Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-370/2024 06.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma, uşaq və aliment” tələbi barədə iddiasına dair açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlə birgə həyatlarından olub, nikahın pozulmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-157/2022 saylı qətnaməsi ilə cavabdehin himayəsində saxlanmaları müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarının cavabdehin himayəsindən alınıb doğma ataları olaraq iddiaçının himayəsinə verilmələri və xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarının saxlanmaları üçün hər uşağa görə 180 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş arvadıdır, onunla nikahları xx.xx.2012-ci ildə Şəmkir rayon Qeydiyyat Şöbəsində 08 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşdur. Cavabdehlə birgə ailə həyatlarından xx.xx.2011-ci il təvəllüdlü Mələk, xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətimizin pozulmasına görə Şəmkir rayon Məhkəməsinin (hakim Mustafa Mustafayev) xx.xx.2022-ci il tarixli 2(076)-157/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə ailə həyatlarından olmuş xx.xx.2011-ci il təvəllüdlü Mələk, xx.xx.2012ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqların cavabdehin himayəsinə verilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Mələk adlı uşaqların yetkinik yaşına çatanadək maddi cəhətdən saxlanması üçün hər ayda 140 manat sabit pul məbləğində alimentin, iddiaçıdan alınıb cavabdehə verilməsi, xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarının Cavabdeh himayəsinə verildiyi vaxtdan hər ayda bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədə də qeyd edildiyi kimi cavabdehlə birgə ailə həyatlarından olan xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqları cavabdehlə faktiki olaraq ayrıldığı vaxtdan etibarən iddiaçının himayəsində qalmışlar, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 157/2022 saylı qətnaməsinin icrası, yəni xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqların iddiaçının himayəsindən alınıb cavabdehin himayəsinə verilməsi uşaqların qətiyyən razı olmadıqlarına görə mümkün olmamışdır. Belə ki, istər məhkəmə qətnamələri, istərsə qüvvədə olan qanunvericiliyin tələbi uşaqların maddi və mənəvi tələblərinin təmin edilməsi, onların normal şəraitdə tərbiyə edilərək cəmiyyətimizə təhvil verilməsi üçün valideynlərin üzərinə tələblər qoyulmuşdur. Bu baxımdan iddiaçı məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icrasını təmin etməyə çalışmağına, uşaqlarını analarının himayəsinə verməyə cəhd etməyinə baxmayaraq himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlar heç bir halda buna razı olmamalarını, əgər onları zor tətbiq etməklə analarınının himayəsinə verəcəyi halda özlərinə intihar edəcəklərini açıq bildirdiklərinə görə onların iradəsinin təmin edilməsi, yəni ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq uşaqlarla bağlı münasibətlərin zamana müvafiq olaraq dəyişən münasibətlər olmasına əsasən xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqların iddiaçının himayəsinə verilmələri və uşaqlarının maddi cəhətdən təmin edilmələri üçün cavabdehdən aliment tələbinə dair hazırkı iddianı qaldırmalı olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Mələk onun, Fərhan və Ömər isə iddiaçının himayəsindədirlər. Uşaqların atasına verilməsinə etiraz etmir. Hətta uşaqların faktiki olaraq da ataya verilməsində də öz razılığı olub. Qətnamədə də oglanların ona gəldiyi gündən aliment tutulması qət edilib. İddiaçı Mələk üçün alimenti verir. Ancaq o oglanlar üçün aliment vermək istəmir, çünki buna maddi imkanı yoxdur. Hazırki məhkəmə iclasında Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli MŞG/MT007/2023-03419 nömrəli Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-157/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X2 arasında Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 08 nömrəli nikahın pozulması, onların birgə nikahlarından xx.xx.2011-ci ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X1 Cavabdeh himayəsinə verilməsi, xx.xx.2021-ci il tarixindən başlayaraq 28 mart 2011-ci ildə doğulmuş X4 adlı uşağın yetkinlik çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 140 manat, xx.xx.2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X1 iddiaçının himayəsinə verildiyi vaxtdan başlayaraq İddiaçı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Zəyəm Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 755 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqları X6 və X5 2021-ci ilin noyabr ayından hal-hazıra kimi Şəmki rayonun Zəyəm Cırdaxan kəndində atası İddiaçı himayəsində yaşayırlar. İş materiallarında olan Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəb tərəfindən verilmiş 132 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2018-ci il tarixdən indiyədək Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəbin 6d sinfində təhsil alır. İş materiallarında olan Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəb tərəfindən verilmiş 132 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2018-ci il tarixdən indiyədək Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəbin 6d sinfində təhsil alır. İş materiallarında olan Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəb tərəfindən verilmiş 131 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdən indiyədək Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəbin 2e sinfində təhsil alır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2012-ci ildə anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı ildə anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2011-cı ildə anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd edilən Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasındakı nikah münasibətləri Şəmkir Rayon Məhkəməsinin 2(076)-157/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası Cavabdeh yanında qalması, xx.xx.2021-ci il tarixindən başlayaraq 28 mart 2011-ci ildə doğulmuş X4 adlı uşağın yetkinlik çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 140 manat, xx.xx.2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X1 iddiaçının himayəsinə verildiyi vaxtdan başlayaraq İddiaçı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi çıxarılan zaman tərəflərin izahatları ilə bəlli olur ki, X6 və X5 İddiaçı yanında yaşamış, xx.xx.2011-ci il təvəllüdlü X4 isə Cavabdeh yanında yaşayır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə uşaqlar anasının himayəsinə verilsə də, onlar iddiaçı ilə birlikdə yaşamışdır. Mülki işə əlavə edilmiş Zəyəm Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 755 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqları X6 və X5 2021-ci ilin noyabr ayından halhazıra kimi Şəmki rayonun Zəyəm Cırdaxan kəndində atası İddiaçı himayəsində yaşayırlar. Həmçinin nikah pozulması zamanı Şəmkir rayon İcra Hakimiyyəti Qəyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Komissiya xx.xx.2011-ci il təvəllüdlü Mələk adlı uşağın anası Cavabdeh, xx.xx.2012ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqların isə atası İddiaçı himayəsində qalmasını məqsədə müvafiqdir. Göründüyü kimi , X3 və X1 atasının himayəsinə verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Buna həmçinin hazırki işdə məhkəmə iclasında cavabdehin razı olması da müəyyən edildi. Məhkəmə iddia tələbinin “xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarının saxlanmaları üçün hər uşağa görə 180 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən,alimetin tutulma vaxtı iddia ərizəsi ilə müraciət edilən vaxtdan yəni, xx.xx.2023-cü ildən hesablanmalıdır. Bundan başqa məhkəmə əlavə olaraq bildirir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 anasının himayəsinə verildiyi vaxtdan başlayaraq hər uşaq üçün 140 manat alimentin tutulması qət edildiyindən və uşaqlar hazırkı vaxtadək atalarının yanında qaldığından İddiaçı sözügedən qətnamə üzrə Ömər və Fərhan adlı uşaqların saxlanması üçün hər hansı aliment öhdəliyi yaranmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissədi dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-370/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-370/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver