Məhkəmə qərarları › İş №2(076)-2985/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2985/2023

17.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2985/2023 17.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər Maraqlı şəxs2 Qəmbər qızının iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Maraqlı şəxs2 Qəmbər qızı, Cavabdeh3, Cavabdeh4, Şəmkir Rayon 1 saylı Notariat Ofisini, Şəmkir Rayon Bələdiyyəsini, Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon Fililalı) xx.xx.2012-ci il tarixli, 1277 və xx.xx.2021-ci il tarixli K-1-381 nömrəli arxiv arayışlarının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 459422 nömrəli “torpaq sahəsinin plan və ölçüsü və xx.xx.2012-ci il tarixli 1277 və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 378260 nömrəli “torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2021-ci il tarixli, ********** və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, hazırlıq iclasında müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Maraqlı şəxs2 Qəmbər qızı, Cavabdeh3, Cavabdeh4, Şəmkir Rayon 1 saylı Notariat Ofisi, Şəmkir Rayon Bələdiyyəsi, Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon Fililalı) xx.xx.2012-ci il tarixli, 1277 və xx.xx.2021-ci il tarixli K-1-381 nömrəli arxiv arayışlarının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 459422 nömrəli “torpaq sahəsinin plan və ölçüsü və xx.xx.2012-ci il tarixli 1277 və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 378260 nömrəli “torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2021ci il tarixli, ********** və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaş X2 adına verilmiş xx.xx.2012-ci il tarixli, 1277 və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 378260 nömrəli “torpaq sahəsinin plan və ölçüsü”, vətəndaş X1 adına verilmiş xx.xx.2021-ci il tarixli K-1-381 nömrəli arxiv arayışlarının və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 459422 nömrəli “torpaq sahəsinin plan və ölçüsü, onların hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı1 vəkili Vəkil iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs2 Qəmbər qızı izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir və üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi inzibati orqandır və tərəflər arasında mübahisə də inzibati mübahisədir. İddiaçılar aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olduqları halda, Şəmkir rayon Məhkəməsinə müraciət etmişlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ( üçüncü şəxslər Maraqlı şəxs2 Qəmbər qızı, Cavabdeh3, Cavabdeh4, Şəmkir Rayon 1 saylı Notariat Ofisi, Şəmkir Rayon Bələdiyyəsi, Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon Fililalı) xx.xx.2012-ci il tarixli, 1277 və xx.xx.2021-ci il tarixli K-1-381 nömrəli arxiv arayışlarının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 459422 nömrəli “torpaq sahəsinin plan və ölçüsü və xx.xx.2012-ci il tarixli 1277 və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 378260 nömrəli “torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2021-ci il tarixli, ********** və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli və ərizəçilərə izah olunmalıdır ki, göstərilən tələblə inzibati məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 261-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ( üçüncü şəxslər Maraqlı şəxs2 Qəmbər qızı, Cavabdeh3, Cavabdeh4, Şəmkir Rayon 1 saylı Notariat Ofisi, Şəmkir Rayon Bələdiyyəsi, Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon Fililalı) xx.xx.2012-ci il tarixli, 1277 və xx.xx.2021-ci il tarixli K-1-381 nömrəli arxiv arayışlarının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 459422 nömrəli “torpaq sahəsinin plan və ölçüsü və xx.xx.2012-ci il tarixli 1277 və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş Seriya A 378260 nömrəli “torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2021-ci il tarixli, ********** və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçılara inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar