Məhkəmə qərarları › İş №2(076)-2738/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2738/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2738/2023 31.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, Ərizəçi2 nümayəndəsi Ərizəçi1, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 11 avqust 2022-ci ildə vəfat etmiş mərhum X4ndan miras qalmış Şəmkir rayonu Keçili kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin və Şəmkir rayonu Keçili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin onların tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, ərizəçilər qardaş olmaqla Ərizəçi2 xx xxxxx 1992-ci ildə, Ərizəçi1 xx xxxxxx 1993-cü ildə doğulmuşlardır. X1, anası Maraqlı şəxs1dır. X4 11 avqust 2022-ci ildə ölmüşdür. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi, üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi mərhum X4nun mülkiyyətinə verilmişdir. Mərhum ataları X10 vəfat etdikdən sonra ondan qalmış miras əmlakı ərizəçilər qəbul etmişlər. Belə ki, hələ atasının sağlığında onlar daim onunla birlikdə yaşamışlar, onunla birgə təsərrüfat idarə etmişlər, atası vəfat etdikdən sonra ondan miras qalmış əmlakda yaşayaraq miras əmlakı faktiki idarə etmişlər. Atalarının vəfatından sonra anaları Maraqlı şəxs1 qəfldən xəstələndiyindən onlar onu həkim müayinələrinə və müalicələrə apardığından, həmçinin qanunu bilmədiklərindən mərhum atasından qalmış əmlakı faktiki qəbul edib idarə etsələr də mirasın qəbulu ilə müvafiq Notariat Ofisinə ərizə ilə müraciət etməmişlər. Onlar hazırda mərhum atalarından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyirlər və bununla əlaqədar 2 saylı Gəncə regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etdikdə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək, mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etmişlər və məhkəməyə müraciət etmək tövsiyyə olundu. Ərizəçilər mərhum atalarından qalmış miras əmlakı faktiki qəbul edib idarə etmişlərdir. Miras əmlakla bağlı aralarında heç bir mübahisə yoxdur. Yalnız, miras əmlakı qəbul etməklə bağlı qanunla müəyyən olunmuş müddətdə Notariat Ofisinə müraciət etmədiylərindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda saylı Gəncə regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyinə hüquqlarından istifadə edə bilmir. Məhkəmə iclasında Ərizəçi2 nümayəndəsi, Ərizəçi1 ərizənin dəlillərinə uyğun izahat verərək, ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs1 X2 adına xx.xx.2021-ci il taixli, ********** saylı çıxarış ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsini, xx.xx.2020-ci il taixli, ********** saylı çıxarış ilə qeydə alınmış Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini miras olaraq qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildiridi ki, X2 onlardan başqa birinci növbə vərəsəsi yoxdur və onlar arasında miras əmlakla bağlı mübahisə yoxdur. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında bildirdi ki, X2 birinci növbə vərəsəsi o və oğlanları Ərizəçi2, Ərizəçi1dur, onlar arasında heç bir mübahisə yoxdur. Mərhum əri X7 adına xx.xx.2021-ci il taixli, ********** saylı çıxarış ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsini, xx.xx.2020-ci il taixli, ********** saylı çıxarış ilə qeydə alınmış Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini miras olaraq onun və oğlanları Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 2 saylı X13 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Solmazın əri X10 ilə mərhum atası əmi uşaqlarıdır, həmçinin evləri tikiləndən onlarla qonşudur. Onların evləri tikiləndən həmin evdə Solmaz və onun uşaqları Amal və Anar yaşayıblar, hazırda da onlar yaşayırlar. X2 cəmi 2 uşağı olub. Hazırda mərhumun birinci növbə vərəsələrdən aravadı və iki oğlu sağdır və həmin miras əmlakda yaşayırlar. Həmin mirasla bağlı ailə üzvü olan vərəsələr arasında heç bir mübahisə yoxdur. Azad 1 ildir ki, rəhmətə gedib. İşdə olan AZ-İİ 438906 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 ilə Maraqlı şəxs1 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan XVİ-ЖГ 440702 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X4, anası Maraqlı şəxs1dır. İşdə olan XVİ-ЖГ 297595 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1992-ci il tarixdə doğulmuşdur. X4, anası Maraqlı şəxs1dır. İşdə olan AZ-İİ 282626 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il taixli, ********** saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətindədir. İşdə olan xx.xx.2020-ci il taixli, ********** saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X7 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Keçili kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 adına 0.28 və 0.25 ha torpaq sahəsi, fərdi yaşayış evi vardır. X3 vəfat etdikdən sonra onun təsərrüfatına arvadı Maraqlı şəxs1 başçılıq edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ərizəçilərin X4na məxsus olmuş, onun ölümündən sonra həmin miras əmlaklar X7 birinci növbə vərəsələr olan oğlanları Ərizəçi1, Ərizəçi2 və arvadı Maraqlı şəxs1 miras əmlakı faktiki qəbul edərək əmlaka sahiblik və idarəçilik etmişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş maraqlı şəxs və şahidlər ərizəçilərlə qonşu və qohum olmaqla həmin topağı və fərdi yaşayış evini ümumiyyətlə ərizəçilərin atasının mülkiyyəti kimi tanıdıqlarını və həmin əmlaklarla bağlı mübahisə olmadığını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X7 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi onun birinci növbə vərəsələrindən oğlanları Ərizəçi1, Ərizəçi2, arvadı Maraqlı şəxs1 tərəfindən faktiki qəbul edilmiş və onlar, əmlaka faktiki sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışlar. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidin ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs1 X2 adına xx.xx.2021-ci il taixli, ********** saylı çıxarış ilə qeydə alınmış, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsini, xx.xx.2020-ci il taixli, ********** saylı çıxarış ilə qeydə alınmış Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 213.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini miras olaraq qəbul etmələri faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar