Məhkəmə qərarları › İş №2(076)-3379/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3379/2024

05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3379/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1920-ci il təvəllüdlü X2 ilə aralarında qohumluq münasibətinin olması (bibisi olması) faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o xx.xx.1954-cü ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. Mərhum bibisi X6 1920-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. O, mərhum atası X16 ilə doğma bacı-qardaş olmuşlar. Atası 18 oktyabr 2000-ci ildə, bibisi isə 10 may 2001-ci ildə ölmüşdür. Mərhum bibisi subay olmuş və o, ölən günədək onun evində ailə üzvi kimi yaşamışdır. Bibisinin yas mərasimi ilə bağlı bütün xərcləri qarşılamışdır. Ona Şəmkir rayon AİK-nın qərarı ilə 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini bibisinin ölümündən sonra faktiki olaraq o istifadə edir. Mərhum bibisi X4 adına olan əmlaka dair onun adına vərəsəlik açılması ilə bağlı Notariat kontoruna müraciət etsə də, notariat kontorunda ona mərhum bibisilə aralarında məhkəmə qaydasında qohumluq faktı müəyyən edilməli olması izah edilmişdir. Şəmkir Rayon Qeydiyyat Şöbəsində mərhum bibisinin doğum akt qeydi tapılmadığından, onun bibisi olmasını müvafiq orqanlar qarşısında sübuta yetirə bilmir, yəni qohumluq faktını tanıda bilmir və tələblərini həyata keçirə bilmir. O bibisinin müvafiq hüquq müəyyənedici sənədlərinin əldə edilməsi aidiyyəti orqanlara müraciət etsə də heç bir sənəd aşkar edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin olunaraq, X2 ilə aralarında qohumluq münasibətinin olması (bibisi olması) faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, xx.xx.1965-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. Ərizəçi onun xalası oğludur. X3 onun xalasının yoldaşı olmuşdur. Mərhum X1 İsgəndərovun bacısıdır. Güllüzar İsgəndərovanın əri və uşaqları olmamışdır. Güllüzar İsgəndərova ölən günədək atası evində Ərizəçila birlikdə yaşamışdır. Xalasının əri X10 2000-ci ildə, onun bacısı Güllüzar isə 10 may 2001-ci ildə vəfat etmiş və onlar kənd qəbirtsanlığında dəfn edilmişlər. Güllüzarın yas mərasimi ilə bağlı bütün xərclər Ərizəçi tərəfindən qarşılanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, xx.xx.1960-cı ildə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. Ərizəçi onun qonşusudur. Onun atası Şəmməd İsgəndərovu tanımışdır. X12 İsgəndərovun bacısı, Ərizəçi isə bibisi olmuşdur. Güllüzar İsgəndərova ölən günədək atası evində Ərizəçila birlikdə yaşamışdır. Güllüzar İsgəndərova təxminən 2001-ci ildə rəhmətə getmiş və o, kənd qəbirtsanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, xx.xx.1952-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. Ərizəçila 35 ilə yaxındır qonşudur. Şəmməd Ərizəçiin atası, Güllüzar İsgəndərova isə bibisidir. Güllüzar İsgəndərova ölən günədək atası evində Ərizəçila birlikdə yaşamışdır. Güllüzar İsgəndərova təxminən 2001-ci ildə rəhmətə getmiş və o, kənd qəbirtsanlığında dəfn edilmişdir. Güllüzar İsgəndərovanın yas mərasimi ilə bağlı bütün xərclər Ərizəçi tərəfindən qarşılanmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X22 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR X28 Komissarlığının Şamxor rayon X8 X15 Şəmkir Filialında saxlanılan arxiv sənədləri 1931-1948-ci illəri əhatə edir. Şamxor rayon X8 Şöbəsinin filialda mühafizə olunan 1944-1948-ci illərə dair doğum akt qeydiyyatlarının bərpa kitablarında X9 və X4 doğum akt qeydiyyatları aşkar edilmədi. İşdə olan Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, X7 1926-cı il tarixdə Şəmkir rayon Qaracəmirli kəndində doğulması barədə və X2nın 1920-ci il tarixdə Şəmkir rayon Qaracəmirli kəndində doğulması barədə arayışların istənilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Şəmkir rayon qeydiyyat şöbəsində 1949-cu ilə qədər saxlanılan VVA barədə məlumatlar Azərbaycan Respublikasının X22 rayon filialına təhvil verilmişdir. Şəmkir rayon qeydiyyat şöbəsinin arxiv kitablarında və “X8” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeyd edilən doğumlar haqqında akt qeydləri aşkar olunmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2001-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 öldüyü xx.xx.2001ci il tarixədək subay olmuşdur. İşdə olan Şəmkir rayonu İHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2001-ci ildə vəfat etmişdir və vəfat edən tarixə qədər Şəmkir rayonu Qaracəmirli kəndində qardaşı oğlu Ərizəçi ilə birlikdə yaşamışdır. X2 vəfat edən tarixə qədər subay olmuşdur, övladları olmamışdır. X4 dəfn xərcini qardaşı oğlu Ərizəçi çəkmişdir. İşdə olan JN-253 KOD 50407018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, X4 mülkiyyətinə Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 49 saylı qərarı ilə 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 aid Şəmkir RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsində heç bir məlumat aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə müəyyən edilir ki, X2 ərizəçinin bibisi olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1–ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətləri faktını müəyyən edir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə mərhum bibisinə münasibətdə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi və bundan imtina olunması, eləcə də, mərhum bibisi ilə qohumluq münasibətini təsdiq edən sənəd olmadığından notariat orqanının ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, qohumluq faktının müəyyən edilməsi ərizəçiyə mərhum bibisindən miras qalmış torpaq sahəsinə görə vərəsəlik şəhadətnaməsi almaq üçün zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2001–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmiş X2 ilə xx.xx.1954–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş Ərizəçi arasında qohumluq münasibətinin olması (bibisi olması) faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar