Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3587/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə aralarında 1999-cu ildə Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeyd edilmiş nikahın pozulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə 1999-cu ildə rəsmi evlənib ailə qurmuşlar. Birgə nikahdan övladları olmamışdır. Cavabdehlə artıq 25 ildir ki, ayrılmışlar və ər-arvad münasibətlərini kəsmişlər. Cavabdehlə yenidən ailəni bərpa edib birgə yaşamaqları mümkün deyil, aralarında olan nikah qeydi formal xarakter daşıyır. Ona görə də nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda iddiaçının, cavabdehlə boşanmaq fikri qətidir. Belə ki, aralarında olan ər–arvada məxsus bütün münasibətlər kəsilmişdir. Bundan sonra barışmaları və ailəni bərpa etmələri mümkün deyildir. Tərəflərin birgə nikahdan övladları olmayıb. Odur ki, iddianın təmin olunaraq rəsmi nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 185.5– ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1999–cu il tarixdə 60 saylı Tovuz rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmışdır. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Cavabdeh nikahın pozulması üçün qeydiyyat orqanına müraciət etmədiyindən İddiaçı nikahın pozulması barədə ərizəsi qəbul edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MŞG/MT024/2024-0333 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında mediasiya prosesinin tətbiqinə razı olmamış və mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2024-cü il tarixli teleqramdan görünür ki, cavabdeh iddiaçı ilə boşanmağa razıdır və heç bir etirazı yoxdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2232/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.1999–cu il tarixdə 60 saylı Tovuz rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan uşaqları doğulmamışdır. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və onlar arasındakı ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Tərəflər ər– arvad kimi yaşamamaqla, birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. Tərəflər arasında olan nikah artıq formal xarakter daşıyır. İddiaçının boşanmaq fikri qətidir və o, nikahın pozulmasına təkid edir. Cavabdeh də barışıq üçün vaxt tələb etmir və onunda boşanmaqda fikri qətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2–ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqda razılığı olmadıqda, məhkəmə ər–arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər, barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikaha xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1999–cu il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində bağlanmış və 60 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh həmin rüsumdan azad edilsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3587/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3587/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver