Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3375/2025 13.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X17 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evindən çıxarılma və evin sahibliyinə və istifadəsinə qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evindən çıxarılma və evin sahibliyinə və istifadəsinə qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları X8 və X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onların əşyalarının evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin mülkə tərəfimdən çıxarış alınmışdır. Məlumat üçün bildirir ki, hazırki iş üzrə Cavabdeh, qardaşım X1 həyat yoldaşıdır və X8 və X12 adlı övladları var. Cavabdeh artıq xeyli müddətdirk ki, qardaşı Vüsal Musayevlə ayrılmasına baxmayaraq, nikahları məhkəmə qaydasında pozulduqdan sonra, artıq 3 ildir ki, mülkiyyəti olan torpaq sahəsində öz hesabına tikdirdiyi evdə yaşayır, dəfələrlə cavabdehdən həmin evdən çıxmasını xahiş etsə də, cavabdeh evdən çıxmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir və hesab edir ki, cavabdehlərin mübahəsilə mənzilə dair hüquqları yoxdur. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini iddianı müdafiə edərək və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil izahatında göstərdiki, Cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır, hazırda cavabdeh azyaşlı uşaqları ilə birlikdə uzun müddətdir ki, qeyd edilən mənzildə yaşayır, bundan əvvəl də cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia qaldırılmışdır lakin son olaraq Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2892/2021 saylı qətnaməsi ilə Əmiraslanova (Musayeya) Aytən Tofiq qızı uşaqları ilə birlikdə Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 142 saylı fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Hazırda iddiaçı kompensasiya da verəcəyini qeyd etməmişdir, odur ki iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 142 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019cu il təvəllüdlü X2 şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 142 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019cu il təvəllüdlü X2 şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 142 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1986cı il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.05 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 2892/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Əmiraslanova (Musayeva) Aytən Tofiq qızı cavabdehlər X6 və X4 qarşı evə köçürülmə tələbinə dair iddia qaldırmış və mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(076)-592/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmçinin, iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2892/2021 saylı qətnaməsindən görünür ki, bu iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(076)-592/2021 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi iddiaçı Əmiraslanova (Musayeva) Aytən Tofiq qızı uşaqları ilə birlikdə Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 142 saylı fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh və İddiaçı qaqrdaşı X9 ilə birgə nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X13 olmaqla iki övladları anadan olmuşdur.Hazırda tərəflər arasında bağlanmış nikah faktiki olaraq məhkəmə qaydasında pozulmuşdur. İddiaçı qardaşının ayrıldığını istinad edərək, həmin yerə köçürülməyini və cavabdehin mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişdir. iddiaçı mübahisəli evdə yaşamır və həmin evdə qeydiyyatda deyil. Mübahisəli evin hüquq müəyyənedici sənədləri mövcud deyil. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh və azyaşlı uşaqlar həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən müddəalar əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarının tələblərinə görə yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələri, həmin tarixədək yaranmış münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbi şamil edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsində göstərilir ki, Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qüvvədə olan mülki qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə təklif olunan kompensasiya məbləği yaşayış sahəsinin bazar qiyməti və ya istifadə hüququna xitam verilməsi tələb edilən şəxsin həmin məbləğə ayrıca yaşayış sahəsi ala bilməsi ilə şərtləndirilməməsinə baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə həmin kompensasiya hesabına istifadəçinin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradan kompensasiya təklif edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin mübahisəli mənzilindən istifadə hüququna xitam verilə bilməz. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasınımn 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evindən çıxarılma və evin sahibliyinə və istifadəsinə qaytarılması tələbi”nə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evindən çıxarılma və evin sahibliyinə və istifadəsinə qaytarılması tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №2(076)-3375/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3375/2025
13.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver