Məhkəmə qərarları › İş №2(076)-2647/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2647/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2647/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğumun faktının müəyyən edilməsinə” dair ərizəsi ilə məhkəməyə mürаciət edərək, onların xx.xx.2022-ci il tarixdə doğulmuş X5 adlı qızlarının atası Ərizəçi1, anası Ərizəçi2 Bəşir qızı olmaqla, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Şəmkir rayonunun Qaracəmirli kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ərizəçi2 xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Dağ-Cəyir kəndində Ayşən adlı bir qız uşağının doğulması faktını müəyyən edilməsini xahiş etmişlərr. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. xx.xx.2017-ci ildə Goranboy rayonunun Bağlı Qaya kəndində xx.xx.1986-cı ildə anadan olan,hazırda Şəmkir rayonunun Qaracəmirli kəndində yaşayan, Ərizəçi2 ilə evlənmişlərdir. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Xəyalə ilə Şəmkir rayonunun Dağ-Cəyir kəndində yaylaqda heyvan otararkən, həyat yoldaşının ağrısı tutduğu üçün Şəmkir rayonun Təcili yardım Stansiyasına zəng etdi. Təcili yardım qrupu onların ünvanını tapa bilməmişlər, Xəyalə bir qız uşağı dünyaya gətirdi. Həmin gündən onun Xəyalə ilə Ayşən adlı qız övladı olmuşdur. Hazırda qızları Ayşənin doğum şəhadətnaməsi qeydinə ehtiyacları vardır. Lakin Maraqlı şəxsnə doğum Aktı qeydi barədə tələb olunan sənədləri təqdim edə bilmədiklərinə görə Maraqlı şəxs doğum Akt qeydini verə bilmir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 9-16-518-1751 saylı məktubunda doğum şəhadətnaməsi verməkdən imtina etmiş və Şəmkir rayon məhkəməsinə müraciət etməklərini tövsiyyə etmişdir. Belə olan halda qızları Ayşənin doğum qeydi faktı yalnız məhkəmə yolu ilə həll edilə bilər. Məhkəmədə qızları Ayşənin xx.xx.2022-ci il tarixdə anadan olması faktına baxılarkən ehtiyac olarsa, şahidləri və zəruri sənədləri məhkəməyə təqdim edəcəklərdir. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, Ərizəçi1 ilə 2018-ci ildən bir yerdə faktiki ər-arvad olaraq yaşayırlar. Abdulla Şəmkir rayonu, Dağ-Cəyir kəndi ərazisində çoban işləyir. O, hamilə qalmış və xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Dağ- Cəyir kəndində yaylaqda bir qız uşağı dünyaya gətirmişdir. Həmin vaxt yaylaqda olarkən sancıları başlamış və ətrafda heç kim olmamış, onlar təcili yardıma zəng vurmuş, lakin təcili yardım avtomobili gəlib onların olduğu yeri tapa bilməmiş, geri qayıtmışdır. Daha sonra məcbur olub doğuşu Ərizəçi1 tutmuşdur. Bundan sonra uşağı həkimə aparmışlar, həkim uşağın sağlam olmasını bildirmişdir. Uşaq doğulduqdan qırx gün sonra qohumların və tanışların iştirakı ilə qonaqlıq vermişlər. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildir ki, o, Ərizəçi2 ilə 2018-ci ildən bir yerdə faktiki ər-arvad olaraq yaşayırlar. O, Şəmkir rayonu, Dağ-Cəyir kəndi ərazisində çoban işləyir. Ərizəçi2 hamilə qalmış və xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Dağ-Cəyir kəndində yaylaqda bir qız uşağı dünyaya gətirmişdir. Həmin vaxt yaylaqda olarkən sancıları başlamış və ətrafda heç kim olmamış, onlar təcili yardıma zəng vurmuş, lakin təcili yardım avtomobili gəlib onların olduğu yeri tapa bilməmiş, geri qayıtmışdır. Daha sonra məcbur olub doğuşu o, özü tutmuşdur. Bundan sonra uşağı həkimə aparmışlar, həkim uşağın sağlam olmasını bildirmişdir. Uşaq doğulduqdan qırx gün sonra qohumların və tanışların iştirakı ilə qonaqlıq vermişlər. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Xəyalə qızı, Abdulla isə kürəçənidir. Onlar 2018-ci ildən bir yerdə yaşayırlar. Onun əvvəlki nikahından 2 uşağı var. Qızı Ərizəçi2 hamilə qalmış və xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Dağ-Cəyir kəndində yaylaqda bir qız uşağı dünyaya gətirmişdir. O qızının hamilə olduğunu bilirdi. O onun uşağını gedib görmüş, uşağının adının Ayşən qoyduğunu bilmişdir. O Ayşənin anasının Xəyalə olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Abdulla onun dayısı oğludur. Uzun müddətdir ki, təxminən 3-5 ildir ki, ərizəçilər bir yerdə ailə kimi yaşayırlar. O yaylağa öz keçilərini aparmaq üçün gedəndə Xəyalənin hamilə olmasını bilmişdir. Bundan sonra Ərizəçi2 xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Dağ-Cəyir kəndində yaylaqda bir qız uşağı dünyaya gətirmişdir. Uşaq doğulandan sonra Abdulla ona zəng vurun qızı olduğunu bildirmişdir. O uşağın dırx günlüyündə restoranda verilmiş qonaqlıq iştirak etmişdir. O təsdiq edir ki, Ayşən adlı uşağın anası Xəyalə, atası Abdulladır. İşdə olan Şəmkir rayonu İHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Qaracəmirli kəndində yaşayır. Onun valideyinləri Ərizəçi1 və Ərizəçi2 verdiyi məlumata əsasən övladları həkim müdaxiləsi olmadan dünyaya gəlmişdir. İşdə olan Şəmkir rayonu İHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Alıyev X4 rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayır. Onun ailə tərkibi arvadı Ərizəçi2dır. Ərizəçi1 ilə Ərizəçi2 arasında olan faktiki nikahından xx.xx.2022-ci il tarixində xəstəxanadan kənarda qız övladları dünyaya gəlmişdir və uşaq özləri tərəfindən Ayşən adlandırılmışdır. İşdə olan Şəmkir Rayon Mərkəzi X8 şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, qızları X5 xəstəxana şəraitində doğulmadığı üçün doğum haqqında şəhadətnamə ilə təmin olunması ilə əlaqədar məhkəməyə müraciət etməkləri məqsədəmüvafiqdir. Ərizəçi1 notarial qaydada verdiyi ərizəsindən görünür ki, o xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi2 tərəfindən xx.xx.2022-ci il tarixində doğulmuş uşağın atası olduğunu təsdiq edir, atalığı qəbul edir, uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında onun soyadı, adının yazılmasına razılıq verir. Məhkəmə ərizəçilərin izahatını və şahidlərin ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və içtimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Həmin Məcəllənin 162.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2.-ci mаddəsinə əsаsən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclаsındа izаhаt və şаhidlərin ifаdəsi ilə hаbelə təqdim оlunmuş sənədlərlə müəyyən оlundu ki, Ərizəçi2 ilə Ərizəçi1 faktiki evlənməklə bir yerdə ər-arvad olaraq yaşayırlar. Onların ər-avad münasibəltərindən Şəmkir rayonu Dağ-Cəyir kəndində xx.xx.2022-ci il tarixdə Ayşən adlı qız uşaqlarının doğulması ilə bağlıdır. Belə ki, Ərizəçi2 həmin tarixdə doğumu başlamışdır, lakin xəstaxanaya çata bilməməsi səbəbindən doğuş ev şəraitində olmuşdur. Ərizəçilər həmin fаktı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilmədiyi üçün sоsiаl məsələlərin həllinə nаil оlа bilməmişdir. Оnа görə də məcbur оlub hаzırki ərizə ilə məhkəməyə mürаciət etmişdir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307-ci mаddəsinə əsаsən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.(MPM. mаd. 307.2.3) Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd olunur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi, dоğum аkt qeydinin аpаrılmаsınа dаir ərizəçinin ilkin sənədləri olmadığı üçün о, həmin sənədləri bаşqа qаydаdа əldə edə bilmir. Оnа görə də həmin fаkt məhkəmə qаydаsındа müəyyən edilməlidir. Həmçinin qəbul edilmiş qətnamə doğum haqda şəhadətnamənin verilməsi üçün əsas hesab olunmalıdır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1956-cı il təvəllüdlü (AZE 0*******) Azərbaycan Respublikası vətəndaşı Ərizəçi1 xx.xx.1986-cı il təvəllüdlü (AA 4991677) Azərbaycan Respublikası vətəndaşı Ərizəçi2 ilə faktiki ər-arvad münasibətlərindən xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu Dağ- Cəyir kəndində ev şəraitində Ərizəçi2 təbii yolla Ayşən adlı bir qız uşağını doğması faktı müəyyən edilsin. Doğum haqda şəhadətnamə verilərkən uşağın adı Ayşən; doğum tarixi xx.xx.2022ci il; doğum yeri Şəmkir rayonu Dağ-Cəyir kəndi; atası xx.xx.1956-cı il təvəllüdlü (AZE 0*******) Azərbaycan Respublikası vətəndaşı Ərizəçi1; anası xx.xx.1986-cı il təvəllüdlü (AA 4991677) Azərbaycan Respublikası vətəndaşı Ərizəçi2 kimi qeyd edilsin. Qətnamə doğum haqda şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar