Məhkəmə qərarları › İş №2(076)-3578/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3578/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3578/2024 19.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı: "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşadılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşadılması və təhvil verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X10 məhkəmə iclası zamanı izahatında göstərdi ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X5 və X6 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. Kəpəz rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(043)-2760/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan iddiaçı iş üzrə apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-698/2018 saylı qətnaməsinə əsasən X2 66055.55 (altmış altı min əlli beş manat əlli beş qəpik) manat əsas borc, 4168 (dörd min bir yüz altmış səkkiz) manat faiz borcu, 100 manat cərimə borcunun tutulması və tutmanın Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evinə və Şəmkir rayonu, Yeni həyat kəndində yerləşən torpaq sahələrinə yönəldilməsi qeyd olunmuşdur. Qətnamə icraya yönəldilmiş və əmlaklar barəsində Şəmkir rayon icra şöbəsi tərəfindən hərraca sifariş verlmişdir. Keçirilmiş hərraclarda əmlaklar satılmadığı üçün tələbkar olaraq TuranBank ASC-yə təklif edilmişdir. TuranBank ASC tərəfindən təklif qəbul edilmiş və 24 oktyabr 2022-ci il tarixli, 245/22 saylı hərracın yekunları dair protokoluna əsasən Şəmkir rayonu Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi və digər əmlaklar TuranBank ASC tərəfindən əldə edilmişdir. DƏDRX-nin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Şəmkir rayonu, Yeni həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında TuranBank Açıq Səhmdar Cəmiyyətinin adma rəsmiləşdirilmişdir. Bank tərəfindən evin boşaldılması və Banka təhvil verilməsi üçün evin əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Odur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 TuranBank Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlər tərəfindən həmin fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birlikdə boşaldılması, evin və torpaq sahəsinin TuranBank ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərdir. Məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri, qanuni qüvvədə olan məhkəmə qətnaməsini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC mülkiyyətində olan Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxmaları, əks halda məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq etmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********64–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC–nin adına qeyd edilmişdir. İşdə olan “X1” "xxxx" MMC-nin hərracın yekunları haqqında xx.xx.2022–ci il tarixli 245/22 nömrəli protokolundan görünür ki, Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evini "xxxx" ASC 40162.5 manata satın almışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-698/2018 saylı icra vərəqinin və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-2760/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X2 66055.55 (altmış altı min əlli beş manat 55 qəpik) manat əsas borc, 3994.46 (üç min doqquz yüz doxsan dörd manat, 46 qəpik) manat faiz, 100 (yüz) manat cərimə məbləği olmaqla, cəmi 70150.01 (yetmiş min yüz əlli manat 01 qəpik) manat borc məbləği, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 180 (yüz səksən) manat pulun tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın 07 avqust 2014-cü il tarixli, 140/OM/İP/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş ¼ hissə X7 və ¼ hissə X5 məxsus Şəmkir rayonu, Yeni Həyat kəndi, ünvan 2 ünvanında 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284.7 kv.m olan fərdi yaşayış evinə, 07 avqust 2014-cü il tarixli, 140/OM/İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş X7 məxsus olan Şəmkir şəhəri, Əhməd Cavad küçəsi, ev 16/3, 14 nömrəli mənzilə, Şəmkir rayonu, Yeni Həyat kəndində olan 0.1576 ha torpaq sahəsinə, Şəmkir rayonu, Yenihəyat kəndində olan 0.1576 ha torpaq sahəsinə, Şəmkir rayonu, Yenihəyat kəndində olan 0.0405 ha torpaq sahəsinə və Şəmkir şəhərində olan 0.09 ha torpaq sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılmaqla, əldə olunan vəsait hesabına tələbin təmin edilməsi, ipoteka predmeti olan Şəmkir rayonu, Yenihəyat kəndi, ünvan 2 ünvanında 0.08 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 284.7 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 63000 (altımış üç min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanında, ümumi sahəsi 49.8 kv.m., yaşayış sahəsi 30.9 kv.m., yardımçı sahəsi 18.9 kvim olan 2 otaqlı 14 nömrəli evin ilkin satış qiymətinin 18000 (on səkkiz mim) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan Şəmkir rayonu, Yeni Həyat kəndində olan 0.1576 ha olan torpaq sahəsinin, Şəmkir rayonu, Yeni Həyat kəndində olan 0.1576 ha torpaq sahəsinin, Şəmkir rayonu, Yeni Həyat kəndində olan 0.0405 ha torpaq sahəsinin və Şəmkir şəhərində olan 0.09 ha torpaq sahəsinin ilkin satış qiymətinin ümumilikdə 119000 (yüz on doqquz min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(043)-2760/2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə, yəni faiz borcunun müəyyən edildiyi hissədə dəyişdirilməsi, cavabdeh X2 ümumilikdə 4196.68 (dörd min bir yüz doxsan altı manat, 68 qəpik) manat faiz borcu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 170 (bir yüz yetmiş) manat pulun iddiaçı və cavabdeh X3 müştərək qaydada alınaraq SAP (XİİS), X4, kod 210005, VÖEN **********, m/h Az41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İşdə olan Şəmkir RİHB Yeni Həyat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla arvadı Cavabdeh2 və oğulları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə birgə yaşayır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini hərracın yekunları haqqında xx.xx.2022–ci il tarixli 245/22 nömrəli protokola əsasən açıq hərracdan almışdır. xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********64–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında "xxxx" ASC qeyd olunan daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Həmin tarixdən mübahisəli ev və torpaq sahəsi tam şəkildə iddiaçı bankın mülkiyyətindədir. Cavabdehlər isə həmin evdə faktiki olaraq yaşayırlar. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əmlaka sahiblik hüququ olmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün tutma ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi satılması üçün açıq hərraca çıxarılmış, satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı bank həmin yaşayış evini borcun əvəzinə almaqla, mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin yaşayış evi və torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bankın mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında 0.08 ha torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin bankın xeyrinə yüklü edilməsinə dair ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyan ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə yönəldilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********64–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında "xxxx" ASC–nin mülkiyyətində olan, Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq iddiaçı "xxxx" ASC–yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********64–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında "xxxx" ASC–nin mülkiyyətində olan, Şəmkir rayonu, Yeni Həyat kəndi, Babək küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq iddiaçı "xxxx" ASC–yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar