Məhkəmə qərarları › İş №2(076)-319/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-319/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-319/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə ölmüş atası X8 miras qalmış Şəmkir rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə görə mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o, mərhum atası X19 ilə X9nın birgə nikahlarından doğulmuşdur. X51 xx.xx.2008-cı ildə, atası Yaqub Hüseynov isə xx.xx.2021ci ildə ölmüşdür. Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə JN-282F, KOD 50413005 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» əsasında Şəmkir rayon Mehrili kəndi ərazisində 0,12 ha torpaq sahəsi atası Yaqub Hüseynovun xüsusi mülkiyyətinə verilmişdir və atasının ölümündən sonra ona məxsus həmin torpaq sahəsi miras qalmışdır. 2021-ci ildə atası öldükdən sonra vərəsəlik açılarkən onun birinci növbəli vərəsəsi olmaqla miras əmlakı faktiki idarə etməyə başlayaraq bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Atasının ölümündən sonra torpaq sahəsi faktiki onun istifadəsində olmuş, təsərrüfatı idarə edərək sahibliyi həyata keçirmişdir, torpaq sahəsindəki meyvə ağaclarına qulluq etmiş, ağacların məhsulunu toplayıb istifadə etmişdir. Qanunla müəyyən edilmiş müddətdə müvafiq orqanlara müraciət etmədiyinə görə atasının adına olan torpaq sahəsini öz adına qeydə aldıra bilməmişdir. O, 2022-ci ilin avqust ayında atasından miras qalmış əmlaka görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəmkir rayon 1 saylı dövlət notariat ofisinə müraciət etdi, ancaq o Notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair qərarında mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxdığına görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina etdi. Ona görə də məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X20 iddia ərizəsinə uyğun izahat verərək mirasın qəbul faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şəmkir rayon 1 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, o Elxanın arvadıdır, Arifə onun baldızıdır. Əri 2020-ci ildə, qaynatası 2021-ci ildə ölmüşlər. X1 miras qalmış Şəmkir rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi miras qalıb. Həmin miras torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Mirası Arifə qəbul edib, həmin torpaqdan bu günədək Arifə istifadə edir. Onun və ailəsinin bu torpaqla bağlı heç bir tələbi yoxdur. Onun uşaqlarıda istifadə etmir və həmin torpağı istəmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirdi ki, o Eldarın arvadıdır, Arifə onun baldızıdır. X2 2021-ci ildə ölmüşdür və ondan Şəmkir rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi miras qalıb. Mirası Arifə qəbul edib, həmin torpaqdan bu günədək Arifə istifadə edir. Həmin miras torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Onun və ailəsinin bu torpaqla bağlı heç bir tələbi yoxdur. Onun uşaqlarıda istifadə etmir və həmin torpağı istəmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirdi ki, Arifə onun qonşusudur. X19 2021-ci ildə ölmüşdür və ondan Şəmkir rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi miras qalıb. Mirası Arifə qəbul edib, həmin torpaqdan bu günədək Arifə istifadə edir. Həmin miras torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Torpaqda meyvə ağacları var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Arifə xalası qızıdır, onlar iki bacı, üç qardaşı olub. Qardaşları rəhmətə gedib. X19 2021-ci ildə ölmüşdür və ondan Şəmkir rayon Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi miras qalıb. Torpağı Arifə əkib becərib. Həmin miras torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Mehrili kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Şəmkir rayonu, Mehrili kəndində yaşayır. Qeyd: mərhym X11 həmin kənd də JN-282F KOD 50413005 saylı şəhadətnamə əsasən 0.12 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İİ 182610 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2008-ci il tarixli, AZ-1 275448 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə doğulmuşdur. X3r, X9dır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X25 ilə X29 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş JN-282F KOD 50413005 saylı dövlət aktı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir. Şəmkir rayon 1 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ərizəçi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1243-cü maddəsində nəzərdə tutulmuş qaydada mirası qəbul etməmiş, mirasın qəbul edilməsi müddətini keçirmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X19 ilə X32 arasında xx.xx.1956-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki,Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1928-ci il tarixdə Şəmkir rayon Seyfəli kəndində anadan olmuş X11 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə X19 xx.xx.1956-cı ildə (akt qeydi № 32) Şəmkir rayon Seyfəli kənd icra nümayəndəliyində Hüseynova (Əsgərova) Səlmi Mehdi qızı ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2008-ci ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (ölüm xx.xx.2008-ci ildə 12 №-li akt qeydi ilə Şəmkir rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır). xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində X11 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum barəsində xx.xx.2021-ci il tarixdə 614 saylı ölüm akt qeydi Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 ailə üzvləri arvadı X28 (xx.xx.1932) (xx.xx.2008-ci ildə vəfat edib), oğlu: X23 (xx.xx.1957), oğlu: X33 (xx.xx.1959) (xx.xx.2020-ci ildə vəfat edib), qızı: Ərizəçi (xx.xx.1964), oğlu: X34 (xx.xx.1971) (xx.xx.2014-cü ildə vəfat edib) ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Aşağı Se/fəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X30 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə JN-282F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X23 xx.xx.1957-ci ildə doğulmuşdur. X3r, X9dır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X23 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X34 xx.xx.1971-ci ildə doğulmuşdur. X3r, X9dır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X34 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X33 xx.xx.1959-cu ildə doğulmuşdur. X3r, X9dır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X33 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. Ailə tərkibi aşağıdakı kimi olmuşdur atası X19-xx.xx.2021-ci ildə ölmüşdür. X9 xx.xx.2008-ci ildə ölmüşdür. X4 xx.xx.1997-ci ildə ölmüşdür. X6 xx.xx.2020-ci ildə ölmüşdür. X7 xx.xx.2014-cü ildə ölmüşdür. X5-xx.xx.1952 Gədəbəy şəhərində yaşayır. Həmin mənzil X14 məxsus olmuş, sağlığında evi nəvəsi X12 bağışlamışdır. Hal-hazırda mənzildə X17 anası X24 və qardaşı X18 ilə yaşayır. İşdə olan X26 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, atası X19 11 may 2021-ci il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atasının ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X14 məxsus Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.12 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə (daxilolma: **********, xx.xx.2023-cü il) 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, sözügedən torpaq sahəsinə dair təqdim etdiyləri JN- 282F, kod-50413005 saylı “Şəhadətnamə”də adı qeyd olunan mərhum X41 (Əli) oğluna məxsus Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.12 torpaq sahəsi üzərində mülkiyyət hüququnun hazırkı şəkildə dövlət reyestrində qeydiyyata alınması, 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənədlərdən əlavə mərhumun vərəsəsi, qanun üzrə vərəsəliyə dair müvafiq sənədləri də təqdim etdiyi təqdirdə qeydə alınır. Odur ki, qanun üzrə vərəsəliyə dair qanunvericilkdə nəzərdə tutulmuş qaydada vərəsəliyin təyin edilməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyini nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizin icrası mümkün olmamışdır. İşdə olan Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2716/2022 saylı qətnamənin surətindən görünür ki, JN-282F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum X14 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəmkir rayon Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi ərizəçinin atası X14 məxsus olmuş, onun ölümündən sonra həmin torpaq sahəsi X11 vərəsəsi olan qızı Ərizəçi miras əmlakı qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş şahidlər ərizəçi ilə qonşu və qohum olmaqla həmin topağı ümumiyyətlə ərizəçinin atasının torpağı kimi tanıdıqlarını və həmin torpaqla bağlı mübahsiə olmadığını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X11 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən Şəmkir rayon Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi onun vərəsələrindən Ərizəçi tərəfindən qəbul edilmiş və o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Şəmkir rayon Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Ərizəçi atası mərhum X11 adına JN-282F, kod-50413005 saylı “Şəhadətnamə” ilə qeydə alınmış, Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Şəmkir Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar