Məhkəmə qərarları › İş №2(076)-287/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-287/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-287/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yetkinlik yaşına çatmamış xx.xx.2010-cu ildə anadan olmuş X10 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdırlar ki, İddiaçı1 2003-cü ildə X11 ilə ailə qurub Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanına gəlin köçmüşdür, xx.xx.2004-cü ildə nikahları rəsimləşdirmişlər, Azər Burcalıyevlə ailə qurduqdan sonra cehiz əşyaları Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanına gətirmiş və hazırda da cehiz əşyaları həmin evdədir, X11 ilə ailəli olduğu müddətdə xx.xx.2004-cü ildə İlqar, xx.xx.2006-cı ildə Elmar və xx.xx.2010-cu ildə Gülnarə adlı üç övladları dünyaya gəlmiş və hər üç övladları həmin evdə böyümüş və yaşamışlar. Cavabdehlər Cavabdeh1 onun qaynanası, Cavabdeh2 qaynı, üçüncü şəxs X11 isə əridir. Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanında iddiaçılar, üçüncü şəxs X11 və cavabdeh X12 və mərhum qaynatası X7 ilə birlikdə yaşamışlar. Mərhum qaynatası X7 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra cavabdehlər X11 ilə evə görə mübahisə etmiş və cavabdehlər onları evdən çıxartmışlar. Bundan sonra X11 mərhum X4 miras qalmış Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanına dair miras payını almaq üçün notariat kontoruna müraciət etmiş, müvafiq vərəsəlik şəhadətnaməsi aldıqdan sonra Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanına 1/3 hissədə payı tanınmış və müvafiq dövlət qeydiyyatı haqqında çıxarış alınmışdır. Digər 1/3 hissədə cavabdehlərin payları tanınmışdır. Bundan sonra üçüncü şəxs X3 Rayon Məhkəməsinə cavabdeh X6 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-405/2024 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh X8 qarşı evə köçürülmə tələbinə dair iddia tələbi təmin edilmiş, iddiaçı X3 şəhəri Təbriz küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-405/2024 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-405/2024 saylı qətnaməsi icra olunarkən cavabdeh X15 iddiaçıların evə köçməyinə maneə yaratmış, əsas olaraq isə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-405/2024 saylı qətnaməsində qət etdi hissəsində iddiaçıların evə köçürülmədə adının olmamasını göstərmişdir. Həmçinin Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuruda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-405/2024 saylı qətnaməsində iddiaçıların evə köçürülməsi barədə heç bir qeyd olmadığını əsas gətirərək onları evə köçürülməyini təmin etməmişlər.Hörmətli məhkəmə qeyd edi ki, İddiaçı1 X11 ilə ailə qurduğu vaxtdan 2022-ci il tarixədək Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanında yaşamışlar və övladları həmin evdə doğulmuş, yaşamış və boya-baş çatmışlar. 20 il həmin evdə ailəsi ilə birlikdə mübahisəsiz yaşamışlar. Üçüncü şəxs X3 şəhəri Təbriz küçəsi ev 8 ünvanında 1/3 hissədə payçıdır və iddiaçılar X5 ailə üzvləridir. Hazırda ailəsi ilə birlikdə məcburiyyətdə kirayədə yaşayırlar. Maddi vəziyyəti ağır olduğu üçün kirayə haqqını vaxtlı-vaxtında ödəməkdə çətinlik çəkirlər. Dəfələrlə üçüncü şəxs X11 cavabdehlərə onların başqa yaşayış yerinin olmadığını və ailəsi ilə birilkdə köçüb bir otaqda yaşaması üçün icazə verməyini xahiş etsədə lakin cavabdehlər buna razılıq verməmişlər. Onlar yuxarda qeyd olunan mənzildən başqa yaşayış yeri yoxdur. Övladları həmin mənzildə böyüyüb boya başa çatmışlar. X2 hazırda üçüncü şəxs X11 ilə onun himayəsidədir. Onun və övladlarının əşyaları həmin evdə yerləşir. Cavabdehlərlə evdən çıxmağı barədə heç bir razılaşma olmamışdır. O və övladları 20 ildə çox müddətdir ki həmin evdə yaşayırlar. Onlar iddiaçıların yaşamağı üçün həmin mənzilə ehtiyacı var. Bundan başqa hazırda yaşayış yeri olmadığı üçün müvəqqəti olaraq üçüncü şəxs X11 ilə birlikdə kirayədə yaşayırlar. Yaşadığı kirayə yaşayış üçün çox əlverişsizdir. İddiaçılar mübahisəli evdə uzun illər rahat və maneəsiz yaşamışlar.O İddiaçı1 2003-cü ildən həmin evdə yaşadığı üçün, həmçinin üçüncü şəxs X5 Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanına 1/3 hissədə mülkiyyət payının olduğunu həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 Şəmkir şəhəri Təbriz küçəsi ev 8 ünvanında doğulub, yaşayıb böyüyüb boya-baş çatmaları nəzərə alıb həmin evə köçürülməlidir. Qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yetkinlik yaşına çatmamış xx.xx.2010-cu ildə anadan olmuş X10 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o oğlu X11, onun həyat yoldaşı İddiaçı1 və onun uşaqları İlqar, Elmar, Gülnarə Azər qızı 2022-ci ildən evində yaşamırlar. Oğlu Azər atasını söyüb təhqir edib incidirdi. Buna görə də atası onu yaşadığı evdən çıxmağa məcbur etdi. Azər evdən 2022-ci ildən çıxıb getmişdir. Azərin təhqirlərinə, söyüşlərinə dözməyərək xəstəlik tapdı. Atası Səməndər 1 il yaşamadı xx.xx.2023-cü ildə rəhmətə getdi. Atasının ağır olduğu Azərə deyilsə də, yenə də gəlməmişdir. Atası ağır olanda vəsiyyət etmişdir ki, onları üstünə qoymasınlar. Onu söyüb təhqir edən övlad ona lazım deyildir. Rəhmətə gedən gün gəlib qardaşı Akifi hamının gözü qabağında vurdu, onu hamının gözü qabağında təhqir edib söydü. Oğlu Azər indi də ondan əl çəkmir gəlib onunla dalaşır, onu söyür. O xəstədir, şəkəri, təzyiqi var. Azər onu xəstə salıb. Qoymur evində rahat yaşasın, gəlib onu incidir. İndi onlar hansı üzlə onun mülkündə oturacaq? Atasını öldürdü, indi də onu öldürməyə gəlir. Onlarla yaşaya bilməz. Yaşadığı yer öz mülküdür. 1 hektar yeri var. Arvadı Sevinc məktubda yalan məlumat verib ki, qaynatası rəhmətə getdikdən sonra ev üstündə dava düşmüşdür. Arvadının cehizi gedəndə bütün əşyalarını və ona aid olmayan bəzi əşyaları aparmışdır. Hətta təzə maşınına qədər aparıb qonşuya qoyub. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X11 bildirdiki, sözü gedən ev ata yurdudur. Atası öldükdən sonra onun, qardaşının və anasının hər birinə 1/3 hissədə payı müəyyən edilməklə mülkiyyətinə keçmişdir. İddiaçı1 onun həyat yoldaşı, digər iddiaçılarda onun övladlarıdır. Ailəsi ilə birlikdə yaşayır. Onların qalmağa yerlərə olmamışdır. Şəmkir rayon Məhkəməsinin 2(076)-405/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun həmin evdə köçürülməsi qət edilmişdir. Ailəsi ilə birlikdə həmin evdə yaşamağa imkan vermirlər. Başqa yaşamağa yerləri yoxdur. Hazırda kirayədə yaşayırlar. Qeyd edilən ünvandakı ev 1/3 hissə olmaqla onun mülkiyyətindədir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 105159 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 Sevinc Abbas qızı ilə Şəmkir rayon Qeydiyyat Şöbəsində xx.xx.2004-cü il tarixdə 148 nömrəli akt qeydi ilə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Burcalıyev”, arvada “Burcalıyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 550865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafanında X11, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, **********33-10301 reyestr nömrəli ünvan 4 ünvanında 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 193.20 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2 və X5 hər birinin 1/3 hissədə paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(076)-405/2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 şəhəri, Təbriz küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, İddiaçı1 X11 ilə 2003-cü ildə faktiki evlənməklə xx.xx.2004-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2004-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu ildə X10 adlı uşaqları doğulmuşdur. İddiaçı1 evləndikləri tarixdən, yəni 2003-cü ildən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və hazırda da cehiz əşyaları həmin evdə qalmışdır. Birgə yaşadıqları dövrdə tərəflər, yəni 2003-cü ildən etibarən davamlı və fasiləsiz olaraq, habelə eyni ailənin üzvləri kimi və eyni təsərrüfata malik olmaqla, mübahisəli yaşayış evində birlikdə yaşamışlar. xx.xx.2004-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu ildə X10 doğulduqları gündən 2023-cü ilə qədər cavabdehlərlə birlikdə mübahisəli ünvanda yaşamışlar. Eləcə də, mübahisəli fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2 və X5 (İddiaçı1 əri, digər iddiaçıların atası) paylı mülkiyyətindədir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, İddiaçı1 mübahisəli evə 2003-cü ildən köçdüyündən onun mənzilə dair mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Bundan başqa digər iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh X5 doğma oğlu (digər iddiaçı evin mülkiyyətçisi Cavabdeh1 münasibətdə doğma nəvəsi) olmaqla mübahisəli evdə doğulduqlarından, həmin vaxtdan hal-hazıra kimi həmin evdə cavabdehlərlə birgə təsərrüfatı idarə edib yaşadıqlarından, onlarla cavabdehlər arasında mülki hüquq münasibəti doğulduqları andan, yəni İddiaçı2 münasibətdə xx.xx.2004-cü il tarixdən, İddiaçı3 münasibətdə isə xx.xx.2006-cı il tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, mübahisəli hüquq münasibətlərinə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixədək yarandığından hüquq münasibətlərinə 1 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçılar 2022-ci ilin sonlarına kimi cavabdehin ailə üzvü kimi mübahisəli evdə yaşamışlar. Hazırda iddiaçılar başqa yaşayış yerləri olmadığı üçün kirayədə yaşayırlar. Odur ki, məhkəmə həmin halları işin mübahisə edilməyən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi “X17rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X25” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçılar üçüncü şəxs X5 ailə üzvüdür(arvadı və uşaqları), mübahisəli fərdi yaşayış evi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs X5 paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən ibarət vahid mülkiyyət obyektidir. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən İddiaçı1 gəlin köçdüyü 2003-cü il tarixdən, İddiaçı2 və İddiaçı3 doğulduğu andan, yəni müvafiq olaraq xx.xx.2004-cü il və xx.xx.2006cı il tarixdən mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. İddiaçılar qeyd edilən tarixdən evdən məcburiyyət qarşısında çıxdıqları vaxta qədər, yəni 2022-ci ilin sonlarına qədər fasiləsiz olaraq həmin evdə yaşamış, həmçinin cavabdehlərlə, üçüncü şəxslə və fərdi yaşayış evinin mülkiyyətçisi ilə birgə təsərrüfatı aparmış, həmin əsasla onların mübahisəli evin yaşayış sahəsindən cavabdehlə bərabər şərtlər daxilində istifadə etmək hüquqları əmələ gəlmişdir. Məhkəmə, İddiaçı1 mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini, İddiaçı2 və İddiaçı3 həmin ünvanda doğulub böyüməsini, üçüncü şəxsin, yəni fərdi yaşayış evinin mülkiyyətçisinin ailə üzvü olmasını və uzun müddət fasiləsiz olaraq mübahisəli evdə yaşamalarını, habelə ümumi təsərrüfatı idarə etmələrini, iddiaçıların həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçıların yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onların daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yetkinlik yaşına çatmamış xx.xx.2010-cu ildə anadan olmuş X10 ilə birlikdə ünvan 1 ünvanına yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 yetkinlik yaşına çatmamış xx.xx.2010-cu ildə anadan olmuş X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar