Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-37/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid 0,98 ha torpaq sahəsinin zəbtdən azad edilməsi və bələdiyyənin sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sədri Z. Həsənov məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və təqdim etdiyi sənədlərin əslini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı Şəmkir Bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267- 268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Şəmkir rayon Bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin zəbtdən azad” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-37/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-37/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver