Məhkəmə qərarları › İş №2(076)-294/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-294/2025

11.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-294/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Kösəri oğluna və Cavabdeh1 qarşı (üçüncü şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Kösəri oğluna və Cavabdeh1 qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon AİK-nın xx.xx.1999-cu il tarixli 60 nömrəli qərarı və JN-1311 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onun mülkiyyətinə verilmiş Şəmkir rayonu Çinarlı qəsəbəsinin ərazisi hesab olunan, Bakı Qazax avtomagistral şosse yolunun sol tərəfində yerləşən 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi, tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 Kösəri oğluna və Cavabdeh1 qarşı (üçüncü şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar