Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2946/2023 31.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızının, Ərizəçi qanun üzrə mirası qəbul etmə faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi qanun üzrə mirası qəbul etmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçi mirasın qəbul edilməsi ilə bağlı ilk olaraq Şəmkir rayon Notariat Ofisinə müraciət etməli olduğu halda, həmin orqana müraciət etmədən birbaşa ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, Ərizəçi işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün Şəmkir rayon Notariat Ofisinə müraciət etməsinə dair məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi qanun üzrə mirası qəbul etmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova İş № 2(076)-2946/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə Protokol Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, 31 avqust 2023-cü il tarixində, saat 17:40-da, Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, Ərizəçi qanun üzrə mirası qəbul etmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, ərizənin geri qaytarılması barədə qərardadı qəbul etdim. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2946/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2946/2023
31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver