Məhkəmə qərarları › İş №2(076)-298/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-298/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-298/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı2, X3 və İddiaçı5 Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X3 və İddiaçı5 Cavabdeh qarşı azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair ddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X8 və İddiaçı5 Cavabdeh qarşı azyaşlı uşaqları cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsinə müraciət etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, cavabdeh X1 xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və özünə məxsus olan ev əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətlərinə verilmiş evlərindən çıxarılması tələbi üzrə Şəmkir rayon Məhkəməsinin 2(076)-1322/2021 nömrəli, 24 may 2021-ci il tarixli, qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3264/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş şikayətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2737/2022 saylı qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması hissəsində dəyişdirilərək, X1 iddiaçıların, yəni onların mülkiyyətində olan evdən istifadə hüququ 2 il müddətinə saxlanmışdır. Həmin iki il müddət qurtarmışdır. Lakin, dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh X4 onların mülkiyyətində olan evdən çıxmaqdan imtina edir. Ona görə də məlum iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki, cavabdeh X1 xx.xx.2013-cü iltəvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və ona məxsus olan, 1 ədəd paltar şkafı, 1 ədəd qab üçün servand, 2 ədəd termo, 2 ədəd bar, 1 ədəd televizor altı, qoşa çarpayı üstündə 1 ədəd döşək, 1 ədəd uşaq çarpayısı, 1 ədəd divan kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd qabaq stol üstü klyonka, 12 ədəd stul, 1 ədəd sadə paltar yuyan maşın, 1 ədəd divar saatı, 1 ədəd süni ağac, 1 ədəd pəncərə və 1 ədəd aynabənd pərdəsi, 1 ədəd lüstr, 1 ədəd stolaltı gəvə, 1 ədəd güzgü ilə birlikdə ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətlərinə verilmiş evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, X8 və İddiaçı5 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən 2011-ci ildə iddiaçılardan İddiaçı1 ilə evlənmiş və iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan evə gəlin köçmüşdür. Cehiz əşyaları da həmin evə yığılmışdır. Mübahisəli evdə iddiaçılarla birlikdə birgə ailə şəraitində yaşamışlar, uşaqları da həmin evdə doğulmuşdur. Lakin, İddiaçı1lə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Məhkəmə qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadə hüququ 2 (iki) il müdətində saxlanılmışdır. Hazırda həmin müddət bitdiyindən, iddiaçılar onun azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılmasını tələb edirlər. Lakin, iddiaçılar onların mülkiyyətində olan evdə yerləşən ona məxsus cehiz əşyalarının çox hissəsini qeyd etməmişlər. Həmçinin, onun 2 il istifadə hüququ tanınsa da, cavabdehlər maneçilik törətdiyinə görə həmin hüquqdan istifadə edə bilməmişdir. Digər cehiz əşyalarını da tələb etdiyi üçün iddia ərizəsində göstərilmiş cehiz əşyalarını çıxarmaqdan imtina edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 129.1 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarından görünür ki, həmin qərarla ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh X2 qarşı “cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” barədə ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) X1 ilk İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı5 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3264/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması hissəsində dəyişdirilərək, X1 iddiaçıların mülkiyyətində olan evdən istifadə hüququ 2(iki) il müdətində saxlanılması qərara alınmışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı1 ilə X1 birgə nikahlarından 28 avqust 2013-cü ildə X6 və 21 dekabr 2014-cü ildə X7 adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh 2011–ci ildə İddiaçı1 ilə ailə qurmuş və toy günü iddiaçılara məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Lakin tərəflər arasında ilə münasibətləri pozulmuş və cavabdehlə iddiaçılar ayrılmışlar. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh X2 qarşı “cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” barədə ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) X1 ilk İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı5 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən Mustafayeva (Həsənova) Samirə Məhərrəm qızının istifadə hüququ 2 (iki) il müddətində saxlanılmışdır. Hazırda Cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququ üçün müəyyən edilmiş 2 (iki) il müddət bitmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçılara məxsus evdən çıxmaqdan və cehiz əşyalarını aparmaqdan imtina edir. Məhkəmə iddia tələbini araşdıraraq və aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə, iddiaçıların adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçıların cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə qeyd ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu da onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüququ vardır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olduğundan onlar iddia qaldırmaqda subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin iddiaçıya məxsus evdə yaşaması və ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2737/2022 saylı qərarı ilə iddiaçıların birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Mustafayeva (Həsənova) Samirə Məhərrəm qızının istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış, hazırda həmin müddət bitmişdir. Lakin, cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçıların mülkiyyətində olan evdə qalmaqda davam edir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçılara məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçıların cavabdehə qarşı azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdeh azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Çünki cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən Mustafayeva (Həsənova) Samirə Məhərrəm qızının istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış olsa da, artıq həmin müddət bitmişdir. Ona baxmayaraq cavabdeh hazırda da iddiaçılara məxsus evdən istifadə etməklə bərabər, sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və ona məxsus olan 1 ədəd paltar şkafı, 1 ədəd qab üçün servand, 2 ədəd termo, 2 ədəd bar, 1 ədəd televizor altı, qoşa çarpayı üstündə 1 ədəd döşək, 1 ədəd uşaq çarpayısı, 1 ədəd divan kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd qabaq stol üstü klyonka, 12 ədəd stul, 1 ədəd sadə paltar yuyan maşın, 1 ədəd divar saatı, 1 ədəd süni ağac, 1 ədəd pəncərə və 1 ədəd aynabənd pərdəsi, 1 ədəd lüstr, 1 ədəd stolaltı gəvə, 1 ədəd güzgüdən ibarət cehiz əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 ümumi birgə mülkiyyətində olan olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar