Məhkəmə qərarları › İş №2(076)-2929/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2929/2024

10.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2929/2024 10.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı “JN-132 nömrəli (kod:********) dövlət aktı əsasında və notarial etibarnamə ilə cavabdehlərdən aldığı 1,88 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-132 nömrəli (kod:********) dövlət aktı əsasında və notarial etibarnamə ilə cavabdehlərdən aldığı 1,88 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 55 saylı qərarı əsasında Şəmkir rayonu Könüllü kənd sakinləri, ailə başçısı X3 (o, çoxdan vəfat etmişdir), onun oğlu X6, Orucun arvadı İsgəndərova (Məmmədova) Həqiqət Qnyaz qızına, onların övladlarına X9, Cavabdeh4 və Cavabdeh3 1,88 hektar ölçüdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün özəl pay torpağı verilmişdir. Onunla ǝqd bağlayarkən (notarial) ailə başçısı İsgəndərova Zöhra həyatda olmamışdır. Bundan sonra ondan aldıqları pul müqabilində 50, 90 və 100 illik etibarnamə əsasında cavabdehlər JN-132 (kod:********) nömrəli dövlət aktı üzrə 1,88 ha torpaq sahəsini ona satmışlar. Ailə başçısı Cavabdeh4 İbrahim qızı öldükdən sonra ailə başçısı funksiyası dövlət aktında 2-ci sırada olan X7 ona ayrıca etibarnamə vermiş, o da onunla ǝqd bağlayandan bir müddət sonra vəfat etmişdir. Ailənin digər üzvləri həyatdadır, onlar müxtəlif müddətlərdə, ay fərqi olmaqla 2017-ci ildə torpaq sahəsini 90 və 100 illik etibarnamə əsasında ona etibar etmişlər. X7 tərəfindən ona 08 iyun 2017-ci il tarixdə 50 il müddətinə 7E-30 nömrəsi ilə reyestrdə qeyd olunana etibarnamə verilmişdir. Cavabdehlər Cavabdeh1 və onun oğlu X12 xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-26 nömrə ilə qeyd olunan 90 illik etibarnamə vermişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-41 nömrə ilə qeyd olunmuş 100 illik etibarnamə vermişlər. Eyni zamanda cavabdehlər JN-132 nömrəli dövlət aktının əslini də ona vermişlər. Bildirir ki, cavabdehlərdən qarşılıqlı razılaşma və pul müqabilində aldığı Şəmkir rayonu Könüllü kəndi ərazisində yerləşən 1,88 hektar torpaq sahəsi 7 ildir ki, etirazsız və maneəsiz onun istifadəsindədir. Torpaq üzərində mülkiyyət hüququnun tanınması məsələsinə gəldikdə isə cavabdehlərin heç bir narazılığı yoxdur. Son 7 il ərzində torpağın becərilməsi istiqamətində heç bir problemlə rastlaşmamışdır. Qeyd olunanlara əsasən JN- 132 nömrəli (kod:********) dövlət aktı əsasında və notarial etibarnamə ilə cavabdehlərdən aldığı 1,88 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-132 (KOD ********) saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 55 saylı qərarı ilə X3, X6, X1, X10, Cavabdeh4 və Cavabdeh3 Şəmkir rayonu Könüllü kəndi ərazisində 1.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 7E-26 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 və X12 tərəfindən İddiaçı 90 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 7E-41 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən İddiaçı qeyd olunan torpaq sahəsinə görə etibarnamə verilmişdir. İş materialkarında olan xx.xx.2017-ci il tarixli, 7E-30 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X7 tərəfindən İddiaçı qeyd olunan torpaq sahəsinə görə etibarnamə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-132 (KOD ********) saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktı əsasında Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 55 saylı qərarı ilə X3, X6, X4, X10, Cavabdeh4 və Cavabdeh3 Şəmkir rayonu Könüllü kəndi ərazisində 1.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin mülkiyyət hüququnun tanınmasını tələb edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınmasından ibarət olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəmkir rayonu Könüllü kəndi ərazisində yerləşən JN-132 (KOD ********) saylı Torpağın Mülkiyyət hüququna dair dövlət aktı əsasında X2, X5, İsgəndərova (Məmmədova) Həqiqət Qnyaz qızının, X8, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan 1.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə torpaq sahəsinin mülkiyyətçiləri arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamış, yalnız cavabdehlər tərəfindən iddiaçıya ayrı-ayrı tarixlərdə onların adından müxtəlif orqanlarda sənədləşmə işlərini aparmağı, bu işlərlə əlaqədar onların əvəzindən ərizə verməyi və imza etmək kimi səlahiyyətləri ehtiva edən etibarnamə verilmişdir. Belə olan təqdirdə iddiaçının cavabdehlərin mülkiyyətində olan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanınması mümkün deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı “JN-132 nömrəli (kod:********) dövlət aktı əsasında və notarial etibarnamə ilə cavabdehlərdən aldığı 1,88 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, İsgəndərov Oruc oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı 1,88 ha torpaq sahəsi (“JN-132 nömrəli (kod: ********) dövlət aktı) üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar