Məhkəmə qərarları › İş №2(076)-3550/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3550/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3550/2024 19.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Ərizəçi: Ərizəçi, onun vəkili Vəkil iştirakları ilə Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü İsmayıl adlı uşağının 2021-ci ilin iyun ayının 06-da doğulması faktının müəyyən edilməsi, atasının Ərizəçi oglu, anasının X12 olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, arvadı X12 ilə 2020-ci ilin avqust ayında faktiki nikaha daxil olaraq evlənib ailə qurmuş, nikahlarını xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsndə 145 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə ailə həyatlarından xx.xx.2021-ci il təvəllüdlü İsmayıl və xx.xx.2022-ci il təvəllüdlü Hüseynəli adlı uşaqları olmuşdur. Lakin xx.xx.2021-ci il təvəllüdlü İsmayıl adlı uşağı ev şəraitində doğulmuş, doğum barədə tibbi sənədlər olmadığından uşağına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin uşağın doğum haqqında şəhadətnaməsi olmadığından buna nail ola bilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan doğum faktının müəyyən edilməsindən imtina edərək, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Hazırda uşağının doğum haqqında şəhadətnaməsi olmadığından hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunaraq, X3 atası Ərizəçi, anası X12 qızı olmaqla, 06 iyun 2021–ci il tarixdə Şəmkir rayonunda doğulması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı maraqlı şəxs qismində dindirilmiş X12 izahatında göstərdi ki, o Ərizəçi ilə 2020-ci ilin avqust ayında faktiki nikaha daxil olaraq evlənib ailə qurmuş, nikahlarını xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsndə 145 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə ailə həyatlarından xx.xx.2021-ci il təvəllüdlü İsmayıl və xx.xx.2022ci il təvəllüdlü Hüseynəli adlı uşaqları olmuşdur. Lakin xx.xx.2021-ci il təvəllüdlü İsmayıl adlı uşağı ev şəraitində doğulmuş, doğum barədə tibbi sənədlər olmadığından uşağına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin uşağın doğum haqqında şəhadətnaməsi olmadığından buna nail ola bilmirlər. Əri Nəriman bu barədə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan doğum faktının müəyyən edilməsindən imtina edərək, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Hazırda uşağının doğum haqqında şəhadətnaməsi olmadığından hüquqlarını həyata keçirə bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunaraq, X3 atası Ərizəçi, anası X12 qızı olmaqla, 06 iyun 2021–ci il tarixdə Şəmkir rayonunda doğulması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X10 onun qonşusudur. X1 arvadıdır. Onlar 2021-ci ilin avqust ayında evlənmişlər. Onun mərhum anası həkim olmuş və həmin vaxt təqaüdə çıxmışdır. İsmayıl adlı uşaq təxminən 2021-ci ilin iyun ayında doğulmuşdu. Uşağın doğumunda onun anası kömək etmişdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X12 arasında olan nikahdan xx.xx.2022-ci il təvəllüdlü Hüseynəli adlı uşaqları doğulmuşdur. İşdə olan ünvan 1iş arayışdan görünür ki, şəkildə göstərilən şəxs həqiqətən Ərizəçi və X5 övladıdır, valideyinlərinin himayəsində eyni ünvanda yaşayır. İşdə olan ünvan 1iş arayışdan görünür ki, Ərizəçi Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla arvadı X12 və oğlu X6 ilə birlikdə həmin ünvanda yaşayır. İşdə olan ünvan 2 olunmuş aktdan görünür ki, Ərizəçi ilə X12 2020-ci ilin avqust ayında evlənib ailə qurmuşlar. Onların birgə nikahından 2021-ci ilin iyun ayında İsmayıl adlı uşaqları olmuş, hazırda da həmin uşaq atası Ərizəçi və X5 himayəsində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli rəsmi məlumatdan görünür ki, doğum akt qeydinin bərpası üçün müvafiq sənədlər təqdim edilmədiyindən Ərizəçi doğum akt qeydini bərpa etmək mümkün deyildir. İşdə olan atalığın müəyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi X4 doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X10 atası Ərizəçi, anası X12 olmaqla, xx.xx.2021–ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. Lakin uşaq ev şəraitində doğulmuş, doğum barədə tibbi sənədlər olmadığından uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308–ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə uşaq ev şəraitində doğulduğundan doğum akt qeydinin qeydiyyat orqanında qeydə alına bilməməsi səbəb olmuşdur. Ərizəçi həmin faktın məhkəmədən kənar təsdiqini başqa vasitələrlə əldə edə bilmir. Odur ki, məhkəmə hesab edir ki, X3 atası X10, anası X12 olmaqla, xx.xx.2021–ci il tarixdə Şəmkir rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X3 atası X10, anası X12 olmaqla, xx.xx.2021–ci il tarixdə Şəmkir rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar