Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-393/2024 20.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 adına qeyd edilmiş Şəmkir şəhəri M.S. ünvan 1 ünvanda yərləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı1 qayınanası, İddiaçı2 və İddiaçı3 nənəsidir. Cavabdeh2 isə onun İddiaçı1 əri, onlar İddiaçı2 və İddiaçı3 atasıdır. O, İddiaçı1 Cavabdeh2 ilə 1999-cu ilin sentyabr ayında faktiki evlənməklə 07 iyun 2001-ci ildə nikahlarını rəsmiləşdirmişlər. O gəlin köçərkən valideynlərinin tərəfindən ona verilmiş cehiz əşyalarını da Cavabdeh1 məxsus Şəmkir şəhəri M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirmişdir. İddiaçı1 mübahisəli evə gəlin köçərkən həmin evin birinci mərtəbəsində yerləşən otaqlar hazır olmuşdur. Sonradan o cavabdehlə ailəli olduğu müddətdə evin ikinci mərtəbəsini təmir etdirmişlər. Ona məxsus cehiz əşyalarını evin ikinci mərtəbəsinə da yerləşdirilmişdir. İddiaçılar birlikdə mübahisəli evdə Cavabdeh2la birlikdə yaşamışlar. Hal-hazırda ona məxsus cehiz əşyaları həmin evdə yerləşir. Onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3 adlı uşaqları doğulmuşdur. Artıq övladları yetkinlik yaşına çatmışlar. Cavabdehlə ilk evləndiyi vaxtlar ailə münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri ucbatından ailə münasibətləri pozulmuşdur. Son illər artıq cavabdehlə birgə ailə şəraitində yaşamağı qeyri mümkün olmuşdur. İddiaçı1 2022-ci ilin noyabr ayında xəstələnmiş, bu səbəbdən məcbur olub valideynlərinin evinə getmişdir. Ata evində bir neçə ay müalicə olunduqdan sonra o yaşadığı evə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamışdır. Sonradan cavabdeh digər iddiaçıları da yaşadığı evdən qovmuşdur. Halbuki, Cavabdeh1 adına qeyd edilmiş fərdi yaşayış evi JN-2780A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında o, İddiaçı1 və İddiaçı2 da ümumi birgə mülkiyyətinə verilmişdir. Onlar iddiaçılar İddiaçı2 və İddiaçı3 Şəmkir şəhəri M.S.ünvan 1 ünvanında qeydiyyatdadır. Mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına X17 Texniki Pasportu tərtib edilsə də, həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Onlar, iddiaçılar hazırda məcbur olub İddiaçı1 ata evində yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 isə mübahisəli evdə yaşamır. İddaçıların mübahiləsi fərdi yaşayış evindən başqa yaşamağa evləri və həyatyanı torpaq sahəsi yoxdur. Cavabdeh2 onları evə buraxmır. Qeyd edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 adına qeyd edilmiş Şəmkir şəhəri M.S ünvan 1 ünvanda yərləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı1 onun həyat yoldaşı olmuş, digər iddiaçılar isə onların birgə nikahından doğulmuş uşaqlarıdır. İddiaçı ilə 1999-cu il tarixdə ailə qurmuş, ailə qurduqdan sonra iddiaçı mübahisəli evdə deyil, Gəncə şəhərində yaşamışlar. Lakin bir neçə ay sonra mübahisəli evə köçərək orada yaşamışlar. İddiaçı olan Etibar və İddiaçı3 mübahisəli evdə doğulub böyümüşlər. İddiaçılardan İddiaçı3 öz atasının adını qoymuş, iddianın da İddiaçı3 aid hissədə bu səbəbdən qəbul edir. Belə ki, mübahisəli evi gələcəkdə atasının adını daşıyan İddiaçı3 mülkiyyətinə verməyi düşünür. İddianın digər iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə rədd edilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək iddiaçıların mübahisəli Şəmkir rayonu M. S. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT0033/00382 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixə saat 15:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişlər. İddiaçı1 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. iş materiallarında olan JN-2780A serİyalı 50401004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Morul kənd sakinləri X3, Cavabdeh2 qızına, X4, İddiaçı2 Şəmkir rayon, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı qərarı ilə 0.04 ha həyatyanı torpağı mülkiyyətlərinə verilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, Cavabdeh2 ilə İddiaçı1 1999-cu ilin sentyabr ayında faktiki evlənməklə 07 iyun 2001-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2004- cü il təvəllüdlü İddiaçı3 adlı uşaqları doğulmuşdur. İddiaçı1 evləndikləri tarixdən, yəni 1999-cü ildən Şəmkir şəhəri M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və hazırda da cehiz əşyaları həmin evdə qalmışdır. Birgə yaşadıqları dövrdə tərəflər, yəni 1999-cu ildən etibarən davamlı və fasiləsiz olaraq, habelə eyni ailənin üzvləri kimi və eyni təsərrüfata malik olmaqla, mübahisəli yaşayış evində birlikdə yaşamışlar. İddiaçılar xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3 doğulduqları gündən 2022-ci ilin noyabr ayına qədər cavabdehlərlə birlikdə mübahisəli ünvanda yaşamışlar. İddiaçı1 2022ci ilin noyabr ayında xəstələndikdən sonra məcburiyyət qarşısında valideynlərinin evinə getmiş, bir neçə ay müalicə olunduqdan sonra o yaşadığı evə qayıtmaq istəsə də Cavabdeh2 onu evə buraxmamışdır. Eləcə də, mübahisəli fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərdə mübahisəli X17 yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X3 (iclas zamanı məlum oldu ki, JN-2780A seryalı 50401004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhfə yol verilərək, Cavabdeh1 adı X1 qeyd olunmuşdur), Cavabdeh2 qızına, X5, İddiaçı2 adına 11 avqust 2003-cü ildə həyatyanı torpaq sahəsi verilmişdir, mübahisəli fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Beləliklə, müəyyən edilir ki, mübahisəli ev bağlı hüquq münasibətləri 1999-cü il tarixdə yaranmışdır. Belə ki, İddiaçı1 Cavabdeh2 ilə ailə quraraq mübahisəli evə gəlin köçmüşdür. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixədək yarandığından hüquq münasibətlərinə 1 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçılar 2022-ci ilin sonlarına kimi cavabdehin ailə üzvü kimi mübahisəli evdə yaşamışlar. Hazırda iddiaçılar başqa yaşayış yerləri olmadığı üçün İddiaçı1 atası evində yaşayırlar. Odur ki, məhkəmə həmin halları işin mübahisə edilməyən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, İddiaçı1 mübahisəli evə 1999-cu ildən köçdüyündən onunla cavabdehlər arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Bundan başqa digər iddiaçılar İddiaçı2 və İddiaçı3 Cavabdeh2 doğma oğlu (digər iddiaçı evin mülkiyyətçisi Cavabdeh1 münasibətdə doğma nəvəsi) olmaqla mübahisəli evdə doğulduqlarından, həmin vaxtdan hal-hazıra kimi həmin evdə cavabdehlərlə birgə təsərrüfatı idarə edib yaşadıqlarından, onlarla cavabdeh arasında mülki hüquq münasibəti doğulduğu andan, yəni xx.xx.2000-ci il tarixdən (İddiaçı2 münasibətdə), xx.xx.2007-ci il tarixdən (İddiaçı3 münasibətdə) yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə İddiaçı2 münasibətdə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları və İddiaçı3 münasibətdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfa aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi “X7rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X11” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçılar Cavabdeh2 qızının ailə üzvüdür(arvadı və uşaqları), mübahisəli fərdi yaşayış evi isə iddiaçılar Məcidova (Əhmədova) Yeganə Binnət qızı, İddiaçı2 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən ayrıla bilməyən tərkib hissəsi olmaqla torpaq sahəsi ilə vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. (Mülki Məcəllə 135.4-cü maddəsi) Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən İddiaçı1 gəlin köçdüyü 1999-cu il tarixdən, İddiaçı2 və İddiaçı3 doğulduğu andan, yəni müvafiq olaraq xx.xx.2000-ci il və xx.xx.2007ci il tarixdən mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. İddiaçılar qeyd edilən tarixdən evdən məcburiyyət qarşısında çıxdıqları vaxta qədər, yəni 2022-ci ilin sonlarına qədər fasiləsiz olaraq həmin evdə yaşamış, həmçinin cavabdehlə və X17 mülkiyyətçisi ilə birgə təsərrüfatı aparmış, həmin əsasla onların mübahisəli evin yaşayış sahəsindən cavabdehlə bərabər şərtlər daxilində istifadə etmək hüquqları əmələ gəlmişdir. Məhkəmə, İddiaçı1 mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini, İddiaçı2 və İddiaçı3 həmin ünvanda doğulub böyüməsini, cavabdehin və X17 mülkiyyətçisinin ailə üzvü olmasını və uzun müddət fasiləsiz olaraq mübahisəli evdə yaşamalarını, hal hazırda da cavabdehlərin İddiaçı2 və İddiaçı3 həmin evdə pasport qeydiyyatında olmalarını, habelə ümumi təsərrüfatı idarə etmələrini, iddiaçıların həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçıların yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onların daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şəmkir rayonu, M. S. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şəmkir şəhəri M.S ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-393/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-393/2024
20.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver