Məhkəmə qərarları › İş №2(076)-2977/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2977/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2977/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Afandil qızının Cavabdeh, üçüncü şəxs DƏDRX-i Şəmkir rayon Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində özbaşına inşa edilmiş istilikxananın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Afandil qızının Cavabdeh, üçüncü şəxs DƏDRX-i Şəmkir rayon Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində özbaşına inşa edilmiş istilikxananın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AİK-ı tərəfindən 28 may 1998-ci il tarixli JN-1047 kod 50411018 saylı şəhadətnamədə göstərilən ona məxsus Şəmkir rayon Keçili kənd inzibati ərazisində yerləşən mülkiyyətimizdə olan 0.96 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına və həmin ərazidə özbaşına inşa edilmiş istilikxananın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılması 24 oktyabr 2023-cü il tarixə, saat 09:30-a təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Afandil qızı və cavabdehlər Cavabdeh, DƏDRX-i Şəmkir rayon Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Afandil qızının Cavabdeh, üçüncü şəxs DƏDRX-i Şəmkir rayon Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində özbaşına inşa edilmiş istilikxananın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar