Məhkəmə qərarları › İş №2(076)-291/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-291/2025

05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-291/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və metal hasarın sökülməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və metal hasarın sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, seriya RX N№ ******* nörməli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2018-ci il tarixdə X3, X1 və X2 ümumi birgə mülkiyyətində olmuş və tərəfindən xx.xx.2022-ci il tarixdə AN - İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında onlardan alınmış ünvan 1 ünvanında yerləşən 0.087575 ha. torpaq sahəsinin, iş üzrə cavabdeh tərəfindən zəbt olunmuş 0.0043 ha. hissəsinin, Cavabdeh zəbtindən azad edilməsi, hasarlanmış torpaq sahəsindən metal hasarın cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267- 268-ci maddələrinə əsasən məhkəmə, Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və metal hasarın sökülməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar