Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3844/2025 15.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elcin qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Talib qızı və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Arif Həsənov onun qardaşı digər cavabdehlər isə onun ailəsidir. Cavabdehlərlə razılaşmasına əsasən o öz ailəsilə Şəmkir rayonu, Keçili kəndində yerləşən ata yurdunda yaşamış, cavabdehlər isə ona məxsus həmin kənddə yerləşən fərdi yaşayış evində yaşamışlar. Hal-hazırda cavabdehlər onun ata yurdunda yaşamağına maniəçilik törətmişlər. Ona görə də o cavabdehlərin ona məxsus evdən çıxmalarını istəyir. O öz zəhmətilə ünvan 2 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi alıb ümumi sahəsi 100.80 fərdi yaşayış evi tiktirmişdir. Hüquqlarını dövlət qeydiyyatına aldırıb çıxarış almışdır. Ona görə də cavabdehlərin ona məxsus evdən və torpaq sahəsindən çıxarılmalarını istəyir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o iddiaçının arvadıdır, onun mərhum qaynatası onun nənəsinin qardaşıdır. Qaynatasının razılığı ilə onlar evi iddiaçının adına qeydiyyata aldırmaq istəmişlər, lakin onların müraciətindən imtina edilmişdir. Belə ki, fərdi yaşayış evi qaynının adına rəsmiləşdirilmişdir. Bundan sonra onlar qaynına hərənin qaldığı evi öz adına rəsmiləşdirilməsini təklif etmişlər, lakin qaynı bunun qarşılığında onlardan 40000 manat pul istəmiş, əks təqdirdə evi uçurdacaqlarını bildirmişdir. Cavabdehlər onların evinin qaz təminatını kəsdirmişdilər. Hal-hazırda cavabdehlər onların ata yurdunda yaşamağına maniəçilik törətdiyinə görə onlar iddiaçının adına qeydiyyata alınmış və hazırda cavabdehlərin yaşadığı evə köçmək istəyirlər. Buna görə də iddiaçı məcbur qalmış və məhkəməyə müraciət etmişdir. Cavabdehlərə məhkəmə baxış iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan və xx.xx.2025–ci il tarixli “X10 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evinin bazar dəyəri 33000 (otuz üç min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Keçili kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu Keçili kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və 3 nömrəli X4 kitabının 57-ci səhifəsinin 250 nömrəli şəxsi hesabına əsasən onun X6 (anası), X2 (arvadı), X7 (qızı), X8 (oğlu) adlı ailə tərkibi var. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 3 ünvanında və ünvan 4 küçəsi, ev 14 ünvanında fərdi yaşayış evləri mövcuddur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsi xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” və həmin ünvanda yerləşən 100.80 kv.m. fərdi yaşayış evi xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi və fərdi yaşayış evi bütünlüklə cavabdehlər tərəfindən istifadə edilir. İddiaçı dəfələrlə həmin torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlərin çıxmalarını tələb etmiş, lakin cavabdehlər çıxmaqdan imtina etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehlərin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli və xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”lar əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evindən və həmin ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 91.57-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edirki, iddiaçı cavabdehdən dövlət rüsumunu tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli və xx.xx.2025–ci il tarixli ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”lar əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndi Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 100.80 kv.m. fərdi yaşayış evindən və həmin ünvanında yerləşən 0.0656 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №2(076)-3844/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3844/2025
15.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver