Məhkəmə qərarları › İş №2(076)-367/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-367/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-367/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Elmir adlı uşağın atası Ərizəçi2, anası Ərizəçi1 olmaqla 06 fevral 2021-ci il tarixdə Şəmkir rayonunda doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçilər faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə ailə həyatlarından iki övladları doğulmuşdur. Uşaqlarından biri xx.xx.2021-ci il təvəllüdlü Elmir ev şəraitində doğulmuşdur. Lakin, onlar Elmir adlı övladı doğum haqqında şəhadətnaməsini almamışlar. Belə ki, Elmir adlı uşağı dövlət xəstəxanalarının sığortalandığı dövrdə ev şəraitində doğulmuşdur. Həmin vaxt uşağın xəstəxanada doğulması mümkün olmamışdır. xx.xx.2021-ci ildə doğulmuş Elmir adlı uşağı doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, doğum haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiklərindən uşağın doğumunun qeydə alınması mümkün oİmamışdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Həmin halı təsdiq edən şahidlər X6, X1 və X3r. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, ərizəçilər onun qonşusudur. Təxminən 2021-ci ilin fevral ayında gecə yarı qonşu onu çağıraraq gəlinini həkimə apara bilmədiklərini və doğuşun başladığını bildirdi. Gecə yarı digər qonşu ilə birlikdə gedərək Sevdanın doğuşuna köməklik etmişlər. Doğuş zamanı oğlan uşağı doğuldu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X4 şahid X2 ifadəsindəki xüsusatlarla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bələ ki, işdə olan xx.xx.2023-cü il tarixli 3-xx/xx-2526 nömrəli Ədliyyə Nazirliliyi Maraqlı şəxs tərəfindən verilmiş məktubundan görünür ki, Maraqlı şəxsndə Ərizəçi1 ərizəsinə baxılmış, xx.xx.2021-ci il təvəllüdlü X5 doğumunun dövlət qeydiyyatına alınmasından imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Xuluf kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 292 nömrəli arayışından görünür ki, Ərizəçi2 Şəmkir rayonu Xuluf kəndində daimi qeydiyyatda olmaqla yaşayır, onun xx.xx.2021-ci il tarixdə doğulmuş X9 adlı uşağı hazırda valideynləri Ş. F. Tofiqli və S. M. İbrahimova ilə birlikdə yaşayır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X5 atası Ərizəçi2, anası Ərizəçi1 olmaqla 06 fevral 2021-ci il tarixdə Azerbaycan Respublikası, Şəmkir rayon, Xuluf kəndində doğulması faktı ərizəçilərinin və şahidlərin izahatı ilə yanaşı, şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 atası Ərizəçi2, anası Ərizəçi1 olmaqla 06 fevral 2021-ci il tarixdə Azrrbaycan Respublikası, Şəmkir rayonu, Xuluf kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar