Məhkəmə qərarları › İş №2(076)-2694/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2694/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2694/2023 13.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1958-ci il tarixdə Ermənistanın Vardenis rayonunda Şişqaya kəndində doğulmasının, atası X7, anası X3 olmaqla doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi xx.xx.1958-ci ildə Ermənistanın Vardenis rayonunun Şişqaya kəndində anadan olmuş, 1988-ci ildə məcburi köçkün kimi Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. O bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin onun doğumu düşmən respublikada olduğu üçün doğumu müəyyən edə bilməmişlər. Hal-hazırda o vərəsəliklə bağlı və digər sənədlərin alınması ilə bağlı çətinliklər çəkir. Çünki doğum haqqında şəhadətnaməsi yoxdur. Onların düzəlməsi üçün ondan doğum haqqında şəhadətnamə tələb olunur. Doğum haqqında şəhadətnamə olmadan başqa sənədlərin alınması mümkün deyil. Onun Ermənistanın Vardenis rayonunun Şişqaya kəndində anadan olmağını və orda yaşadığını təsdiq edən şahidləri də var. Qeyd edilənlərə əsasən onun xx xxxx 1958-ci il tarixdə Ermənistanın Vardenis rayonunda Şişqaya kəndində doğulmasının, atası X7, anası X3 olmaqla doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, o, doğumun bərpası üçün lazım olan sənədləri təqdim edə bilmədiyindən ərizəsinin təmin edilməsi mükün olmamışdır. İş materiallarında olan notariat qaydasında təsdiqlənmiş attestaların surətindən görünür ki, Ərizəçi Ermənistan SSR, Vardenis rayonu, Şişqaya kəndində 1958-ci ildə doğulmuşdur və Ermənistan SSR, Vardenis rayonunda təhsil almışdır. İş materiallarında olan notariat qaydasında təsdiqlənmiş hərbi biletin surətindən görünür ki, Ərizəçi oğlu Ermənistan SSR, Vardenis rayonu, Şişkaya kəndində xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan Şəmkir rayon İƏD-si Dağ Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 65 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan Respeblikasının, Vardenis rayonu, Şişqaya kəndində anadan olmuş, o 1988-ci ildə Ermənistandan Azərbaycana qaçqın kimi gəlmiş və Şəmkir rayonunun Dağ Cəyir kəndində məskunlaşmışdır. İş materiallarına əlavə edilən Maraqlı şəxs Şahid ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun qardaşı Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır və məhkəməyə müraciyət etməsini tövsiyyə edilmişdir. İş materiallarında olan JN-131 nömrəli xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüquqüna dair dövlət aktından görünür ki, Ərizəçi və onun ailə üzvlərinə 5.00 ha torpaq verilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi barəsində Şəmkir Rayon Prokurorluğunda cinayət işi istintaq edilməmiş, təqsirləndirici material araşdırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun sinifyoldaşı olmuşdur. Onların atası X7, anası X3 olmuşdur. O həqiqətən də xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və həmin vaxt onun doğumu qeyd edilərək ona doğum haqqında şəhadətnamə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X6 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonundaanadan olması, atasının X7, anasının X3 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumakt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyəmüraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə iləməhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1958- ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulması, atasının X7, anasının X3 olması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblərüzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X7, anası X3 olmaqla, xx xxxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonu, Şişqaya kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir RayonMəhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar