Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-392/2023 12.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçılar: İddiaçı1 (həmçinin, X5 qanuni nümayəndəsi), İddiaçı2, onların nümayəndəsi X14 Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 (həmçinin, X5 qanuni nümayəndəsi), X10 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasdan məcburi pay tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 (həmçinin, X5 qanuni nümayəndəsi), X15 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasdan məcburi pay tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ataları X11 ilə anaları X18 1963–cü il tarixdə evlənmiş, birgə nikahdan 4 nəfər uşaqları doğulmuşdur. Anaları xx.xx.2010–cu il tarixdə, ataları xx.xx.2014–cü il tarixdə vəfat etmişlər. Valideynlərindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi torpaq sahəsi və avtomaşın qalmışdır. Həmin VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına dair 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, İddiaçı2 və Cavabdeh2 avtomaşına ½ hissədə qanun üzrə vərəsə tanınmışlar. Hazırda hesab edirlər ki, həmin şəhadətnamə ləğv edilməlidir. Belə ki, X1 X10 və X5 adına 20 fevral 2013–cü il tarixdə 2V–01–30 reyestr nömrəli vəsiyyətnamə vermiş, həmin vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını bərabər hissədə vəsiyyət etmişdir. X2 həmin vəsiyyətnamə ilə digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Qanunvericiliyin tələbinə görə vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyi istisna edir. Bu səbəbdən hesab edirlər ki, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras əmlaka yalnız İddiaçı2 və Cavabdeh2 vərəsə tanınması kobud qanun pozuntusu olmuşdur. Çünki, həm qüvvədə olan vəsiyyətnamə olmuş, həm də mirasın bölgüsü ilə bağlı bütün vərəsələr müəyyən olunmamışdır. Halbuki, iddiaçılar X15 və X12 X2ndan miras qalmış həm avtomaşına, həm fərdi yaşayış evinə, həm də evin yerləşdiyi torpaq sahəsinə vərəsə tanınmalı və pay almalı idilər. Belə ki, iddiaçılar və cavabdeh miras əmlakı faktiki qəbul edib, idarə etmişlər. Beləliklə hesab edirlər ki. qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlak əvvəlki vəziyyətə qaytarılmalı, X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına iddiçılar X15 və X12 vəsiyyət üzrə vərəsə tanınmalı, mirasın qəbul edilməsi faktı və mirasdan məcburi pay müəyyən olunmalıdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı İddiaçı1 (həmçinin, X5 qanuni nümayəndəsi) iddianı müdafiə edərək izahatında göstərdi ki, atası X11 ilə anası X18 1963–cü il tarixdə evlənmiş, birgə nikahdan o, digər iddiaçı Zəkiyyə, cavabdeh Sevda və qardaşı Zöhrab doğulmuşdur. Anası xx.xx.2010–cu il tarixdə, atası xx.xx.2014–cü il tarixdə vəfat etmişdir. Valideynlərindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi torpaq sahəsi və avtomaşın qalmışdır. Həmin VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşını 1998–ci ildə şəxsi vəsaiti hesabına alaraq istifadə etməsi üçün atasına vermişdir. Lakin 2014–cü il tarixdə atası, daha sonra isə qardaşı vəfat etmişdir. Qardaşının vəfatından sonra depressiyaya düşmüş və bir müddət müalicə olunmuşdur. Bundan sonra 2–3 aydan bir Rusiya Federasiyasına gedib–gəlmişdir. Bu səbəbdən, həmçinin atasından miras qalmış mübahisəli evdə yaşadığından və bacıları ilə aralarında heç mübahisə olmadığından mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Halbuki, atasının vəfatından sonra aldığı avtomaşını özü faktiki olaraq istifadə etmiş, eləcə də, fərdi yaşayış evində yaşamışdır. Buna baxmayaraq, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına dair 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, İddiaçı2 və Cavabdeh2 avtomaşına ½ hissədə qanun üzrə vərəsə tanınmışlar. Qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən heç bir məlumatı olmamışdır.Hazırda hesab edir ki, həmin şəhadətnamə ləğv edilməlidir. Belə ki, X1 nəvələri X10 və X5 adına 20 fevral 2013–cü il tarixdə 2V–01–30 reyestr nömrəli vəsiyyətnamə vermiş, həmin vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını bərabər hissədə vəsiyyət etmişdir. X2 həmin vəsiyyətnamə ilə digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Bu səbəbdən hesab edir ki, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras əmlaka yalnız İddiaçı2 və Cavabdeh2 vərəsə tanınması kobud qanun pozuntusu olmuşdur. Çünki, həm qüvvədə olan vəsiyyətnamə olmuş, həm də mirasın bölgüsü ilə bağlı bütün vərəsələr müəyyən olunmamışdır. Halbuki, iddiaçılar X15 və X12 X2ndan miras qalmış həm avtomaşına, həm fərdi yaşayış evinə, həm də evin yerləşdiyi torpaq sahəsinə vərəsə tanınmalı və pay almalı idilər. Hazırda hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Odur ki, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı2 və Cavabdeh2 adına verilmiş 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, iddiaçılar X10 və X5 X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına vəsiyyət üzrə vərəsə tanınması, onun və digər İddiaçı2 X2ndan miras qalmış əmlakdan məcburi paylarının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı2, onun və İddiaçı1 nümayəndəsi X23 iddia tələbini müdafiə edərək, əsasən İddiaçı1 ilə eyni məzmunlu izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı Cavabdeh2 ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, qardaşı Rizvan daim Rusiya Federasiyasında yaşamış, bu səbəbdən valideynlərinə o baxmış, onlara qulluq etmişdir. Valideynlərinin vəfatından sonra isə mərhum atasından qalmış mirası faktiki olaraq qəbul etməklə idarə etmişdir. Eləcə də, miras qalmış VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı rəsmi qaydada notariat kontoruna müraciət edərək avtomaşınən ½ hissəsinə qanun üzrə vərəsə tanınmışdır. İddiaçılar isə vaxtında miras əmlakla bağlı notariat kontoruna müraciət etməmişlər. O isə atasından miras qalmış fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini faktiki olaraq, avtomaşını isə rəsmi qaydada qəbul etmişdir. Hesab edir ki, hazırki iddia tamamilə əsassızdır. odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı X13, cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisinə və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə gəlməyən iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN–747C saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999–cu il tarixli 60 saylı qərarı ilə X6 və İddiaçı2 Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.1988–ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009–cu il tarixli 2(005)– 2388/2009 saylı qətnaməsindən görünür ki, iddiaçı X21 cavabdehlər X19 və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dir iddia qaldıraraq, arvadı Cavabdeh2 və 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Şahin Mustafayev küçəsi, 19 saylı evə köçürülməsini xahiş etmiş, onun iddiası qismən təmin edilərək, 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Şahin Mustafayev küçəsi, 19 saylı evə köçürülməsi qət edilmişdir. İşdə olan 20 fevral 2013–cü il tarixli 2V–01–30 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X11 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını bərabər hissədə nəvələri X13 və X8 vəsiyyət etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X18 xx.xx.2010–cu il tarixdə, X11 xx.xx.2014–cü il tarixdə, X9 xx.xx.2014–cü il tarixdə vəfat etmişlər. İşdə olan AA 120237 saylı Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X7r. İşdə olan 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2014–cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakdan İddiaçı2 və Cavabdeh2 ½ hissədə pay almışlar. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla tədqiqi nəticəsində müəyyən etdi ki, X2 ilə mərhum X18 1963–cü il tarixdə evlənmiş, birgə nikahdan iddiaçılar Rizvan, Zəkiyyə, cavabdeh Sevda və Zöhrab adlı uşaqları doğulmuşdur. X18 xx.xx.2010–cu il tarixdə, X11 xx.xx.2014–cü il tarixdə vəfat etmişdir. X3 Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi torpaq sahəsi və avtomaşın qalmışdır. Həmin VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşına dair 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, İddiaçı2 və Cavabdeh2 avtomaşına ½ hissədə qanun üzrə vərəsə tanınmışlar. Məhkəmə, həmçinin müəyyən etdi ki, 20 fevral 2013–cü il tarixli 2V–01–30 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X1 bütün əmlakını bərabər hissədə nəvələri X13 və X8 vəsiyyət etmişdir. Məhkəmə ilk növbədə iddianın düzgün həll edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras əmlakın kütləsinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, JN–747C saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən və Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi və VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşın daxildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi dövlət tərəfindən əvəzsiz olaraq Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999–cu il tarixli 60 saylı qərarı ilə X6 və İddiaçı2 verilmişdir. Bu isə onu təsdiq edir ki, miras əmlak kütləsinə həmin torpaq sahənin X6 aid olan ½ hissəsi miras kütləsinə daxildir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1988–ci il tarixli Texniki Pasport əsasında X4 adına qeyd edilmişdir. Həmin ev və birgə nikah dövründə əldə edilmiş kimi görünsə də, xüsusi mülkiyyət fondu tərəfindən əvəzsiz olaraq Firudin Əliquliyevin mülkiyyətinə verildiyindən, həmin ev ər–arvadın birgə mülkiyyətinə daxil olmamış və Firuddin Əliquliyevin ayrıca mülkiyyəti olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1–ci, 5–ci və 12–ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012–ci il tarixli Qərarında ailə qanunvericiliyində ər–arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab etmiş və qeyd etmişdir ki; Ailə Məcəlləsinin 32–ci maddəsinin tələblərinə əsasən əmlakın ər–arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər–arvadın nikah müddətində əldə olunması; • əmlakın ər–arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər–arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər–arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34–cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər– arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər–arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3– cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34–cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər–arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər–arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər–arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsində müəyyən edilmiş ər–arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5–ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər–arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1988–ci il tarixli Texniki Pasport əsasında X4 adına qeyd edildiyindən, həmin ev birgə nikah dövründə əldə edilmiş kimi görünsə də, xüsusi mülkiyyət fondu tərəfindən əvəzsiz olaraq Firudin Əliquliyevin mülkiyyətinə verildiyindən, həmin ev ər–arvadın birgə mülkiyyətinə daxil olmamış və Firuddin Əliquliyevin ayrıca mülkiyyəti olmuşdur. Həmçinin, VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşın Firuddin Əliquliyev və Məhin Eyvazovanın birgə nikahda yaşadıqları dövrdə əldə edilmiş əmlak kimi görünsə də, avtomaşının nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilməsi iş materialları ilə müəyyən olunmur. İşdə iştirak edən şəxslər bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Bundan başqa X18 xx.xx.2010–cu il tarixdə vəfat etdikdən sonra qeyd olunan avtomaşın X4 faktiki istifadəsində olmuş və həmin avtomaşını o, idarə etmiş, Məhin Eyvazovanın vərəsələri isə mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan avtomaşın X6 məxsus əmlak kimi ondan qalan miras əmlak kütləsinə daxil edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, miras kütləsinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, JN–747C saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən və Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi və VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşın daxildir. Məhkəmə aşağıda göstərilənlərə əsasən, iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM–nin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Mərhum İddiaçı1 Firuddin oğlu xx.xx.2014–cü il tarixdə vəfat etdiyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə da hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsində göstərilir ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1–ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166–cı maddəsində göstərilir ki, Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həmdə kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167–ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə görə vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyi istisna edir. Məhkəmə, araşdırması zamanı müəyyən olundu ki, 20 fevral 2013–cü il tarixli 2V–01–30 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X1 bütün əmlakını bərabər hissədə nəvələri X13 və X8 vəsiyyət etmişdir. Lakin Şəmkir rayon Notariat ofisi vəsiyyətnaməni nəzərə almadan, Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış əsasında İddiaçı1 qızları İddiaçı2 və Cavabdeh2 yeganə vərəsə kimi tanımış və onların adına 01 iyun 2016–cı il tarixli 2V–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da cavabdeh tərəf aldığı arayışı notariat orqanına təqdim etməklə, vəsiyyət üzrə vərəsələrin mirasın açıldığı yerə çağırılması üçün notariat orqanının məlumat verməsinə imkan verməmişdir. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1300–cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55–ci maddəsinin tələbinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57–ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60–cı maddəsinin 2–ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1301–ci maddəsində birbaşa göstərilmişdir ki, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2–ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh olan Şəmkir rayon 1 saylı Notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən, vəsiyyət üzrə vərəsələrin vərəsəliyə çağırılması və ya onların lazımi qaydada məlumatlandırılması üçün heç bir zəruri tədbirlər görməmişdir. Buna görə də məhkəmə hesab edir ki‚ notariat kontoru tərəfindən verilmiş qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamələr əsassız olduğundan etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 19–cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri–normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə həmçinin qanunvericilikdə mirasın qəbulu ilə bağlı müəyyən olunmuş müddətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246–cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1–ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi qanunverici mirasın qəbulu ilə bağlı müddət müəyyən etsə də, hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 fevral 2013–cü il tarixli 2V–01–30 reyestr nömrəli vəsiyyətnamə ilə X2 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını bərabər hissədə nəvələri X13 və X8 vəsiyyət etmiş, lakin mirasın qəbulu ilə bağlı nə onlar, nə də nümayəndələri tərəfindən notariat orqanına müraciət edilməmişdir. X15 və X12 həmin vaxt yetkinlik yaşına çatmadıqlarından iradələrini sərbəst ifadə etmək iqtidarında olmamış, dolayısı ilə hüquqlarını həyata keçirə bilməmişlər. Onların hüquqları nümayəndələri vasitəsilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1244–cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Göründüyü kimi azyaşlı uşaqlar notariat kontoruna gedib atalarından miras qalmış əmlakdakı miras paylarını qəbul etmək imkanında və yaş həddində olmamışlar. Uşaqların qanuni nümayəndəsi isə onların əvəzindən bunu vaxtında etməmişdir. Bütün bu hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, azyaşlı uşaqların qanuni nümayəndəsinin mirasın qəbulu ilə bağlı hərəkətsizliyi uşaqların hüquqlarına münasibətdə onları miras qalmış əmlakdakı paylarından məhrum etməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli, miras əmlakın əvvəlki vəziyyətə qaytarılmalı, həmçinin mirasdan qanun üzrə vərəsələrin məcburi payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə yuxarıda qeyd edilənələrə əsasən hesab edir ki, iddia miras əmlakdan qanun üzrə vərəsələrin məcburi paylarının müəyyən edilməsi hissəsində də əsaslıdır və həmin hissədə də iddia təmin olunmalı, qanun üzrə vərəslər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 miras əmlakdan məcburi payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193–cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195–ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Odur ki‚ qeyd olunanlara əsasən məhkəmə hesab edir ki‚ İddiaçı2 və Cavabdeh2 adına verilmiş 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, miras əmlak əvvəlki vəziyyətə qaytarılmalı, X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və VAZ 21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşından iddiaçılar X10 və X5 hər birinin payı 3/12 hissədə, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 hər birinin payı 2/12 hissədə, JN–747C saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən İddiaçı1 və X5 hər birinin payı 3/12 hissədə, X10 İddiaçı2 və Cavabdeh2 hər birinin payı 2/12 hissədə müəyyən edilməlidir. İddianın “mirasın qəbul edilməsi faktının müəyyən olunması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbinə görə vəsiyyətnamənin olması qanun üzrə vərəsəliyi istisna etdiyindən mirasın faktiki qəbulu hazırkı iddia tələbi üzrə heç bir əhəmiyyət daşımır. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 227 və 357– 360–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı2 və Cavabdeh2 adına verilmiş 01 iyun 2016–cı il tarixli 2v–370 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin, miras əmlak əvvəlki vəziyyətə qaytarılsın, X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və VAZ–21099 markalı 57–BE–440 dövlət qeydiyyat nişanlı avtomaşından iddiaçılar X10 və X5 hər birinin payı 3/12 hissədə, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 hər birinin payı 2/12 hissədə, JN–747C saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən İddiaçı1 və X5 hər birinin payı 3/12 hissədə, X10 İddiaçı2 və Cavabdeh2 hər birinin payı 2/12 hissədə müəyyən edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-392/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-392/2023
12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver