Məhkəmə qərarları › İş №2(076)-298/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-298/2024

08.02.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-298/2024 08.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, məhkəmədən atası X1 xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu Təzəkənd (yeni adı Səməd Vutğun) kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X2 xx.xx.2022-c iildə 90 yaşında rəhmətə getmişdir. Lakin onun ölüm şəhadətnaməsi vaxtında ala bilmədilər. Mərhum atasında ev miras qalmışdır. Həmin evə dair vərəsəlik əməliyyatı aparılması üçün ğlüm şəhadətnaməsinin olması zəruridir. Bununla bağlı Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm şəhadətnaməsinin verə bilmədiyi barədə məktub vermişdir. Qeyd edir ki, rəhmətlik atası şəhid atasıdır. Ərizəçi məhkəməyə teleqram ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə ərizəçinin iştriakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəmə iclasına çağırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin gələməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2596 saylı məktubdan görünür ki, ərizəçi ölüm haqqında arayışın verilməsi ilə bağlı müraciət etmiş, lakin onun ərizəsi təmin edilməmiş və ona məhkəməyə müraciət edilməsi təklif edilmişdir. İş materiallarında olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Kür qəsəbə inzibati ərazi dairəsin üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə Kür qəsəbə İƏD üzrə nümayəndəliyinə yazdığı ərizəyə əsasən şəxs bildirir ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş atası X2 ölən günədək onunla birgə yaşamış və vəfat etdikdə onu Səməd Vurğun kənd qəbiristanlığında dəfn etmiş və dəfn xərcini də o çəkmişdir. İş materiallarında olan Ərizəçi KÜr qəsəbə İƏD üzrə nümayəndəliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixliində vəfat etmiş atası X2 ğlən günədək onunla yaşamışdır və öldükdən sonra Səməd Vurğun kənd qəbiristanlığında dəfn edilib və dəfn xərcləri o çəkmişdir. Bu məlumatların dəqiqliyi haqqında Şəmkir Rayon Məhkəməsinə rəsmi məlumat verilməsini xahiş etmişdir . Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə mülki işin materiallarını və ərizəçinin izahatını məcmu halında qiymətlndirərək, hesab edir ki, ərizəçinin öz ərizəsində qeyd etdiyi hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Səməd Vurğun kənd qəbiristanlığı tərəfindən məhkəməyə təqdim edilmiş arayış elə ərizəçinin ona ünvanladığı ərizəyə əsasən tərtib edildiyindən məhkəmə onu mötəbər sübut kimi qiymətləndirmir. Buna görə də ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar