Məhkəmə qərarları › İş №2(076)-299/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-299/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-299/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin yetkinlik yaşına çatmamış uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd soyuducu, 1 ədəd kiçik ölçüdə televizor, 1 ədəd televizor altı, 1 ədəd 3x5 ölçüdə gǝvə, 6 ədəd tək, 1 ədəd iki nəfərlik yorğan, 2 ədəd tək, 1 ədəd iki nəfərlik döşək, 6 ədəd balınc, 6 ədəd döşəkcə, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd altı nəfərlik stol, 6 ədəd stul, 1 ədəd lüstr, 1 ədəd elektrik sobasından ibarət cehiz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X1 arvadıdır. X10 Cavabdeh 18 iyul 2007-ci ildə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Toylarından sonra Cavabdeh daimi yaşadığı və ona məxsus ünvan 1 ünvanında yerləşən evə gəlin köçürmüş, ona məxsus cehiz əşyaları da onun evinə yığılmışdır. X10 Cavabdeh aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2802/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş və yetkinlik yaşına çatmamış uşaqların Cavabdeh himayəsində saxlanması müəyyən edilmişdir. Hazırda X10 aralarında olan nikah pozulmuş olsa da, cavabdeh nə özü onun evindən çıxmaq istəmir, nə də əşyalarını çıxartmır. O, yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə onun evində yaşamaqla onun yaşlı olmağından istifadə edərək, onu incidir, yetkinlik yaşına çatmamış nəvələrini öyrədib onu təhqir edir, ona məxsus evin qapılarını bağlayıb onu evə buraxmırlar. Cavabdeh onu özünə məxsus evdə yaşamağa qoymur. Onun hazırda vəziyyəti çox çətindir. O məcbur olub həyətdə olan 1 otaqdan ibarət yardımçı tikilidə yaşayır. Cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə onun mülkiyyətində olan əmlakda onun iradəsinə zidd olaraq yaşamaları və ona məxsus 1 ədəd soyuducu, 1 ədəd kiçik ölçüdə televizor, 1 ədəd televizoraltı, 1 ədəd 3x5 ölçüdə gǝvə, 6 ədəd tək, 1 ədəd ikinəfərlik yorğan, 2 ədəd tək, 1 ədəd ikinəfərlik döşək, 6 ədəd balınc, 6 ədəd döşəkcə 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd altınəfərlik stol, 6 ədəd stul, 1 ədəd lüstr, 1 ədəd elektrik sobasından ibarət cehiz əşyalarını saxlaması onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh onun keçmiş gəlini olmaqla onun ailə üzvləri sırasına daxil deyildir. Cavabdeh onun ailə üzvləri sırasına daxil olmadığından ona məxsus evdən və torpaqdan istifadəsinin əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Cavabdehlə onun arasında evdən istifadə ilə bağlı hər hansı əqd mövcud deyildir. Ona görə hesab edir ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd soyuducu, 1 ədəd kiçik ölçüdə televizor, 1 ədəd televizoraltı, 1 ədəd 3x5 ölçüdə gəvə, 6 ədəd tək, 1 ədəd ikinəfərlik yorğan, 2 ədəd tək, 1 ədəd ikinəfərlik döşək, 6 ədəd balınc, 6 ədəd döşəkcə, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd altınəfərlik stol, 6 ədəd stul, 1 ədəd lüstr, 1 ədəd elektrik sobasından ibarət cehiz əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, özünə məxsus 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonradan isə onlara məxsus evi söküb yenidən fərdi yaşayış evi inşa etdirmişlər. O həmin fərdi yaşayış evini kredit götürərək, özünə məxsus qızıl-zinət əşyalarını sataraq öz vəsaiti hesabına inşa etdirmişdir. Cavabdeh və oğlu Faiq Alıyev fərdi yaşayış evinin tikintisinin aparılmasına ona heç bir maddi köməklik göstərməmişlər. Hazırda cavabdehlə oğlu Faiq Alıyev arasında olan nikah pozulmuşdur. Lakin, cavabdeh yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə ona məxsus evdən çıxmaq istəmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun keçmiş qaynanasıdır. İddiaçının oğlu Faiq Alıyev ilə 2007-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009cu il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Faiq Alıyevlə evləndikdən sonra ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin evdə yenidən tikinti aparılrkən öz qızıllarını sataraq maddi köməklik etmişdir. Həmin evdə onun payı olduğundan və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamağa yerləri olmadığından iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, **********48 reyestr nömrəli ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Şəmkir rayonu İHB-nin Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 740 nömrəli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu Düyərli kəndində 3 otaqdan, 1 zaldan, 1 mətbəxdən və həyətdə olan yardımçı 1 otaqdan və sanitar qovşaqdan ibarət evi vardır. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 2802/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X7 ilə Cavabdeh arasında 18 iyul 2007-ci il tarixdə Şəmkir rayon, Düyərli kənd İƏD üzrə nümayəndəliyində bağlanılmış və 40 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması və boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş Kifayət və xx.xx.2009-cu il tarixdə doğulmuş Şaiq adlı uşaqların Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 2376 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materialarında olan AZ-İİ 121163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Faiq qızı xx.xx.2008-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-01790 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:30-da keçirilən İMS-nın davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı mediasiyanın keçirilməsi üçün 50 manat rüsum ödəmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, xx.xx.2024cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi İddiaçı tam mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində İddiaçı məxsus 3 otaqdan, 1 zaldan, 1 mətbəxdən, 1 yardımçı otaqdan və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi vardır. Cavabdeh xx.xx.2007-ci ildə iddiaçının oğlu X7 ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Cavabdeh ailə qurduqdan sonra əri X7 ilə birlikdə ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində yaşamışdır. Sonradan Cavabdeh ilə X7 aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2802/2024 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları və ona məxsus cehiz əşyaları ilə birlikdə yaşayış evindən çıxarılmasını tələb edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının cavabdehin yetkinlik yaşına çatmamış uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub–pozulması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən onun həmin tikiliyə real olaraq gözlənilən mülkiyyət hüquqları vardır. Ona görə də məhkəmə hesab edir ki, həmin tikili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X9 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X9 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu nöqteyi nəzərdən məhkəmə qeyd edir ki, cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələb olunan fərdi yaşayış evinə iddiaçının mülkiyyətində olan əmlak kimi baxılmalı və cavabdehin yetkinlik yaşına çatmamış uşaqlaır ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırma kimi qiymətləndirilməlidir. İddiaçı ilə Cavabdeh arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddədə mülki hüquqi əqdlər bağlamaq yolu ilə və qohumluq münasibətləri əsasında yaranan istifadə hüququ birbirindən fərqləndirilmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla MM-nin 228.5-ci maddəsində sadalanmış mülkiyyətçinin ailə üzvləri sırasına daxil olmadığından onun iddiaçıya məxsus evdən istifadəsinin hüquqi əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Məhkəmə baxışı nəticəsində tərəflərin arasında hər hansı əqdin olmadığı, Cavabdeh yalnız iddiaçının şifahi razılığına əsasən həmin evdən istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də Cavabdeh həmin evdən istifadə hüququnun olmadığı müəyyən edilir. Məhkəmə iclasında Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin keçmiş əri Faiq Alıyevlə birgə nikah dövründə onların birgə vəsaiti və ona məxsus qızıl-zinət əşyalarının satışından əldə olunmuş vəsait hesabına inşa edildiyini bildirsə də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı isə ona məxsus fərdi yaşayış evinin cavabdehlə oğlunun birgə vəsaiti hesabına deyil, öz şəxsi vəsaiti hesabına inşa edildiyini, cavabdehin evin inşasına heç bir maddi vəsait xərcləmədiyini bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin Cavabdeh tərəfindən birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsi məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı tam mülkiyyətində olan ünvan 3 ünvanında olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd soyuducu, 1 ədəd kiçik ölçüdə televizor, 1 ədəd televizor altı, 1 ədəd 3x5 ölçüdə gǝvə, 6 ədəd tək yorğan, 1 ədəd iki nəfərlik yorğan, 2 ədəd tək döşək, 1 ədəd iki nəfərlik döşək, 6 ədəd balınc, 6 ədəd döşəkcə, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd altı nəfərlik stol, 6 ədəd stul, 1 ədəd lüstr və 1 ədəd elektrik sobasından ibarət cehiz əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. **********48 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı tam mülkiyyətində olan ünvan 3 ünvanında olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Faiq qızı və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd soyuducu, 1 ədəd kiçik ölçüdə televizor, 1 ədəd televizor altı, 1 ədəd 3x5 ölçüdə gǝvə, 6 ədəd tək yorğan, 1 ədəd iki nəfərlik yorğan, 2 ədəd tək döşək, 1 ədəd iki nəfərlik döşək, 6 ədəd balınc, 6 ədəd döşəkcə, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd altı nəfərlik stol, 6 ədəd stul, 1 ədəd lüstr və 1 ədəd elektrik sobasından ibarət cehiz əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar