyyət edilsə də sonuncunun həmin miras əmlaka tam olaraq vərəsəlik hüquqlarının tanınıb paylarının müəyyən edilməsi həmin ev üzərində tam etibarlı mülkiyyət hüququnu yarada bilməz və bu cür qeydiyyat da əsassız olardı. Çünki, qeyd olunduğu kimi X12 atası Zirəddin Pənahova məxsus miras açıldığı vaxtdan həmin evdə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olaraq həmin evə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şəmkir rayonu, Keçili kəndi, Rövşən İsmayılov küçəsi, 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X19 məxsus olsa da, həmin torpaq evin yerləşdiyi 0.2303 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə X13, X14, X15, İddiaçı1 Əkbər qızının, İddiaçı2 mülkiyyətində olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh1 atasından qalmış evi idarə etməklə, evin yerləşdiyi atası və anasının birgə mülkiyyətində olan torpaq sahəsinə də sahiblik etmişdir. Buna görə də X9 da X10 qalan torpaq sahəsindən pay almalıdır. Məhkəmə qarşılıqlı iddia tələblərinin ********** reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsini hazırki mübahisəyə tətbiq edilməlidir. Belə ki, həmin normaya əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Yuxarıda göstərilən əsaslara əsasən ********** reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə əsasən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməli və onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Bundan başqa ilkin iddia üzrə iddiaçıların mülkiyyət hüququnu təsdiq edən Çıxarış ləğv edildiyindən, onların ünvan 5 ünvanına köçürülməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar X18, İddiaçı2 Hsəsrət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və evə köçürülmə” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. X1 və X11 qalmış mirasın Cavabdeh1 tərəfindən faktiki olaraq, Cavabdeh3 tərəfindən isə vəsiyyət üzrə qəbul edilməsi faktı müəyyən edilsin. 2V-1242, 2V-1243, 2V-1244 və 2V-1245 reyestr nömrəli 12 iyun 2023-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr ləğv edilsin və həmin şəhadətnamələr əsasında verilmiş ********** reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əməlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar