Məhkəmə qərarları › İş №2(076)-2905/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2905/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2905/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı cavabdehlər Cavabdeh Cəlal qızına qarşı “istifadə hüququnu itirilmiş hesab edilməsi ” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh Cəlal qızına qarşı “istifadə hüququnu itirilmiş hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəlal qızının ona məxsus ünvan 1 ünvandan yerləşən evə istifadə hüququn itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə iş məhkəmənin icraata mövcuddur, ona görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Cəlal qızının cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə, evdən istifadə hüququnun tanınması və paya düşən sahədən istifadəyə olan maneənin aradan qaldırılması” tələbə ilə iddia qaldırmışdır.(Mülki iş 2(076)-1843/2025) Mülki iş hazırda icraatdadır. İş materialında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1843/2025 saylı xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh Cəlal qızına qarşı “istifadə hüququnu itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar