Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2951/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış, A № 124815 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 3938.96 kv.m həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, mərhum X9 onun qardaşıdır. Üç övlad olmuşlar: O, qardaşı-X9 və bacısı X11. X8 xx.xx.1999-cu ildə, anası X12 xx.xx.2002-ci ildə vəfat etmişdir. X2 xx.xx.2021 -ci ildə, bacısı X11 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Qardaşı X1 Gülsüm Tapdıq qızı ilə qeyri- rəsmi ailə qurmuş, onların uşaqları olmamışdır. Qəzənfər ölən günədək Gədəbəy rayonu Dəyirmandağ kəndində yaşamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, Dəyirmandağ kəndində X2nun və onun qeyri-rəsmi həyat yoldaşı Maraqlı şəxs2 ümumi birgə mülkiyyətinə 3938.96 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə keçmiş DTXK tərəfindən A № 124815 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi yerləşir və ev Qəzənfərin ölümündən sonra Gülsümün təsərrüfatına keçmişdir. Qardaşının qanun üzrə birinci növbə vərəsəsi yoxdur. O, qardaşının ikinci növbə vərəsəsidir. Qardaşın vəfatından sonra ondan miras qalmış, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 3938.96 kv.m torpaq sahəsindən ona çatası payı, yəni torpaq sahəsinin ½ hissəsini faktiki olaraq o qəbul etmişdir. Torpaq sahəsinin digər ½ hissəsi isə Maraqlı şəxs2 məxsusdur. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakı qardaşından qalmış miras əmlak olaraq qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, qardaşından miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 974 nömrəli imtina məktubu verilmişdir. Hazırda qardaşından qalmış miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Eləcə də qardaşından miras qalmış torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi Maraqlı şəxs2 miras əmlakın onun adıma rəsmiləşdirilməsinə etiraz etmir. Odur ki mərhum qardaşından qalmış, Gədəbəy rayonu Dəyirmandağ kəndində 3938.96 kv.m torpaq sahəsinin ½ hissəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum X3 miras qalmış, A № 124815 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 3938.96 kv.m həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X2na Gədəbəy rayonu, Dəyirmandağ kəndinin ərazisindən 3938,96 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına A № 124815 seriyalı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. X9 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. Qardaşının vəfatından sonra ondan miras qalmış torpaq sahəsi onun arvadı Maraqlı şəxs2 və onun tərəfindən faktiki qəbul olunmuş və təyinatına uyğun istifadə etmişlır. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün notariat orqanı ona miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2, məhkəmə iclası zamanı izahatında göstərdi ki, Ərizəçi onun ərinin qardaşıdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X4na Gədəbəy rayonu, Dəyirmandağ kəndinin ərazisindən 3938,96 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına A № 124815 seriyalı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. X4 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra qardaşı Ərizəçi Şəmkir rayonunda yaşasada daimi onlara gəlib-getmiş və ərinin vəfatından sonra ondan miras qalmış torpaq sahəsini faktiki qəbul etmiş və təyinatına uyğun birlikdə istifadə etmişlər. Hazırda ərindən qalmış miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazı yoxdur və ərizənin təmin edilməsinə razıdır. Odur ki izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Gədəbəy rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs2 izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X12, atası qrafasında qeyd olmamaqla, xx.xx.1962–ci il tarixdə Gədəbəy rayonu, Gər-Gər kəndində doğulmuşdur. İşdə olan Gədəbəy rayon, Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.1939-cu il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuşdur. İşdə olan Gədəbəy rayon, Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.1948-ci ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuşdur və anası X12 göstərilmiş, atası qrafasında qeyd aparılmamışdır. İşdə olan Gədəbəy rayon, Qeydiyyat şöbəsinin, Gədəbəy rayon Notariat Ofisinə ünvanladığı məktubun notarial surətindən görünür ki, X5 Gədəbəy rayon, Qeydiyyat şöbəsində, Gər-Gər kənd və Dəyirmandağ kənd İƏD-lər üzrə nikah qeydi aşkar olunmamışdır. İşdə olan Gədəbəy rayon İHB-nın Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli notarial məktubundan görünür ki, Ərizəçi qardaşı, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mərhumun bacısı X11 və ata, anası vəfat etmiş, lakin, qeyri-rəsmi nikahda olduğu arvadı Maraqlı şəxs2 sağ olmaqla mərhumla birgə Gədəbəy rayon Qurudərə kəndində yaşamışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan Gədəbəy rayon, Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 124815 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli qərarı ilə X7 3938.96 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat Ofisinin, Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi tərəfindən vərəsəliyin qəbulu müddəti ötürülmüş, mərhum X3 qalan miras əmlak qeyri-rəsmi nikahdakı arvadı Maraqlı şəxs2 təsərrüfatında olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin və maraqlı şəxsin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.1939-cu il tarixdə vəfat etmiş mərhum X9 ərizəçinin qardaşı olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X3 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 3938.96 kv.m həyətyanı torpaq sahəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X3 qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin, mərhum X5 vərəsələri olan X14, X12 və X11 vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, mərhum X2ndan miras qalmış, A№ 124815 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş Gədəbəy rayonu Dəyirmandağ kəndində yerləşən 3938,96 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2951/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2951/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver