Məhkəmə qərarları › İş №2(076)-394/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-394/2024

15.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-394/2024 15.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlziadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən onun azyaşlı uşaqları ilə birlikdə Cavabdeh paylı mülkiyyətində olan, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən torpaq sahəsinin üzərində cavabdehlə birgə nikah müddətində inşa etdikləri, cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının sabiq əridir. İddiaçı Cavabdeh ilə 2015-ci ilin dekabr ayının 25-də faktiki ailə qurmuşdur. Nikahları 16 iyul 2016cı ildə Şəmkir rayonunun Bayramlı kənd İcra Nümayəndəliyində rəsmi qeydə alınıb. Həmin nikahdan iki uşaqları doğulub: X9 - xx.xx.2016; X12 - xx.xx.2018. Toyları olan gün iddiaçı qaynatasıgilin yaşadığı evə gəlin köçmüşdür. Cehiz əşyaları bu evə yığılıb. Uşaqları bu evdə doğulub. Lakin sonradan birgə ailə həyatları dövrdə, 2019-cu ildə həmin həyətdə özləri üçün ev tikmişlər. Hazırda iddiaçıya və uşaqlarına məxsus olan bütün əmlakları həmin evdədir. 2022-ci ilin oktyabr ayının 23-nə kimi bu evdə mübahisəsiz yaşamışdır. Aralarında olan narazılığa görə cavabdeh tərəfindən həmin vaxt evdən qovulmuşdur. Həmin vaxtdan ata evlərində yaşayır. Başqa yerdə yaşamağa evləri yoxdur. Ata evində yaşamaq, uşaq saxlamaq ona çox çətindir. İddiaçı bir neçə dəfə həmin evdə yaşamaq üçün getsə də, cavabdeh onları həmin evə buraxmayıb. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə onu azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonunun Bayramlı kəndində yerləşən və cavabdehin paylı mülkiyyətində olan həyətyanı toıpaq sahəsində yerləşən və cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinə köçürülməyimizə dair qərar versin. Köçmək istədiyi və hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi bir neçə yaşayış otağından, yaşayış və qeyri yaşayış sahəsindən, kömək sahədən ibarətdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı qəbul etmədilər və məhkəmədən iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Qeydiyyat şöbəsi təərfindən verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X10 nikahı haqqından xx.xx.2016-cı il tarixində 07 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 896/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan xx.xx.2016-cı il tarixdə Şəmkir rayon 07 nömrə ilə qeyd edilən nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 anası X5 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan verilir ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.35 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 50 nömrəli qərarı ilə Cavabdeh, X2 və ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2004-cü il tarixli JN-106A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İş materiallarında olan Bayramlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 288 nömrəli arayışdan görünür ki, İddiaçı ailə qurduqdan sonra 2015ci ilin dekabr ayında 2019-cu ilin may ayınadək yoldaşı (Cavabdeh) və iki uşağı (X9, X12) ilə birgə qaynatasıgildə (X3) eyni həyətdə birlikdə yaşamışdır. 2019-cu ilin may ayından 2022-ci ilin oktyabrın 23-dək isə eyni məhlədə tikilmiş olan digər evə yoldaşı iki uşağı ilə birgə köçərək orada yaşamışdır. İş materiallarında olan Bayramlı kənd İƏD üzrə nümayəndəsinin əvəzi, Şəmkir rayon Şəmkir Bələdiyyəsinin, dörd nəfər qonşunun təsdiq etdiyi aktdan görünür ki, X3 tikdirdiyi fərdi yaşayış evinin bələdiyyə mülkiyyətində olması və sənədləşdirilməsi ilə bağlı müraciət etmişdir, müraciəti ilə bağlı araşdırma aparılmışdır, həqiqətən Şəmkir rayon Bayramlı kəndində yaşayır, tikdirdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətindədir. Aparılan müraciətlə bağlı mülkiyyətin bələdiyyəyə aid olduğu təsdiqlənmişdir. İş materiallarında oaln Şəmkir rayon Bayramlı Bələdiyyəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 62 nömrəli məktubundan görünür ki, X1 rayonu, Bayramlı kəndində yerləşən istifadəsinsə olan torpaq sahəsinin onun adına sənədləşdirilməsi işi aparılır. Beləliklə, işin həqiqi halları, iddiaçının izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, mülki iddia Cavabdeh qarşı verilsə də, mübahisəli evin yerləşdiyi torpaq sahəsi hazırda Şəmkir rayon Bayramlı Bələdiyyəsinin mülkiyyətindədir və bələdiyyədə X2 adına sənədləşdirilməsi ilə bağlı sənədləşdirilmə mərhələsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev cavabdehlərin mülkiyyətində olmadığından, o cümlədən iddiaçı evin mülkiyyətçilərindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçilərinin digər qohumu hesab edilmir. Odur ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun göstərilən evə köçürülməsinə dair iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən evin mülkiyyətçiləri ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, o cümlədən iddia tələbi hazırki iş üzrə cavabdehlərə qarşı verildiyindən, evə köçürülməyə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından iddiaçının mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Odur ki, evə köçürülməyə dair iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Bundan başqa, iddiaçı məhkəmə iclasında cavabdehlərin həmin ünvanda, yəni qeyd edilən evin yerləşdiyi torpaq sahəsində ayrıca ikimərtəbəli özbaşına tikili olan ev tikmələrini bildirmişdir. İddiaçının bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə köçməsini tələb etmək hüququna malik deyildir. Belə ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə hər hansı bir hüququ əmələ gəlməmişdir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçıların mübahisəli evə hər hansı bir hüququ olmadığından onların məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Bundan əlavə, qanunvericiliklə evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən, həmin evə köçürülməsinə dair tələblə məhkəmədə çıxış etmək hüququ da nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” barədə iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar