Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-38/2024 21.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: "xxxx" QSC–nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC–nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması tələbinə dair Şəmkir Rayon Məkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC–nin balansında olan Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 85 metr tşkil etdiyi halda cavabdeh tərəfindən 80 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC–nin aidiyyəti işçiləri tərəfindən xx.xx.2020–ci il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Lakin həmin tikili cavabdeh tərəfindən sökülməmiş, əksinə tikinti işləri başa çatdırılmışdır. Bu səbəbdən "xxxx" QSC məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı "xxxx" QSC–nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması aşkar edilmiş, müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 85 metr tşkil etdiyi halda, cavabdeh tərəfindən 80 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı xx.xx.2020–ci il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Lakin həmin tikili cavabdeh tərəfindən sökülməmiş, əksinə tikinti işləri başa çatdırılmışdır. Cavabdeh qanunsuz əməllərinə son qoymadığı üçün "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Hazırda iddianı müdafiə edir. Odur ki, Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı qaldırılmış iddianı qəbul edərək izahatında göstərdi ki, Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010–cu il tarixli Sərəncamı ilə Şəmkir rayonu, Təzəkənd kəndində onun tərəfindən tikilmiş iki mərtəbəli qeyri–yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Həmin vaxt tikili inşa olunarkən "xxxx" QSC tərəfindən ona hər hansı xəbərdarlıq bildirilməmiş, o da tikilinin inşasını başa çatdırmışdır. Sonradan isə məlum olmuşdur ki, həmin tikili "xxxx" QSC–nin mühafizə zonasında inşa edilmişdir. Odur ki, hazırda iddianı qəbul edir və mübahisə ilə bağlı qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatlarını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və "xxxx" QSC–nin əməkdaşları tərəfindən tərtib olunmuş 18 sentyabr 2020–ci il tarixli aktdan görünür ki, Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. İşdə olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010–cu il tarixli Sərəncamından görünür ki, 1995–ci ildə Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri–yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. İşdə olan 408 inventar nömrəli Texniki Pasportdan görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən tikili Cavabdeh adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan tikili 186.18 kv.m ölçüdə ərazini əhatə edir və "xxxx" QSC–nin mühafizə zonasında inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023–cü il tarixli 3–16–16/2–10/8419 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan tikili 186.18 kv.m ölçüdə ərazini əhatə edir və "xxxx" QSC–nin mühafizə zonasında inşa edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, həqiqətən Cavabdeh Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında 186.18 kv.m ölçüdə tikili inşa etmiş və həmin tikili "xxxx" QSC–nin mühafizə zonasına düşür. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçı təşkilatın tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya–mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005–ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2–ci bəndinə əsasən təhkim zolağı – dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 3.8–ci bəndində əks olunmuş 3 nömrəli cədvələ əsasən İİİa kateqoriyalı dəmir yolları üçün anbarların (kateqoriyalar üzrə) bina və tikililərindən minimal məsafələri stansiyalardan 80 metr məsafədə müəyyən edilmişdir. Həmin Qaydaların 21–ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1–ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2–maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək–onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4–cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin inşa etdirdiyi tikili 186.18 kv.m ölçüdə ərazini əhatə edir və "xxxx" QSC–nin mühafizə zonasında inşa edilmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən dəmir yolu xəttinin mühafizə zolağı 80 metr məsafədə müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, mübahisələndirilən tikili Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında inşa edildiyindən "xxxx" QSC–nin mühafizə zolağına düşür, bu səbəbdən həmin tikili cavabdehin vəsaiti hesabına sökülməli və dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş və 186.18 kv.m ölçüdə ərazini əhatə edən tikili cavabdehin öz vəsaiti hesabına sökülsün və dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC–nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-38/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-38/2024
21.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver