Məhkəmə qərarları › İş №2(076)-3317/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3317/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3317/2024 09.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası Şahid və anası X6 olmaqla onun xx.xx.2003-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2003-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində ev şəraitində anadan olmuşdur. Atası Şahid və anası X5r. O, Ərizəçi anadan olarkən valideyinləri savadsızlıqdan doğum faktının qeyd edilməsi üçün aidiyyəti üzrə qeydiyyat orqanına müraciət etməmişlər. Ona görədə onun doğum faktı qeydə alınmamış və bununla əlaqədar doğum haqqında şəhadətnamə almamışdır. Halhazırda o şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin Şəmkir Rayon Qeydiyyat Şöbəsi ona doğum faktı qeydə alınmadığına görə doğum haqqında akt qeydinin bərpa olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olanları nəzərə alaraq atası Qafarov X7 və anası X6 olmaqla onun xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək doğum faktının müəyyən edilməsi, atası Şahid, anası X2maqla 11 yanvar 2001-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, İlkin onun oğludur. 1995-ci ildə Moskva şəhərində Qafarova Marina ilə ailə həyatı qurmuş və evlilikdən İlkin və Maya adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, İlkin onun nəvəsidir. 2001-ci ildə ev şəraitində İlkin dünyaya gəlmişdir. Atasının səhlənkarlığına görə qeydə alınmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilən Şəmkir rayon X4 İlkin Pərviz oğluna ünvanlandığı 3-16- 5/8-942 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qeydiyyat şöbəsinin arxiv kitabında və “Vətəndaşlıq vəziyyət Aktları” avtomatlaşdırlmış qeydiyyat informasiya sistemində onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilən Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamədən görünür ki, Şahid ilə X1 arasında 03 mart 1995-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Qafarov, arvada Qafarova soyadı verilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.2003-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olması, atasının Şahid, anası X2ması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumakt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi gələcəkdə Azərbaycan Respublikasının vətəndaşına lazımi sənədlərin alınması və mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə bağlı onun doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə iləməhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum akt qeydini başqa qaydada bərpa edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.2001-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində doğulması, atasının Şahid, anasının X2ması ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblərüzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası Şahid, anası X2maqla, 11 yanvar 2001-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir RayonMəhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar