Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-288/2024 12.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəliyev Rövşən Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları ilə birlikdə Cavabdeh Alalhyar oğluna məxsus olan və Şəmkir rayonu, Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürlüməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasıbarədə iqətnaməçıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qayınatasıdır. Cavabdehin oğlu, üçüncü şəxs X5 ilə xx.xx.2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların nikahları 28 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 28 yanvar 2014-cü ildə X4 və 11 may 2016-cı ildə X8 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə öz istəyi ailə qurmuşdur. Buna baxmayaraq evləndiyi vaxtdan etibarən qısa fasilələrlə birlikdə yaşamışlar. Belə ki, cavabdeh mütəmadi olaraq Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə gedib orada işləyir. Cavabdeh Şəmkir rayonuna təsadüfən gəlir. Hər gəldikdə isə bir neçə gün qaldıqdan sonra çıxıb gedir. Cavabdeh hər dəfə gedərkən iddiaçını atasının evində qoyub gedir. Sonuncu dəfə 2022-ci ilin iyul ayında yenə atasının evinə gətirərək qoyub getdi. Gedərkən ona pul göndərəcəyinə söz versə də, vədinə əməl etməmişdir. İki dəfə 100 manat olmaqla, cəmi 200 manat pul göndərmiş, 2023-cü ilin yanvar ayından isə əlaqəni tamamilə kəsmişdir. İddiaçı ailə qurarkən müvəqqəti deyil, daimi yaşamaq niyyəti ilə cavabdehin öz razılığı ilə cavabdehə məxsus olan və Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. Hazırda da cehiz əşyaları həmin evdədir. İddiaçı ilə cavabdeh artıq faktiki olaraq ayrılmışlar. Onlar ayrılarkən uşaqlar iddiaçının yanında qalmışdır. Hazırda uşaqların saxlanılmasında çətinlik və uşaqlarını valideyinlərinin köməkliyi ilə saxlayır və ata evində yaşayır. Uşaqlar iddiaçının himayəsində yaşayır. Ata evində uşaqlarında bərabər yaşamaq üçün normal şərait olmadığından onun başqa yaşayış sahəsinə ehtiyacı vardır. Lakin cavabdehlər onu və uşaqlarını həmin evə buraxmır. Başqa yerdə yaşamağa da evi yoxdur. Buna görə də məcbur olub məhkəməyə müraciət edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili X13 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı xx.xx.2012-ci ildə rəsminikaha girmişlər, nikaha girdikdən sonra ərə Musayev, arvada Hümbətova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014cü ildə anadan olmuşdur, atası X5, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016cı ildə anadan olmuşdur, atası X5, anası İddiaçıdır. İş materiallarında olan Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 926 nömrəli xx.xx.2023-cüil tarixli arayışından görünür ki, İddiaçı Şıəmkir rayonu,Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 3268/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Allahyar vəxx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları X3 hər ay, hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin tutulub uşaqların anası İddiaçı verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1- ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mənzil ilə bağlı mübahisə 2009-cu ildən sonra yarandığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 20-ci maddəsinə əsasən, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X5 xx.xx.2012-ci il tarixində rəsmi nikaha girmiş, onlar nikaha girdikdən sonra Şəmkir rayonu, Seyfəlikəndi ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Allahyar və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşaqları olmuşdur. X1 Federasiyasında işlədiyindən daimi olaraq həmin ünvanda iddiaçı ilə birlikdə yaşamamış, iddiaçı da fasilərlə X2 rayonuna gəldikdə həmin evdə yaşamışdır. Bu hal iddiaçının aliment təyin edilməsi ilə bağlı iddia ərizəsində də qeyd edilmişdir. Onlar arasında olan nikah məhkəmə qaydasında pozulmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı sözügedən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş araşdırması zamanı ilk olaraq İddiaçı qeyd edilən fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması müəyyənləşdirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətləri 2009-cu ildən sonra yarandığından mövcud iddia tələbi hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq həll edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən fərdi yaşayış evinin faktiki sahibi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə həmçinin iddia tələblərinin xx.xx.2014-cü il təvəllüdlü Allahyar və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşağın sözügedən evə köçürülməsinə dair hissəsinə münasibət olaraq bildirir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayıldığından iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-288/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-288/2024
12.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver